“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Müharibənin bitməsinin 4 ssenarisi var” – “NATO parçalana bilər”

Tarix 02.08.25, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ hazırkı siyasəti dəyişməsə, NATO parçalanma riski ilə üzləşə bilər”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yerli mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, NATO da daxil olmaqla, geniş ittifaqların uzunmüddətli səmərəliliyinə tam inanmır: "Mən inanıram ki, onlar mövcud ola bilərlər, lakin məhdud müddət ərzində".

Budanov vurğulayıb ki, bu gün Moskva böyük müharibəyə hazırlaşır və Rusiyada sovet dövründən bəri ən böyük silahlanma proqramı həyata keçirilir. Onun sözlərinə görə, bu planların mərkəzində NATO ilə qarşıdurma dayanır.

Budanov qeyd edib ki, Rusiya dəyəri 1,1 trilyon dollardan çox olan genişmiqyaslı yenidən silahlanma proqramına başlayıb ki, bu da 1980-ci ildən bəri ən böyük proqramdır. Bu vəsait ölkənin 2030-cu ilə qədər NATO ilə mümkün tammiqyaslı münaqişəyə hazırlığını müəyyən edən sistem sənədinə daxildir. Ukrayna hərbi kəşfiyyatının başçısı iddia edib ki, Rusiyanın strateji planlarının əsas diqqət mərkəzində Baltikyanı ölkələr, Finlandiya, Norveç və NATO-nun ümumilikdə şimal cinahına aid ərazisi dayanır. Budanovun fikrincə, Moskva potensial toqquşmanı məhz bu istiqamətdə gözləyir.

O həmçinin, Ukraynanın Rusiya ilə müharibə nəticəsində düşə biləcəyi vəziyyətlə bağlı bir neçə ssenarini qeyd edib:

Birinci ssenari Gürcüstan ssenarisidir. Bu ssenaridə Ukrayna Qərbdən sabit dəstək ala bilmir, qeyri-sabitlik yaranır, müharibədən sonrakı bərpa prosesi ləngiyir, Avropaya inteqrasiyanın uğursuzluğu və ölkənin yenidən Rusiya Federasiyasına doğru sürüklənməsi ilə üzləşir.

İkinci ssenari İsraildir. Bu, ölkənin müttəfiqlərindən güclü, daimi iqtisadi və siyasi dəstək alması, xarici qoşunların əhəmiyyətli iştirakı olmadan belə "qala"ya çevrilməsi və sürətli hərbi modernləşdirilməsidir.

Üçüncü ssenari Cənubi Koreyadır. Bu, NATO-ya qoşulmağı və işğal olunan ərazilərin qaytarılmasını nəzərdə tutmur, lakin Ukrayna ərazisində müttəfiq qoşunların olmasını təmin etmək və ABŞ-dən zəmanət almaq mümkün olsa, o zaman ərazinin 80%-i yaşaya, inkişaf edə və müəyyən təhlükəsizliyə malik ola bilər.

Dördüncü ssenari Belarus ssenarisidir. ABŞ dəstəkdən imtina edir, Avropa fəallaşmır və Ukrayna Moskvanın təzyiqi altında vassal dövlətə çevrilir. Belə olan halda, müharibədə Rusiya qalib gəlir, Qərb parçalanır və dünya nizamı dönməz şəkildə pozulur.

Budanov vurğulayıb ki, bütün bunlar digər vacib amillərlə yanaşı, həm də ukraynalıların özlərinin nəyə nail olmaq istəklərindən asılıdır.



Xəbərin oxunma sayı : 853




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap