|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qüdrət Həsənquliyev: “Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?
Tarix 10.04.17, 17:14 |
|
“Məni narahat edən odur ki, bizim Prezident Aparatında nəyin qarşılığında onlar bu cür açıq-açığına Konstitusiyaya zidd dərkənar qoyurlar”
Milli Məclisin ötən həftə baş tutan plenar iclasında iki məsələ ciddi müzakirə mövzusu oldu: “Banklar haqqında” qanun və Rusiyada artan anti-Azərbaycan davranışlar. Bəlkə də son illərdə ilk dəfə idi ki, Azərbaycan parlamentində şimal qonşumuza qarşı bu dərəcədə etirazlar ifadə olundu, xəbərdarlıqlar edildi. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə banklar mövzusundan danışarkən dəfələrlə söz alıb ciddi qanun pozuntularından, hətta Konstitusiya müddəalarının pozulmasından danışdı, üstəlik, qanunu geri qaytarmağa çağırdı. Müsahibəmizdə bütün bunlara aydınlıq gətirməsini istədik:
-Qüdrət bəy, parlamentdə çox ciddi ittiham səsləndirərək dediniz ki, Milli Məclisdə bir neçə dəfə antikonstitusion qanunlar qəbul etmişik. Söhbət hansı qanunlardan gedir?
– Doğrudan da, biz bir neçə dəfə Konstitusiyaya zidd qanunlar qəbul etmişik. Sonuncu dəyişikliyi Cinayət Məcəlləsinə etdik və terror aktı törədən şəxslərin vətəndaşlıq hüququndan məhrum edilməsinə dair sanksiya verdik. O vaxt da etirazım oldu, bildirdim ki, Azərbaycanda vətəndaşlıq hüqüqundan məhrumetmə növündə bir cəza nəzərdə tutulmayıb. İkincisi də, o zaman Konstitusiyada qeyd olunmuşdu ki, Azərbaycan vətəndaşı heç bir halda, istisnasız olaraq vətəndaşlıq hüququndan məhrum edilə bilməz. Üçüncüsü də absurddur ki, cinayət törətmiş şəxsi vətəndaşlıq hüququndan məhrum edəsən. Ağır cinayət törədən adama ən ağır cəza verilə bilər, bizdə də ən ağır cəza ömürlük həbsdir. Müasir dünyada bizdən başqa ikinci bir ölkədə vətəndaşlıqdan məhrumetmə ilə bağlı cəza növü yoxdur. Ona görə də biz Konstitusiyanı pozmaqla analoqu olmayan bir presedent yaratdıq. Belə cəza növü yalnız ibtidai icma quruluşunda olub, ümumi davranış qaydalarını pozan şəxsləri icmadan qovurdular ki, “get, başqa yerdə yaşa!” Amma indi hansı ölkəyə deyəcəksən ki, “bu, cinayət törədib, ona görə də sən bunu qəbul elə!” Amma artıq qanun qəbul olunub. Təəssüf ki, mən çox kəskin etiraz etsəm də, xeyri olmadı…
- Qayıdaq sonuncu etiraz etdiyiniz qanuna. Burada sizin etirazınızın əsas səbəbi nə idi?
– Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verildi. Qurumun bu səlahiyyəti var idi. Amma İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o qərarı ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. Yəni absurdluq bax, burdadır. Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər. Burada Konstitusiyanın bir neçə müddəası pozulur. Birinci konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir – qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.
- Səbəb nədir?
-Deyəcəyəm. Təkcə Konstitusiyanın bu maddəsi pozulmur. 60-cı maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarının, siyasi partiyaların, istənilən təşkilatın qərarlarından məhkəməyə şikayət verə bilər. Biz bu qanunu qəbul edəndən sonra belə çıxır vətəndaş hesab edirsə ki, ona məxsus bankı qanunsuz bağlayıblar, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur.
-Məgər burada beynəlxalq konvensiyalar, Avropa Məhkəməsi nəzərə alınmayıbmı?
-Hələ mən beynəlxalq konvensiyaları kənara qoyuram, öz Konstitusiyamızdan danışıram. Məni dəhşətə gətirən o oldu ki, Milli Məclisdə bütün bunları dediyim halda, heç bir reaksiya verilmədi. Verildi e, qanunsuz reaksiya… Bəzi deputat həmkarlarım hüquqşünas peşələrinə xəyanət etdilər, açıq şəkildə Konstitusiyaya zidd müddəanı dəstəklədilər. Orda savadlı hüquqşünaslar var, onlar başa düşürlər ki, nə baş verir. Amma hökumət tərəfindən gəldiyinə görə ona dəstək verdilər. Konstitusiyada vətəndaşın əmək hüququ var – 35-ci maddə. Yəni istənilən peşə ilə məşğul olmaq hüququ var. Məsələn, mən də özümə bank fəaliyyəti ilə məşğul olmaq seçimini etmişəm. Bankım var, ancaq sən mənim bankımı bağlayırsan ki, “daha bank fəaliyyəti ilə məşğul olma!” Özü də qanunsuz deyirsən, məhkəmə də bunun qanunsuz olduğunu sübut edir. Bu da vətəndaşın növbəti konstitusion hüququnun pozulmasıdır. Gör mən Konstitusiyanın neçə maddəsini saydım ki, kobud şəkildə pozulur. Hətta komitə iclasında Ali Məhkəmə üzvü də dedi ki, siz məhkəmələrə necə qanun qəbul etməklə bağlı göstəriş verə bilməzsiniz.
-Deməli, bütün bunlar Nəzarət Palatasına əlavə səlahiyyətlər verilməsinə hesablanıb, eləmi?
-Onsuz da bu qurumun səlahiyyətləri var. İstəsə, bu gün lisenziyanı ləğv edə bilər. Amma məhkəmə Nəzarət Palatasının qanunsuz qərarını ləğv edə bilirdi, indi biz qanunda yazdıq ki, məhkəmə bu qurumun qərarını ləğv edə bilməz.
-Bağlanan banka görə kompensasiya ödənişi necə həllini tapacaq?
-Mən orda da soruşdum ki, məsələn qanunsuz bağlamaqla banka milyonlarla ziyan vurmusan, konpensasiyanı kim ödəyəcək? Hətta onu da dedim ki, burada yazsaydınız ki, məhkəmə bu yanlış qərarı qəbul edənlərin şəxsi hesabına banka vurulan ziyan ödənilsə, bu halda bu qanun Milli Məclisə gəlməzdi. Nəzarət Palatasının o qədər imkanları yoxdur. Deməli, ziyan büdcə vəsaitləri hesabına ödəniləcək. Hökumət faktiki surətdə istənilən bankı bağlayacaq, məhkəmə bunu qanunsuz saysa, uzaqbaşı qərar çıxaracaq ki, sənə 500 min, ya 1 milyon kompensasiya veririk, götür, get, sən artıq bank işlədə bilməzsən! Kompensasiya deyilir, amma bizim Konstitusiyada deyilir ki, yalnız dövlət ehtiyacları üçün başqasının əmlakı milliləşdirə, özü də qabaqcadan ədalətli şəkildə ödənilmə şərtilə dövlət ehtiyacları üçün alına bilər. Mən hələ bunun hüquqi tərəfini söylədim, söhbət bununla bitmir. Bu, ölkə iqtisadiyyatına elə böyük ziyan vuracaq ki… Belə şəraitdə hansı investor Azərbaycana investisiya qoyar? Bank xırda bir müəssisə deyil ki, gəlib bağlasınlar, ya köşk kimi götürsünlər. Əgər bank bağlanırsa və qərar qanunsuzdursa, şəxs onu ləğv etdirə bilmirsə, bu ölkəyə kim investisiya qoyar, hansı ağlı başında olan adam bura yatırım qoyar? Heç kim qoymaz. O şirkətlər pul yatıra bilər ki, məsələn, bp kimi şirkətlər, onlar özlərini dövlətdən də güclü sayırlar və düşünürlər ki, onların əmlakını heç kim ala bilməz. Amma kiçik kampaniyalar belə faktları görəndən sonra inanmıram ki, bizə vəsait xərcləsinlər.
-Ancaq rəsmən bəyan olundu ki, bu qərar acınacaqlı vəziyyətdə olan bank sektorunun sağlamlaşdırılmasına xidmət edəcək. Razılaşırsınızmı?
-Guya ki, bu, bank sektorunda nizam-intizamın yaradılmasına xidmət edir. Əslində bu, bank sektoruna vurulan böyük zərbədir. Dünyada ən pis əməllər də müəyyən adlar altında edilir. Heç kəs demir ki, mən filan işi pis niyyətlə edirəm. Mən hesab edirəm ki, bu, ölkədə bank sektoruna və ümumiyyətlə, iqtisadiyyata ciddi zərbə vuracaq. Həmçinin sahibkarlığa böyük zərbədir.
-Deməli, artıq gecdir, yoxsa qanunun geri qaytarılması baş verə bilər? Fakt budur ki, prezident vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün addımlar atmağa çağırış edib və Yol Xəritəsini təsdiqləyib…
-Bunun qarşısını ancaq prezident ala bilər. Ancaq prezidentə də bunu kimsə məruzə etməlidir. Onu kim məruzə edəcək? Məni bu məsələdə ən çox düşündürən və narahat edən odur ki, bizim Prezident Aparatında nəyin qarşılığında onlar bu cür açıq-açığına Konstitusiyaya zidd dərkənar qoyurlar və prezidentin masasının üstünə göndərirlər? Məsələn, Natiq Əmirovla Rüfət Aslanlını başa düşmək olar, onlar hüquqşünas deyillər. Bunlar belə bir təşəbbüslə çıxış edə bilərlər, bəs, ordakı hüquqşünaslar niyə susurlar, bax, bu, düşündürcüdür. Mən xatırladım, bir vaxtlar Ramiz Mehdiyev dedi ki, Prezident Aparatında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik. Görünür, Prezident Aparatında savadlı hüquqşünas problemi ciddiyyəti ilə qalır. Bu qərarla ölkənin imicinə çox böyük zərbə vurublar. Bunu kimsə məruzə etsə, inanmıram ki, prezident belə bir qanuna imza atacaq. Üstəlik də bu, həm iqtisadiyyatımıza, həm ölkəmizin imicinə ziyandır, həm də vətəndaşlarımızın maraqlarına birbaşa toxunur.
-Bank sirlərinin yayılması da ciddi müzakirələrə səbəb oldu. Sizə cavab olaraq bildirildi ki, hətta İsveçrə banklarında sirlər Azərbaycandakı kimi yaxşı qorunmur. Belədirmi?
– Tam məsuliyyətlə deyirəm ki, heç bir əsası olmayan fikirlərdir. Mən Rüfət Aslanlıya sual verdim ki, sizə bu səlahiyyət nəyə lazımdır? Onu bankın gəliri-çıxarı, əmanətçi sayı, orta əmanət məbləği maraqlandıra bilər. Amma tutaq ki, mənim bankda nə qədər pulumun olmasının Rüfət Aslanlıya nə aidiyyəti var? Rüfət Aslanlı buna cavab verməliydi, əsaslandırmalı idi ki, bu məsələyə görə bank sirrini bilmək səlahiyyəti mənə lazımdır. Amma bunun əvəzində mənə dedi ki, başqa ölkələrdə də bank sirrini bilirlər. Əgər xaricə böyük miqdarda pul köçürmələrindən söhbət gedirsə, o pulların mənbələri haqqında şübhələr varsa, bu halda müvafiq hüquq-mühafizə orqanları var, bank məlumatlarını onlar ala bilər. Bu ölkədə bank sirri deyilən bir şey yoxdursa, bundan sonra kim gətirib bankda əmanət saxlayacaq?
-Rusiyadakı ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi, Dağıstanda Azərbaycanın yük maşınlarına qarşı müharibə vəziyyəti də ciddi narahatlıq doğurur. Nə baş verir, sizcə?
– Mən inanmıram ki, Rusiya Ümumrusiya Azərbaycanlılar Konqresini ləğv etsin, sadəcə, təzyiq kimi istifadə edirlər. Təşkilat ləğv olunsa, münasibətlər ziyan çəkər, inanmıram ki, Rusiya münasibətlərin tam pozulmasında maraqlı olsun. Sadəcə növbəti dəfə 2013-cü il seçkilərində olduğu kimi, Azərbaycana təzyiq edirlər.
-Kreml bunun qarşılığında nə istəyir?
– Deyə bilmərəm. Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimlər keçirməyə hazırlaşır, bu da onları qıcıqlandıra bilər. Yaxud seçki ərəfəsində Sərkisyan Moskvada Putinlə görüşdü, orda hansısa məsələləri müzakirə edib razılaşdıra bilərlər. Yaxud Qarabağ məsələsi ilə bağlı hansısa plan var. Ermənistanın danışıqlardan çıxması sözsüz ki, Rusiyanın istəyidir. Ola bilməz ki, Moskva İrəvanın danışıqlar masasına qayıtmasını istəsin, amma Ermənistan cığallıq etsin. Deməli, nə Dağistanda sürücülərin etirazı təsadüfi deyil, nə İrəvanın danışıqlardan kənarlaşması, nə də ÜAK-ın ləğvi məsələsinin gündəmə gətirilməsi. Ola bilər ki, Rusiya Azərbaycanın hansısa qərarlarından narazı qalıb, yaxud Bakıdan nələrsə istəyir. Bunu hökumət rəsmiləri dəqiqliyi ilə bilər. Amma bu yaxınlarda Lavrov açıqladı ki, biz Azərbaycanı Avrasiya İttifaqında görmək istərdik. Sözsüz ki, Lavrov bu cür açıqlamanı özbaşına verə bilməz, bu, birbaşa Putinin istəyidir.
Digər tərəfdən, Moskvada Rusiya siyasi elitasına yaxın adamlar var. Bu məsələlərdə onların da barmaqlarının olmasını istisna etmək olmaz. Mən adlar çəkmək istəmirəm, heç soruşmayın da. Onların Rusiyanın hüquq sisteminə kifayət qədər yaxın olanları var. Onlar üzdə Azərbaycan hökumətini dəstəklədiklərini desələr də, reallıqda bu hakimiyyətə qarşı kifayət qədər düşmən mövqedə olan adamlardırlar. Ümumiyyətlə, 2018-ci il prezident seçkiləri gəlir. Düşünürəm ki, Rusiya seçki ərəfəsində Azərbaycandan nəsə qopartmaq üçün təzyiqləri artıra bilər(musavat.com).
Xəbərin oxunma sayı : 253
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV