“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Birinci Qarabağ müharibəsinin şəhidi Tərtərdə dəfn olundu – Fotolar

Tarix 28.06.24, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn edilib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.

AzFakt.com AZƏRTAC-a istinadla xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib.
Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.










Xəbərin oxunma sayı : 616




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap