“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Abşeronda polis əməliyyatı: maşın qaçıran keçmiş məhkum tutuldu

Tarix 21.10.19, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb.

DİN-nin Mətbuat xidmətindən AzFakt.com-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin oktabrın 20-də saat 08.30-da Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Abşeron RPİ və Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap