| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Tarix 11.12.25, 11:21 |
|
Generalla kapitanı üz-üzə gətirən “şabalıd işi” üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.
“Qafqazinfo”nun məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: “Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.
Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
Fotoda: Raul Zeynalov

General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar: “Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Nəsə bunun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə “paçka”larla pul verib.
Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.

Bir müddət sonra Ayaz gəldi ki, bəs bir nəfər şabalıd xammal istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, sonu eyni rəqəmlə bitən “BMW”, “Lexus”, “Kia” markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı”.
General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış: “Elə olurdu ki, Ayaza deyirdim filan toya 500 manat yazdır. Və ya kiməsə filan qədər pul göndər. Bundan əlavə, mən klinikada olanda müəyyən qədər pul verib. Mən hesablamışam, bütün bunlar da 256 min 370 manat edib. Yəni indi mənə 728 min manat verəcəyi var”.

Zeynalov prokurorun sualına cavabında bildirib ki, Ayazın dediyinə görə, Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.
Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin sonradan alveri alındıra bilmədiklərini deyib.

“Amma mənimlə işləməyə başlayandan sonra ona yaxşı pul qazandırdım. Gecəmi-gündüzümə qatıb işləmişəm. Raul mənim əziyyətimdən ortaya çıxan pullarla özünə 109 min manata maşın alıb. Nə qədər pul veribsə, hamısını artıqlaması ilə qaytarmışam. İndi gəlib burda boş-boş danışırlar”, - təqsirləndirilən kapitan əlavə edib.
İş vaxtı başa çatdığından təqsirləndirilən şəxs ifadəsini bitirə bilməyib. Proses gələn həftənin eyni günündə qaldığı yerdən davam edəcək. Hakim Zaur Hacıyev Raul Zeynalova həmin gün də prosesdə iştirak etməli olduğunu xatırladıb.
Qeyd edək ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş ziyanın ümumi məbləği 2 milyon 800 min manatdır.
Xəbərin oxunma sayı : 475
Hadisə
Xəbərlər
-
Gömrük Komitəsində əməliyyat - General oğlu və bir neçə nəfər həbs edildi
-
“Azərişıq“ Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir - VİDEO
-
Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır - RƏSMİ
-
Masazırda məktəbin qarşısında lük problemi: “Neçə nəfər ora düşüb, ağzını bağlamırlar“
-
Tramp “Qızıl Viza“ satışına başladı - 1 milyon verən viza ala biləcək
-
Xətai klinikası həkimlərin maaşını yenə vermədi - Maliyyə özbaşınalığı
-
Prezident Türkmənistandakı tədbirə getməyəcək - Berdiməhəmmədova səbəbini açıqladı
-
Bakıda “porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
-
Şirkət rəhbəri qumar oyunlarının təşkilində ittiham olunur - Cinayət işi açıldı
-
Goranboyda sahibkar kənd təsərrüfatı təyinatı torpaqda qanunsuz iaşə obyekti tikir - Fotolar
-
Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumuna görə
-
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
-
Avropa liderləri Zelenski ilə birlikdə həftəsonu mənimlə görüşmək istəyirlər - Tramp
-
Bakıda səkiyə çirkab suyu axır - İyrənc vəziyyət yaranıb
-
Yer kürəsində güclü maqnit qasırğası başlayıb: Alimlərdən bədbin proqnoz
-
Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem
-
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı - Global Media Group-un rəhbərinin adı Əhmədzadə işində…
-
Azərbaycana gətirilən bu avtomobillər bahalaşa bilər - VİDEO
-
Seçkilər haqqında bu qədər çox danışırlarsa, cavab verməliyik - Zelenski
-
Dostluqda sədaqət limitsiz, toplantılarda reqlament çərçivəlidir - Rafael Hüseynov
-
“Ayaks“la oyunda futbolçulardan razı qaldım“ - Qurban Qurbanov
-
“Kolumbiya prezidenti narkotrafikə qarşı mübarizədə növbəti hədəf ola bilər“ - Tramp
-
Nəsimidə bina sakinləri şikayətçidirlər - Zirzəmidə fəaliyyət göstərən zərgərə görə
-
Ayan mikrofonu atdı: Eltonun sözləri studiyanı qarışdırdı
-
Çempionlar Liqası: “Qarabağ“ doğma meydanda “Ayaks“a uduzdu
-
Yağış kənd və qəsəbələrində subasmaya səbəb oldu - VIDEO
-
Azərbaycanda kart məlumatlarının tez-tez oğurlanmasına səbəblər nədir? - VİDEO
-
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində cinayət işi açılıb - Mənimsəmə faktı üzrə
-
Trampın Avropa ilə “yeni soyuq müharibəsi” başlayır - Axios
-
Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi
-
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - Fotolar
-
Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb? - Statistika
-
Gəncədə sakinlər çıxılmaz vəziyyətdə - “Kanalizasiya daşır, yaşaya bilmirik“
-
İlham Əliyev Donald Trampa məktub göndərib: “Münaqişələrin həllinə davamlı sadiqliyiniz...“
-
Sabir Rüstəmxanlı və Rafael Hüseynov qarşıdurması: Məsələ VHP-nin müzakrəsində...
-
Bakıda gecə səs-küy yaradan obyektlərlə bağlı tədbir görüldü - VİDEO
-
Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir? - Dosye
-
Hikmət Hacıyev Mixail Qaluzinlə görüşüb - Müzakirə
-
Məcnun Məmmədov Ksaba Leyko ilə görüşdü - Fotolar
-
Gələn il növbəti “Yüksəliş“ müsabiqəsi keçiriləcək - SƏRƏNCAM
-
“Azərsun Holdinq“in südü kimyəvi maddələrdən hazırlanırmış - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Bakıda hər 44 nəfərə bir mağaza düşür - Son 5 ildə 2,3 dəfə artıb
-
Prezident Şahin Əliyevi işdən çıxardı - Yeni rektor təyin etdi
-
Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
-
SOCAR-la “MVM ONEnergy“ arasında yeni saziş imzalandı - Qazla bağlı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Xəzər türk dünyasını bölməyəcək, əksinə birləşdirəcək” - Bayraktar
-
İcra başçısı 3 vətəndaşa qarşı məhkəmə davası açdı - Torpaq zəbti, ödənməyən arpa pulu...
-
Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi - Foto
-
Əli Kərimlinin vəsatəti təmin olunmadı - Məhkəmədən qərar
-
Demokratlar Mayamidəki seçkidə qalib gəldi - 30 ildə ilk dəfə...
-
Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir
-
Marketlərdə dovşan əti satılır - Halaldır, yoxsa haram?
-
Trampın Ukrayna ilə bağlı açıqlamaları Rusiyanın mövqeyi ilə çox uyğundur - KREML
-
Orta aylıq əməkhaqqı yenə azaldı - Bu dəfə 1 manat 40 qəpik
-
Xaricdə cinayət törədən kriminal qruplaşma üzvləri saxlanıldı - DTX-dan xüsusi əməliyyat
-
ABŞ NATO-dan çıxır? - Qanun layihəsi təqdim edildi
-
“Mehdiyevin ən pis xüsusiyyəti...” - Prezidentin fotoqrafı maraqlı faktlar açıqladı
-
“Distant işlə bağlı yeniliklər gözlənilir“ - Nazir müavini
-
İlham Əliyev Britaniyanın ticarət elçisini qəbul etdi - FOTOLAR
-
“Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir“ - Hikmət Hacıyev
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı
-
Azərbaycanda sığorta şirkətlərinin sədrləri harada təhsil alıblar? - ARAŞDIRMA
-
Namizəd Səfərova cinayət işi açıldı: Nədə ittiham olunur?
-
DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
-
Prezident İlham Əliyev Baş icraçı direktoru qəbul edib - Müzakirə
-
Metroda qadına qarşı əxlaqsızlıq etdi - Cəzalandırıldı
-
“Güllü”nün qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş
-
“Avropa Komissiyası ləğv olunmalıdır“ - İlon Mask
-
FHN-dən əhaliyə xəbərdarlıq - Yağışla bağlı
-
“Qalatasaray” və “İnter” uduzdu... - Çempionlar Liqası
-
Paytaxtın mərkəzində eyvan uçub - Xəsarət alan var
-
“Nişan unudulub, amma cərimə yazılır“ - Hansı hallarda sığorta ödənişi edilmir?
-
Bir binada həm parkinq, həm də çıxarış problemi - Şikayət
-
Azərbaycanın bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
-
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləndi - ADLAR
-
Heydər Əliyev Fondu bu fondla anlaşma memorandumu imzaladı - Fotolar
-
Bakının 20 küçəsində tıxac var - FOTOLAR
-
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
-
İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcək səfər
-
Prezidentin köməkçisi Qriqoryanla birgə “Euronews”a müsahibə verdi - İlk dəfə
-
Təhsil Nazirliyi ilə Mehdiyevlərin şirkəti arasında müqavilə imzalandı - 1,2 milyonluq
-
AAAF Park Yaşayış Kompleksinə məxsus binanın liftləri işləmir - ŞİKAYƏT/VİDEO
-
Bu gün instaqramda onlar var idi - FOTOLAR
-
Mateus Silva “Flamenqo”ya keçir? - Açıqlama
-
“Seçkilərə hər zaman hazıram“ - Zelenski Trampa cavab verib
-
Prezident Slovakiya səfərindən paylaşım etdi - VİDEO
-
Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır
-
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
-
“Ərdoğan çox çətin adamdır...” - “Onlar ona mənim zəng etməyimi istəyirlər...“
-
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - FOTOLAR
-
Vardanyanın məhkəməsində ifadələr dinlənilib - Fotolar
-
DİN-dən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var
-
Avropanın enerji bazarında Slovakiya Azərbaycanın strateji tərəfdaşına çevrilib
-
Xarici diplomların tanınması bu tarixdən - Dayandırılacaq
-
Toydan qayıdan qonşular avtobusda dalaşdı - Deyib-gülmək üstə
-
Dənizdə yığılan Rusiya neftinin həcmi kəskin artıb - Bloomberg
-
Məmur Əhməd Həsənov haqqında sensasion iddia - Həbs oluna bilər
-
“Ayaks“ “Qarabağ“la oyuna ciddi hazırlaşıb“ - Qurban Qurbanov
-
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi
-
Nəsimi rayonunda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı - VİDEO
-
“Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir“ - Tramp
-
Bu xəstəxanalarda “vozafiks“ yoxa çıxdı - Həkimlər TƏBİB-i günahlandırır
-
Hüqüqsunas Namizəd Səfərov saxlanılıb -Haqqında şikayətlər var
-
Avropada kim Ukraynaya nə qədər pul ayıracaq? - Siyahı açıqlandı
-
Paytaxtın Yasamal rayonunda binanın üstündə ev tikiblər? - Video
-
Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm - Prezident
-
“ABŞ Ukraynaya yardım üçün pul xərcləmir, əksinə, qazanc əldə edir” - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vitse-prezident idmançının ailəsindən 100 min tələb etdi - Məhkəmə qəbul etmədi
-
“Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir“ - Rəsmi Bakı
-
“Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb“ - Tramp
-
Əliyev Fitso ilə təkbətək görüşdü - FOTOLAR
-
“Neftçi“ yeni baş məşqçisini açıqlayıb - Aylıq 85 min manat alacaq
-
Binəqədi rayonunda qanunsuz tikinti davam etdirilir - FOTO/VİDEO
-
Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növünə üstünlük verirlər? - Siyahı
-
“Premium Clinic”də lisenziyasız fəaliyyət: Həkimlər tibbi sertifaktsız çalışıb
-
DSMF-nin gələn il üçün büdcəsi bu qədər olacaq - Layihə qəbul edildi
TOP 10
ARXİV






