“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Siyavuş Novruzov Türkiyə bələdiyyəsini nümunə göstərdi - “Vergi toplaya bilmir, polisə verir“

Tarix 28.06.24, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


"Torpaq satan bələdiyyə" fikiri artıq cəmiyyətdə yoxdur. Çünki bələdiyyələrə hələ elektron xəritə verilməyib. Bu bələdiyyə hansı torpaqları sata bilər?!

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir: “Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var”.

Deputat xatırladıb ki, bələdiyyələrin birləşməsi ilə bağlı qanun qəbul etdik: “Bələdiyyələrin sayı azalacaq. Adi mülkiyyət vergisini bələdiyyə toplaya bilmir, bələdiyyəni qapıdan qovurlar. Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə polisə verir, mülkə möhür vurdururlar. Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq”.

Siyavuş Novruzov bələdiyyələrə verilən dotasiyalarda olan çatışmazlıqlara da toxunub: “Dotasiya verilən zaman üzərində yazılır ki, hansı sahədə istifadə etmək olar. Başqa sahəyə bu puldan istifadə etməyə qoymurlar. Buna görə bu gün 50-dən çox bələdiyyə sədri həbsdədir”.



Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap