Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ-də təhlükəli epidemiya – 12 ştata yayıldı

Tarix 20.07.24, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də artıq 12 ştatı əhatə edən və iki nəfərin həyatına son qoyan listerioz epidemiyası elan edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, infeksiyanın qurbanları İllinoys və Nyu Cersi ştatlarında yaşayırdılar.
Daha 28 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyəti Merilend və Nyu Yorkda müəyyən edilib.
Onlar ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından zəhərləniblər.
Qeyd edək ki, bundan əvvəl, iyulun 17-də Kanada hökuməti də listerioz xəstəliyinin yayıldığını elan edib. İnfeksiya iki nəfərin ölümünə səbəb olub, daha 9 nəfər xəstəxanaya yerləşdirib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, listerioz qida ilə yoluxan nadir və təhlükəli xəstəliklərdən biridir. Hər il hər milyon nəfər üçün 0,1-dən 10-a qədər yoluxma hadisəsi qeydə alınır.
Yoluxucu xəstəlik doğulmamış uşaqlar, yeni doğulmuş uşaqlar, 60 yaşdan yuxarı insanlar və immuniteti zəif olan insanlar üçün ölümcül ola bilər.
Yüksək riskli qidalara emal olunmuş ət məhsulları, yumşaq pendirlər və soyuq hisə verilmiş balıq məhsulları daxildir.



Xəbərin oxunma sayı : 775




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap