“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

İsmayıllının kəndlərinə güclü dolu yağıb - Leysan yağışları Qəbələdə fəsadlar törədib

Tarix 26.06.24, 11:16

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllının bir neçə kəndinə güclü dolu yağıb.

Bbu gün səhər saatlarında İsmayıllı rayonunda güclü dolu və leysandan sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

Dağlıq ərazidə yerləşən Əhən Dvoryan və Qoydan kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə ciddi ziyan dəyib.

Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin yollarını dağıdıb, Qoydan kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hazırda yağışlı hava şəraiti davam edir.

Səhər saatlarında fəsadlar törədən leysan yağışları Qəbələ rayonunun kəndlərində də fəsadlar törədib.

APA-nin Şirvan bürosu xəbər verir ki, tufan və leysan nəticəsində rayonun Vəndam, Yengicə Nohurqışlaq, Bunud, Həzrə kəndlərində də problemlər yaranıb.

Bostan və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Küləklə müşayiət olunan leysan yağışları nəticəsində bir çox küçələri sel suları dağıdıb, ağaclar aşıb, hələ də rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ Şəki avtomobil yolunda külək nəticəsində bir çox ağac aşaraq yolun müvəqqəti bağlamasına səbəb olub.

Hazırda ərazidə işlər aparılır.

ır.






Xəbərin oxunma sayı : 679




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap