Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Əhali pulunun yarıdan çoxunu ərzağa xərcləyib - Dərmanlar kəskin bahalaşıb

Tarix 20.04.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.

Bəs pulumuzu daha çox nəyə xərcləyirik?

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. “Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir”, - o əlavə edib.

İqtisadçının sözlərinə görə, iki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib: İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. V.Bayramov qeyd edib ki, dərman preparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap