Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İordaniya Kralından xəbərdarlıq:“İŞİD yenidən baş qaldırıb“

Tarix 14.01.20, 8:47

Font ölçüsü : - / +
bitmap-img6


İordaniya Kralı II Abdullah bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar. 

Azərtac “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, Kral terrorçuların təkcə Suriyanın şərqində deyil, həm də İraqın qərb bölgələrində fəallaşdıqlarını diqqətə çatdırıb.

Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən II Abdullah onu da əlavə edib ki, əvvəllər Suriyada döyüşən terrorçular indi Liviyaya toplaşıblar. O qeyd edib: “Avropaya daha yaxın olan Liviyada baş verənlər çox mühümdür. Suriyanın İdlib şəhərindən minlərlə döyüşçü Liviyaya gedib. Bu, regionda yerləşən mənim ölkəm və Avropa üçün ciddi məsələdir”.

ABŞ və İran arasında gərginliyə toxunan II Abdullah bildirib ki, onun ölkəsi yaxın aylarda regionda gərginliyin azalmasının tərəfdarıdır. Onun sözlərinə görə, indi vəziyyətdə yumşalma hiss olunur və İordaniya bunun davam etməsini arzu edir. “Tehranda baş verənlər Bağdad, Amman, Beyrut, İsrail-Fələstin prosesinə də təsir göstərə bilər” –deyə Kral vurğulayıb. O xatırladıb ki, İordaniya Haşimilər Krallığı Suriyadan olan 1,3 milyon qaçqına sığınacaq verib.



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap