|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Londonda nə qədər insan Zamirə Hacıyevaya görə mənə zəng edir” - Rza İbadov
Tarix 31.10.18, 15:17 |
|
Eks-deputat: “Heydər Əliyevin bir sözü heç vaxt yadımdan çıxmaz: Bu dünyanın quyruğu uzundur”
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda növbəti dəfə Bakıya gəlmişdi. Azərbaycana səfərini başa vuran eks-deputat yenidən İngiltərə paytaxtına qayıdıb.
O, 2005-ci ildən sonra Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. Rza İbadov Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.
Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib. Ondan sonra sabiq deputat bir neçə dəfə vətəni ziyarət edib.
Modern.az saytının əməkdaşı Rza İbadovdanmüsahibə alıb. Onunla söhbəti təqdim edirik:
- Rza müəllim, bu günlərdə Azərbaycana səfər etmişdiniz. Deyəsən səssiz gəlib, səssiz də getdiniz.
- İki həftədən artıq Azərbaycanda qaldım. Səssiz gəlib-getməyimin səbəbi o idi ki, gəlişimin ictimailəşməsini istəmədim. Hazırda Londondayam.
- Londondakı işləriniz necədir? Siyasi proseslərə də baş vurusunuz, yoxsa kənara çəkilmisiniz.
- Hər şey yaxşıdır (gülür).
- Övladlarınız hazırda Londonda nə işlə məşğuldurlar?
- Bir qızım London Universitetini bitirib və Finans mərkəzində çalışır. İkinci qızım isə hazırda Londonda tələbədir. Hər iki qızım Azərbaycanı çox sevir və ürəkləri vətən ilə döyünür.
- Bakıda olduğunuz müddətdə köhnə dostlarınızla əlaqə saxladınızmı?
- Düzü, ancaq ailə üzvlərimlə, qohumlarla bir arada oldum. Daha əvvəl, 2015-ci ildə də Azərbaycanda olmuşam.
- Ölkəmizdəki dəyişiklikləri müşahidə edə bildinizmi?
- Əlbəttə. Azərbaycanda çox böyük dəyişikliklər var. Prezident İlham Əliyev çox böyük işlər görür. Görülən işlərə baxıb sevinirəm. Bilirsiniz, 1990-cı ildən mərhum prezidentimiz Heydər Əliyevin yanında olmuşam. Ardınca İlham Əliyevin hər zaman daxili və xarici siyasətini dəstəkləmişəm. O zamanlar yalnız haqqın və ədalətin bərpası üçün çalışırdım. Şükürlər olsun ki, haqq-ədalət bərpa olundu və Heydər Əliyev Azərbaycana qayıtdı. Ölkəmizi bəladan, ağır günlərdən qorudu. Azərbaycanı dünya xəritəsindən silinməkdən azad etdi. Açığını sizə deyim: əgər dünyanın siyasi mərkəzi Vaşinqtondursa, kültür mərkəzi Parisdirsə, maliyyə mərkəzi Londondur. 10 -15 il bundan qabaq Londonda Azərbaycan adı çəkiləndə kimsə tanımırdı. İndi “Azərbaycandanam” deyən kimi hamı “Formula-1”, “Eurovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsindən danışır. Bundan başqa, ölkədəki inkişafdan da söhbət edirlər.
Bu gün əgər AvroLiqada yarışan bir ingilis komandası finala çıxsa, çox adam final oyununun keçirələcəyi Bakıya gəlmək istədiyini deyir. Hətta biletlərin alınmasında onlara kömək etməyimi də istəyənlər var. Bu cür hallar ölkəmizin dünya çapındakı mövqeyini ortaya qoyur. Bakını Avropa stilində olan bir şəhər kimi təqdim edirlər.
- Azərbaycanı sevən biri kimi növbəti illərdə Rza İbadovu yenidən Milli Məclisdə, yaxud da hansısa sahədə vəzifə başında görə bilərikmi?
- Belə bir atalar sözü var: “Həyat sürprizlərlə doludur”. Dünyanın işlərini bilmək olmaz. Dünyanın bir də qədər işi, yəni alın yazısı var. Bir neçə gün bundan qabaq burada (Londonda-red.) bir hadisə baş verdi. Belə ki, İngiltərə çempionatında çıxış edən “Lester Siti” adlı futbol komandası var. Onun sahibi taylandlı biri idi. Məşhur “Forbes” jurnalının açıqlamasına görə, onun 5 milyard pulu vardı. “Lester Siti”nin matç bitəndən sonra helikopterlə göyə qalxan zaman yanğın baş verdi. Özü və 2 nəfər də yandı. Baxmayaraq ki, 5 milyard pulu vardı, futbol klubunun sahibi idi, amma həyat ona pis sürpriz etdi.
Məsələn, vaxtilə heç zaman ağlıma gəlməzdi ki, Heydər Əliyev hakimiyyətə gələcək. Çünki o zaman ölkədə elə bir vəziyyət yaranmışdı ki, gedişatın necə olacağını bilmirdik. Amma Heydər Əliyev gəldi və ölkə işıqlı günə çıxdı.
Lomonosov adına Moskva Dövlət Universitetində oxuduğum zamanlarda kimsə Heydər Əliyev haqqında nəsə deyəndə dərhal ulu öndəri dəstəkləyirdim. “Haqsız danışmayın” deyirdim.
Heydər Əliyevin general formasında olan bir şəkli vardı. O şəkli özümlə Naxçıvandan Moskvaya aparıb otağımdan asmışdım. Söhbət 1989-1990-cı illərdən gedir. Heydər Əliyevin bir sözü heç vaxt yadımdan çıxmaz: “Bu dünyanın quyruğu uzundur”. Mən də elə düşünürəm. Nəyin necə olacağını biz bilmərik. Alın yazısı deyilən bir şey var.
Londonda heç bir siyasi fəaliyyətlə məşğul deyiləm və məşğul olmaq fikrim də yoxdur. Çünki kimsə siyasətlə məşğul olmaq istəyirsə, gərək Azərbaycana gəlsin. Bir fikrim var: Azərbaycanımın hər zaman ancaq uğurlara imza atmasını arzulayıram. Biz də kənardan baxıb sevinək. Şükürlər olsun ki, cənab prezidentin rəhbərliyi altında bunlar həyata keçirilir. Ümid edirəm ki bundan sonra da yaxşı olacaq. İstər xarici istər regional siyasətində aparılan işləri izləyirəm. Hər bir addımının zərgər dəqiqliyi ilə edildiyini görürəm. Kənardan bunları daha yaxşı görmək olur.
- Son günlər Avropa mediası Azərbaycanla bağlı bir xəbərə önəm verir: Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonun məhşur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Onun istifadə etdiyi çantaların, ayaqqabıların bahalı qiymətindən də yazırlar. Londonda bu qadın barədə nələr eşitmisiniz?
- Bəlkə də inanmazsınız. Nə qədər insan buna görə mənə zəng edir. Dünən də bahalı iti ilə evdən çıxarkən şəkli çəkilib və mediada yayımlanıb. Sizinlə danışmamışdan qabaq bir ingilis dostum mənə zəng etdi ki, sizin həmyerliniz ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. Burada vəkillər məsələni uzatdılar. Guya ki, pulları halal yolla qazandığı araşdırılacaq. Hamımız bilirik ki, bu pullar halal yolla qazanılmayıb. Zamirə Hacıyevanın bədxərcliyinin əziyyətini bütün Azərbaycan xalqı çəkir. Təqaüdçülər, müəllimlər çəkir. Azərbaycan iqtisadiyyatına ən böyük zərbəni Beynəlxalq Bankın rəhbərliyi etdi. Neftin pullarını havaya sovurdular. Devalyasiyaya səbəb də bu cür hallar oldu. İngiltərədə o cür hallara çox pis baxırlar. Zamirə Hacıyevanın alış-veriş etdiyi dükana yaxın yerdə yaşayıram. Başqa yerdə satılan əşyalar 5 puandırsa, orada 15 puandır. Orada qiymətlər çox yüksəkdir.
- Belə fikirlər var ki, Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılmısınız?
- Yalan söhbətlərdir. İndi də YAP-ın üzvüyəm. Yeni Azərbaycan Partiyası gözlərimin önündə yaranıb. Düzdü, Siyasi Şuranın üzvü olmadım. O vaxt Heydər Əliyev özü məni yanına çağırdı. Belə məsləhətləşdik ki, Əli Həsənov Siyasi Şuranın üzvü olsun. Əli müəllim dostumuzdur. Harada yaşamağımdan asılı olmayaraq, YAP-ın üzvüyəm. Hər zaman da bu partiyanı dəstəkləyəcəm.
- Azərbaycandakı dostlarınızla münasibətləriniz qalırmı?
- Əlbəttə qalır. Ad çəkmək istəməzdim. Əlaqə saxladığım və saxlamadığım şəxslər var. Azərbaycanda çalışdığım dönəmlərdə ətrafımdakı insanlarla yaxşı ünsiyyətdə olmağa cəhd etmişəm.
- 2018-ci ildə Azərbaycanda qaynar siyasi ab-hava yaşandı. Öncə prezident seçkiləri keçirildi. Daha sonra isə köklü kadr dəyişiklikləri baş verdi. Prezident İlham Əliyevin budəfəki təyinatları, bəzi köhnə nazirləri işdən uzaqlaşdırması hər kəs tərəfindən bəyənildi. İndi günki gənc kadrlar üstünlük təşkil edir. Bu barədə nə deyə bilərsiniz?
- Sizə açığını deyim ki, budəfəki kadr dəyişikliklərinə çox sevindim. Məsələn, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tələbə yoldaşım olub. Çox layiqli kadrdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin atası Rafiq müəllim dostum olub. Kənd təsərrüfatı naziri İnam Kərimov, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və adını çəkmədiklərimin hamısı layiqli kadrlardır. Sevinirəm ki, bu insanlar sistem qururlar. Vergi, ekologiya, sosial təminat sistemi qurulduqdan sonra hər şey uğurlu olacaq. Bilirsiniz, kiminsə nazir, deputat, baş nazir olmasının əhəmiyyəti yoxdur. Çünki ölkədə sistem işləyir. Azərbaycanda uğurlu sistemin qurulmasına sevinirəm. İnanıram ki, bunların hamısı yaxın gələcəkdə öz bəhrəsini verəcək.
- Hazırda Cənubi Qafqazda dəyişik siyasi ab-hava hökm sürür. Ötən həftə Gürcüstanda prezident seçkiləri keçirildi. Saakaşvilinin Gürcüstana gələcəyi gözlənilir. Prosesləri necə analiz edə bilərsiniz?
- Namizədlərin topladıqları səs faizləri 38-37 arasında dəyişir. Müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Saakaşvili təlatümləri sevən insandır. Düşünürəm ki, seçkilərin II turuna kimi o, Gürcüstana gələcək. II tura çıxan namizədlərin hər ikisi Qərb yönümlüdürlər. Bunlardan hansı birininsə seçilməsinin Qərb üçün əhəmiyyəti yoxdur. Belə düşünürəm ki, Saakaşvilinin və partiyasının dəstəklədiyi namizəd namizəd qalib gələcək. Bu, şəxsi fikrimdir.
- Dekabrda Ermənistanda da növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir. Ermənistanın keçmiş rəhbərləri ilə hazırki baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında gərginlik yaşanmaqdadır. Ermənistandakı vəziyyət Qarabağ münaqişəsinə necə təsir edə bilər?
- Ermənistanda hazırda köhnə sistem qalır. Yeni sistem yoxdur. Ona görə də Ermənistanda böyük xaos yarana bilər. Ermənistan Rusiyanın forpostudur. Paşinyan Amerika ilə işlədiyindən bu da Rusiyanın xoşuna gəlmir. Düşünürəm ki, Azərbaycan Qarabağ məsələsində hələ ki gözləyir. Rusiya ilə Ermənistanın ciddi problemləri olacaq. Balans ciddi surətdə Azərbaycanın xeyrinə dəyişib və dəyişməkdə də davam edəcək. Bizim bilmədiyimiz nüanslar çoxdur. Amma Rusiya, Amerika, Avropa ilə aparılan işlər düzgün işlərdir. Avropa Azərbaycanla əlaqə qurmaqda maraqlıdır. Rusiyadan qaz asılılıqlarına son vermək istəyirlər. Bunun da yeganə yolu Azərbaycandır. Ona görə də Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Ermənistan. Ortada İran faktoru da var. Amerika istəyir ki, Ermənistan İranla olan münasibətlərini zəiflətsin. Bu proseslərin hamısı Azərbaycanın xeyrinə işləyir. Ona görə də Ermənistanda keçiriləcək növbədənkənar seçkiləri gözləməliyik. Düşünürəm ki, seçkilərdən sonra Azərbaycan rəhbərliyi ən düzgün addım atacaq.
Xəbərin oxunma sayı : 355
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV