Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Oliqarx-məmurlar istənilən prosesə müdaxilə edirlər” - Vahid Əhmədov

Tarix 01.09.22, 8:49

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın 30 illik müstəqillik dövrü hamar keçməyib. Dövlət çevrilişinə cəhdlər olub, müəyyən ictimai-siyasi və iqtisadi problemlərlə üzləşmişik. 2003-cü ildə İlham Əliyev Prezident seçiləndən sonra stabilləşmə başladı. Neftdən gəlirlər əldə etmişik, iqtisadi dirçəlmə başlayıb, ölkədə maliyyə ehtiyatları formalaşıb. Amma bu dövr ərzində Azərbaycanda kifayət qədər varlanmış insanlar da peyda olub”.

Bu fikirləri “Unikal”a müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov səsləndirib. Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanda müxtəlif yollarla varlanan, oliqarxa çevrilən vəzifəli şəxslər olub: “Təbii ki, bu qədər varlanmaq təmiz yolla qeyri-mümkündür. Yalnız dövlət büdcəsinin hesabına oliqarx olmaq mümkündür. Çox təəssüflə qeyd edim ki, həmin o adamlar vəsaitlərin əksər hissəsini də xaricə çıxarıblar. Həmin vəsaitləri Azərbaycana qoysaydılar,  zavod- fabriklər tiksəydilər, əlbəttə ki, ölkə iqtisadiyyatına töhfə vermiş olardılar. İşsizlik azalardı, əhalinin güzaranı yaxşılaşardı, ərzaq problemi olmazdı. Yəni, bu gün Azərbaycanda oliqarx-məmur biznesi davam edir. Deyirlər ki, ölkədə monopoliya, inhisarçılıq yoxdur, yalan söhbətdir”.
Vahid Əhmədov  Rəqabət Məcəlləsindən və onun qəbul olunmasına yaradılan maneələrdən də danışıb: “Bir məsələni diqqətinizə çatdırım. 10 ildən çoxdur ki, Rəqabət Məcəlləsi Milli Məclisdədir. O Məcəllənin qəbul edilməsində əsas məqsəd bazarda azad rəqabəti bərpa etməkdir. Yəni, bazarda haqsız rəqabət olmasın ki, inkişaf getsin, hamı eyni səviyyədə bizneslə məşğul ola bilsin. Biz o məcəlləni iki oxunuşda qəbul elədik. Amma üçüncü oxunuşa qoymadılar çıxarmağa. Həmin oliqarxlar imkan vermədilər. Bilirsiniz, oliqarx-məmurlar istənilən prosesə müdaxilə edirlər. Onlar kifayət qədər vasaiti olan insanlardır. Burada söhbət milyardlardan gedir. Bu gün siz də, millət də bilir ki, həmin pullar kimlərdədir. Son iki ildə bu məsələnin üzərində ciddi dayandıq. Mən Hökumətdən də, baş nazirdən də tələb etdim ki, gəlin Rəqabət Məcəlləsini qəbul edək, bu məsələlərə son qoyulsun”.






Xəbərin oxunma sayı : 595




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap