Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Mühəndis Qoşunları 4 729 hektar ərazini minalardan tam təmizləyib“ - General

Tarix 07.04.21, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi və müdafiə nazirinin əmrinə əsasən, hazırda Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən respublikamızın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənməsi, partlayıcı vasitələrin və qurğuların axtarılması tapşırığı yerinə yetirilir".

AzFakt-ın xəbərinə görə, bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

O qeyd edib ki, verilən əmrə əsasən, mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər şəxsi heyət tərəfindən axtarılır və təmizlənir:

"Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən 4 729 (rəqəmlər hər gün dəyişir) hektar ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib. Minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün təyin edilmiş ərazi sahəsi xəbərdaredici nişanlarla hasara alınır. Minalardan tam təmizlənmə tapşırığı alan şəxsi heyət qoruyucu istehkam jiletləri ilə təchiz edilir. Gündəlik olaraq qrup rəhbərləri tərəfindən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Görülən tədbirlərə uyğun olaraq tapşırıq yerinə yetirilərkən bir yerə toplanmamaq, keçidlərdən kənar və yoxlanılmamış yerlərdə gəzməmək, minanın varlığını bilmədən qabaqcadan yoxlanılmamış məftili və başqa partlamayan maneələri yerindən tərpətməmək, irəli, geri çəkməmək, ancaq keçid və cığır işarələri ilə işarələnmiş sahələrdə hərəkət etmələri tapşırılır".



Xəbərin oxunma sayı : 892




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap