“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar

Tarix 04.08.25, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


İmişli rayonu ərazisində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib.

Keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi  müəyyən edilib.

Bildirilir ki, SİMDNX tərəfindən Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb.





Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap