Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb – Hesabat

Tarix 14.07.20, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin iyun ayında ABŞ-ın 864 milyard dollar həcmində tarixin ən böyük aylıq federal büdcə kəsiri qeydə alınıb.

“Report” “AP”-yə istinadən xəbər verir ki, Maliyyə Departamentinin dünənki açıqlamasına görə bunun səbəbi koronavirus pandemiyasının yaratdığı resesiya üzündən milyonlarla iş yerinin bağlanması və nəticə olaraq büdcə mədaxilinin kəskin azalmasıdır. Bundan əvvəlki ən yüksək federal büdcə kəsiri 738 milyard dollar həcmində aprel ayında qeydə alınmışdı.

Bununla yanaşı oktyabrın 1-də başlayan hazırkı maliyyə ilinin ilk 9 ayında qeydə alınmış 2,74 trilyon dollarlıq büdcə kəsiri də sözügedən müddət üçün rekorddur. Konqres Büdcə Ofisinin proqnozuna görə il ərzində büdcə kəsirinin 3,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir. İllik büdcə kəsirinin 2009-cu ildə qeydə alınmış 1,4 trilyon dollar həcmindəki əvvəlki rekord göstəricisi hökumətin 2008-ci ilin maliyyə böhranından doğan resesiyanın nəticələrini aradan qaldırmaq üçün gördüyü təcili tədbirlərin nəticəsidir.

İyun ayının rekord büdcə kəsirini ortaya çıxaran amillər arasında hökumətin həyata keçirdiyi bir sıra yardım proqramları, o cümlədən işsizlik müavinətlərinə hər həftə 600 dollarlıq əlavə ödənişlər, habelə sahibkarlara işçilərini saxlamaları üçün dəstək tədbirlərini ehtiva edən Əməkhaqqının Qorunması Proqramı göstərilir. Belə ki, iyun ayında həmin proqrama 511 milyard dollarının sərf olunduğu bildirilir.

Bundan əvvəl keçmiş maliyyə katibi Henri Polson dövlət borcunun və büdcə kəsirinin ifrat artması nəticəsində ABŞ dolları dünyada əsas ehtiyat valyutası statusundan məhrum ola biləcəyini bildirmişdi.




Xəbərin oxunma sayı : 1102




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap