|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Mənə qarşı yayılan fitnə xarakterli xəbərlər onları hiddətləndirmişdi“ - Şeyx sükutu pozdu
Tarix 04.10.17, 16:52 |
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a məxsusi müsahibə verib. BakuPost.az xəbər verir ki, o müsahibəsində 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı gördüyü işlərdən, dövlət-din münasibətlərindən, dini müstəvidəki aktual problemlərdən söhbət açmaqla yanaçı, son zamanlar haqqında səslənən ittihamlara da münasibət bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Şeyx həzrətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli” elan etməsinin əhəmiyyəti barədə fikirlərinizi bildirməyinizi, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Bismillahir-rəhmanir-rəhim!
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi tarixi əhəmiyyətli qərar olmaqla yanaşı, heç şübhəsiz ki, ölkəmizin dünya müstəvisində nüfuz və önəminin artmasına da dəlalət edir. İslam həmrəyliyinə dəvət - zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır.
İslam həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, bütün dünya üçün dinlərarası münasibətlərin keyfiyyətcə yüksəlməsi yolunda gözəl imkan kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının İslam həmrəyliyi çağırışı İslamı terrorla eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı aqressivlik nümayiş etdirən, İslam əleyhinə çirkin gözdənsalma kampaniyası aparan, müsəlman dünyasına daxili nifaq salmaq istəyən qüvvələrə tutarlı cavabdır, İslamın əsl mütərəqqi mahiyyətinin təbliği üçün uğurlu imkandır.
Azərbaycan Prezidenti öz təşəbbüsləri ilə dünyaya bəyan edir ki, bütün problemli məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Həqiqətən, dünyanın müxtəlif yerlərində dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, islamofobiya, din adından sui-istifadə edərək insanların qətlə yetirilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə bir dövrdə dövlətimizin başçısının zəmanəmizə etdiyi mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir. Bu, həm də onun göstəricisidir ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.
Qafqaz Müsəlmanları İdarəsi 2017-ci il ərzində istər ölkəmizdə, istərsə də xarici ölkələrdə keçirdiyi çoxsaylı beynəlxalq tədbirlərdə məhz bu ideyanın mahiyyətini açıqlamağa çalışıb. Rusiya, Finlandiya, İran və Türkiyədə müvəffəqiyyətlə keçirilmiş beynəlxalq tədbirlərdə "İslam Həmrəyliyi İli” ideyasının böyük rəğbətlə qarşılandığının şahidi olmaq olduqca qürurverici idi. Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, müxtəlif beynəlxalq qurumlar, o cümlədən İRSİCA, İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə keçirilən mötəbər konfranslara adlarını bir qədər əvvəl qeyd etdiyim ölkələrin dini mərkəzləri, müvafiq dövlət qurumları, elmi və dini ictimaiyyəti böyük dəstək nümayiş etdiriblər. Yaxın aylarda Özbəkistan, İspaniya, Sankt-Peterburq və Naxçıvanda tədbirlərin davamı planlaşdırılır.
Bu ilin dekabrında, Ulu Öndərin anım günü ərəfəsində Naxçıvanda keçirəcəyimiz beynəlxalq konfrans müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz Heydər Əliyevin həmrəylik ideyalarına verdiyi önəmi vurğulamaq məramına xidmət edəcək. İnşallah, bu ilin sonunda Bakıda "İslam Həmrəyliyi İli”nin yekunlarına dair mötəbər beynəlxalq konfransda il ərzində görülmüş işlərin nəticələri barədə xalqımızı və beynəlxalq ictimaiyyəti məlumatlandıracağıq.
Biz "İslam Həmrəyliyi İli” çərçivəsində keçirdiyimiz konfransların ünvanına dövlətimizin başçısının, habelə ev sahibliyi edən ölkələrin rəhbərlərinin təbrik məktublarının və müraciətlərinin daxil olmasını xüsusi dəyərləndiririk. İslam həmrəyliyinə çağırışın Vətənimiz Azərbaycandan səslənməsi, bu ideyanın beynəlxalq əks-sədası bizim üçün böyük fəxrdir. Buna görə biz dövlətimizin başçısına hədsiz minnətdarıq və onun misilsiz fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyirik.
- Azərbaycanda dövlət və din münasibətlərinin tənzimlənməsi sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, multikulturalizm və tolerantlıq ənənələri çox yüksək səviyyədədir. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızın uğurlu birgəyaşayış modeli, dinlər və məzhəblərarası münasibətlərin yüksək səviyyəsi - həyatın bütün sahələrində nailiyyətlərimizin təməlində duran mühüm amillərdən biri və müasir Azərbaycan dövlətinin demokratik gerçəkliyidir.
Müstəqillik dövründə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu Öndərin böyüklüyü onda idi ki, o bütün dinlərə eyni nəzərlə yanaşır, xalqımızın milli-mənəvi dəyərlərinə xüsusi diqqət və ehtiram göstərirdi. Şükürlər olsun ki, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Fəxrlə deyə bilərik ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelidir.
Ölkəmizdə din-dövlət münasibətlərini tənzimləyən müvafiq qanunlar və bu münasibətlərin düzgün koordinasiyasına nəzarət edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Azərbaycanda tarixi dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bu münasibətlər xalqımızın dini-mənəvi sahədə mənafelərinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. Biz belə nümunəvi əməkdaşlıq sayəsində dövlətçiliyimizin maraqları və milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə daha səmərəli xidmət etmiş oluruq. Bütün bölgələrimizdə bu iki qurumun nümayəndələri və təmsilçiləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə bərabər çalışmaqdan məmnunuq və əminik ki, konstruktiv işbirliyi şəraitində daha çox uğurlu layihələrə imza atacağıq.
Azərbaycanda dini icmalar qanun çərçivəsində öz fəaliyyətlərini sərbəst həyata keçirir, dövlətimizin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini ibadətlərini yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar. Dindarlar dövlətin diqqətindən, dövlətimizin başçısının yürütdüyü siyasətdən, dini dəyərlərə xüsusi ehtiramından məmnundurlar.
- Bu yaxınlarda Moskvada Rusiya və Ermənistanın dini liderləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar apardınız. Görüş barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə, bu danışıqların nəticəsi olaraq nələri gözləmək olar?
- Bəli, bu il sentyabrın 8-də Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüşümüz baş tutdu. Bu görüş 1988-ci ildən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi. Rus Pravoslav Kilsəsinin mərhum başçısı II Aleksinin vasitəçiliyi ilə başlanmış, o vaxtlar erməni katalikosları olmuş Vazgen və I Qareginlə danışıqlarımızın ən mühüm nəticəsi münaqişənin dini qarşıdurma müstəvisinə keçməsinə imkan verməmək idi. Mənim üçün hissi yükü nə qədər çətin və ağır olsa da, dini lider olaraq bu məsuliyyəti və Uca Yaradan qarşısında mənəvi borcumu dərk edərək uzun illər ərzində bu missiyanı yerinə yetirmişəm. Bütün səmavi dinlər insanlara dinc yanaşı yaşamağı, əmin-amanlıq naminə əməkdaşlığı və qarşılıqlı ehtiramı təlqin edir. Yaradanımız, xalqlarımız qarşısında missiyamız bizim - dini liderlərin üzərinə sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərmək məsuliyyəti qoyur.
Üçtərəfli görüşlərin tarixinə nəzər yetirsək görərik ki, bir çox bədxah dairələrin, münaqişəni dini müstəviyə keçirmək istəyənlərin niyyətlərinə axmayaraq, münaqişə vəziyyətində olan tərəflərin dini liderlərinin eyni masa ətrafında bir araya gəlməsi problemin xristian-müsəlman münaqişəsi səciyyəsi almasının qarşısını müəyyən qədər ala bildi. Hazırda bütün dünyada gedən dinlərarası toqquşmaları müşahidə edərkən bu məqamın önəmi daha aydın görünür.
Hər bir görüş, kiçik də olsa, irəliyə addımdır. Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa məsuluq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik. Bu, ilk növbədə, humanitar problemləri ehtiva etməlidir. Məsələn, budəfəki görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi. Daha sonra məscid, məbəd və digər müqəddəslik kəsb edən abidələrin qarşılıqlı şəkildə müdafiəsi və toxunulmazlığı məsələsini qaldırdıq. Həmçinin gənclərimizin ənənəvi mənəvi-əxlaqi dəyərlər zəminində sülhsevərlik, qarşılıqlı ehtiram ruhunda tərbiyəsinin vacibliyi vurğulandı. Gərgin keçən görüşdə bir çox arqumentlər səsləndi, qarşılıqlı iddialar oldu. Erməni tərəfi bizim təkliflərimizlə çox çətinliklə razılaşırdı, danışıqlar prosesini pozmağa çalışırdı. Lakin bölgədə qan tökülməsinin qarısını almaq, münaqişənin ədalətli sülh yolu ilə həllini reallaşdırmaq naminə bütün mümkün imkanlardan istifadə etmək məramı hər şeydən daha mühümdür. Bu məram naminə istənilən yol caizdir, hər atılan addım xeyrə vəsilədir. Bu baxımdan, üçtərəfli görüşləri önəmli sayıram. Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill həzrətlərinə vasitəçilik, sülhyaratma missiyasına görə minnətdarıq.
- Şeyx həzrətləri, bilirik ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Sizin şeyxülislam kimi fəaliyyətinizə hər zaman yüksək qiymət veriblər. Gördüyünüz işlər cəmiyyətimizdə də həmişə yüksək qiymətləndirilir. Lakin son günlər haqqınızda bəzi fitnəkar xarakterli məlumatlar yayılıb. Buna münasibətinizi bilmək maraqlı olardı.
- Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur. Xalqımızın Ümummilli Lideri, xatiri mənim üçün əziz olan qardaşım Heydər Əliyev həzrətləri hər zaman mənim fəaliyyətimi yüksək dəyərləndirib. Möhtərəm dövlət başçımız İlham Əliyev həzrətlərinin ali ehtiram və dəyərli diqqətini olduqca yüksək qiymətləndirirəm. Təbii ki, müdrik şəxsiyyətlərin ehtiramı böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir.
Ümumən, Şeyxülislamlıq məqamına hörmət, ehtiram təbii ki, xalqımızın milli-mənəvi dəyərlərindən, əsrlərlə formalaşmış mentalitetindən irəli gələn bir məsələdir. Düzgün vurğuladınız ki, fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə gündəmə gətirildikdən sonra mənə bir çox mötəbər şəxslər də, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildirdilər. İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil.
Ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar. Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: "Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər”.
- Qafqaz Müsəlmanları İdarəsinin dini-maarifçilik istiqamətində gördüyü işlər barədə də məlumat verməyinizi xahiş edərdik.
- Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə birgə ibadət edirlər. Tarixən formalaşmış bu ənənə Azərbaycanda indi də davam edir. Bir sıra məscidlərimizdə - istər Bakıda, məsələn, Heydər məscidi, Əjdərbəy məscidində, istərsə də bölgələrdə, məsələn, Göyçayda, Qubada, Xaçmazda müxtəlif məzhəbli dindarlar birlikdə namaz qılırlar. Bu, bizim həyat tərzimizdir və bununla qürur duyuruq. Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir.
Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi, onun tərkibindəki Qazılar Şurası və Elmi-Dini Şura bu istiqamətdə hər zaman maarifçilik işi aparır. Elmi-Dini Şuranın qərarı ilə bir sıra dəyərli tədqiqat işləri, kitablar və monoqrafiyalar nəşr olunub, məzhəb fərqliliyini istisna edən təqvimlər çap edilib. Biz bu yaxınlarda Qazılar Şurasının iclasında İslam həmrəyliyi baxımından daha bir əməli addım ataraq, din xadimlərimizin axund və imamlara bölünməsini aradan qaldıraraq, təsnifatda ümumi adla - imam adlandırılmasına qərar verdik. Din xadimlərimiz üçün "Xütbələr və moizələr” adlı vəsaitin yeni, daha da təkmilləşdirilmiş nəşrini hazırlayaraq məscidlərə paylamışıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bütün bölgələrdə dini maarifləndirmə tədbirlərində yaxından iştirak edirik. Din xadimlərinin təkmilləşdirilməsi hər zaman gündəmdədir. Ötən il biz dini sahədən yazan jurnalistlər üçün treninqlər təşkil etdik və bu işi gələcəkdə də davam etdirmək niyyətindəyik.
Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətində din və elmin birgə inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası və Bilik Fondu ilə birlikdə bir sıra tədbirlərin təşkilatçısı kimi çıxış edir. Azərbaycanda İslamşünaslıq elminin inkişafı, din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və din-dövlət münasibətləri sahəsində ölkəmizin nümunəvi təcrübəsi mütərəqqi dini maarifçiliyə, elm və dinin vəhdətinə yönələn fəaliyyət sahəmizdir.
Dini icmaların maddi-mənəvi ehtiyaclarına qayğı, dini etiqad azadlığı haqqında qanunvericiliyin təkmilləşdirilməsi sahəsinə diqqət dindarlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Bu il Prezident İlham Əliyevin İslam dinini tədris edən məktəblərin – 8 yeni İslam kollecinin təsis olunması haqqında müvafiq qərarı dövlətimizin başçısının dini maarifləndirmə işinə diqqət və qayğısını nümayiş etdirən daha bir dəyərli töhfə oldu.
Ulu öndərimiz Heydər Əliyev Təzəpir məscidində Həzrəti Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olub. O zaman Heydər Əliyev həzrətləri dindarlara xitab edərək "Allahın yolunda bir olaq!” dedi. Budur vəhdətin bariz nümunəsi, cəmiyyətimizin daxili birliyini, monolitliyini təcəssüm etdirən məqam! Şükürlər olsun ki, bizim həm din-dövlət, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur. Bunu dəyərləndirmək, qorumaq və gələcək nəsillərə ötürmək zəruridir.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Xəbərin oxunma sayı : 157
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV