Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Beyləqanda suvarma ilə bağlı tədbirlər görülür - Fotolar

Tarix 20.04.26, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Beyləqan rayonu respublika üzrə pambıq məhsuldarlığı göstəricisinə görə 1-ci yeri təmin edib.​

AzFakt.com xəbər verir ki, bu uğurların davamlılığının təmin olunması, xüsusilə yaz-yay suvarma mövsümündə əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.

Məhz bu məqsədlə rayon ərazisində suvarma infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirilir.
Ətraflı

Beyləqan RİH-in də dəstəyi ilə Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kənd və qəsəbələrdə suvarma kanalları və arxlar lil, qamış, kol-kos və digər maneələrdən təmizlənir, çay məcralarının bərpası istiqamətində zəruri işlər görülür.

Görülən bu tədbirlər nəticəsində su arxlarının ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılır, su itkilərinin qarşısı alınır və əkin sahələrinin vaxtında, keyfiyyətlə suvarılması təmin edilir. Bu isə mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın daha da yüksəlməsinə zəmin yaradır.
Beyləqanda həyata keçirilən bu cür məqsədyönlü işlər rayonun aqrar potensialının gücləndirilməsinə və fermerlərin rifahının yaxşılaşmasına mühüm töhfə verir.

Rayon fermerləri kənd təsərrüfatına göstərilən diqqət və qayğıya, xüsusilə su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə öz minnətdarlıqlarını bildirirlər.








Xəbərin oxunma sayı : 1135




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap