Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İlham Əliyev Aşqabadda Paşinyanı çətin vəziyyətə saldı - VİDEO

Tarix 11.10.19, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB dövlət başçılarının iclası zamanı maraqlı çıxışı ilə yadda qalıb.

Belə ki,Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb.

Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib: “Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib.

İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb: “Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistan Baş naziri Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb.

O, ermənilərin təkcə SSRİ ordusunda yox, həm də Avropa Müqavimət Hərəkatında vuruşduğunu iddia edib: “Biz həmin illərin tarixi hadisələrinin obyektiv işıqlandırılması istiqamətində istənilən konstruktiv addımları dəstəkləyirik və onların subyektiv interpretasiyası cəhdlərinə qarşı çıxırıq. Təəssüf ki, İlham Heydəroviçin nitqində biz belə cəhdləri gördük” .

Paşinyan daha sonra Njdeyə haqq qazandırmaq üçün guya onun Türkiyənin Ermənistanı işğal etməsinə qarşı vuruşduğunu deyib: “Belə təəssürat yaranır ki, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Doğrusu odur ki, Njde Ermənistanın türk işğalına və “erməni soyqırımı”na qarşı mübarizə aparıb”.







Xəbərin oxunma sayı : 1678




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap