“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Çempionlar Liqası: “Qarabağ“ 5:1 hesablı qələbə ilə pley-offda

Tarix 12.08.25, 22:03

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn "Qarabağ” növbəti pley-off-a adlayıb.

AzFakt.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade (59) "Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şkendiya”nı mübarizədən kənarlaşdıran "Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda "Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

12 avqust
Qarabağ (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya) 4
5:1
Qollar: Klisman Cake, 16 (avtoqol). Kadi, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35. Leandro Andrade, 59 - Fabris Tamba, 10.

Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Şkendiya: 24. Babukar Qaye, 11. Ronaldo Vebster, 5. Klisman Cake, 15. İmran Fetai, 2. Aleksandr Trumçi, 28. Kamer Qaka, 4. Reşat Ramadani, 17. Arbin Zeynullai, 77. Lirodon Latifi, 19. Fabris Tamba, 7. Besart İbraimi (k).
Baş məşqçi: Jeton Beqiri.

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal (Niderland).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.



Xəbərin oxunma sayı : 1447




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap