“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Koronavirusun ikinci dalğası daha öldürücü ola bilər“ - ÜST

Tarix 14.05.20, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib

H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.

Onun sözlərinə görə, Avropa ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır: “Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”.

ÜST rəsmisi deyib ki, pandemiya fonunda qrip və qızılca arta bilər.

Kluqe məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başlayan ölkələrə müraciət edərək vurğulayıb ki, bayram etmək vaxtı deyil.

ÜST rəsmisi qeyd edib ki, Böyük Britaniya, Fransa və İtaliyada COVID-19-a yoluxmanın sayında azalma müşahidə olunur: “Lakin bu, pandemiyanın sona çatdığını göstərmir. Avropada COVID-19-un episentri şərq istiqamətində irəliləyir. Belə ki, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda yoluxma sayı artmaqdadır”.



Xəbərin oxunma sayı : 649




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap