“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti

Tarix 13.08.25, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyannamənin Amerika Prezidenti üçün çox önəmli olduğunu vurğulayıb.

"Report"un xəbərinə görə, o, bunu digər ölkələrin "Tramp marşrutu"nu (Zəngəzur dəhlizi - red.) əngəlləməyə çalışacağı təqdirdə Vaşinqtonun hansı addımlar atacağı ilə bağlı sualı cavablandırarkən deyib.

"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, Prezident (ABŞ) Donald Trump ciddi qəbul edilməlidir. Bu razılaşma (sülh Bəyannaməsi - Red.) onun üçün vacibdir", - Bryus jurnalistlər üçün brifinqdə deyib.

O vurğulayıb ki, əvvəllər Aİ, Fransa, Rusiya və ABŞ-nin keçmiş prezidenti Co Bayden Bakı ilə İrəvan arasında sülh prosesində uğursuz vasitəçilik səyləri etsələr də, yalnız Tramp real nəticə əldə edə bilib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə Bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi maddəni özündə əks etdirir.

Sənəddə qeyd edilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəlcədən razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların açıllmasının vacibliyini təsdiqləyiblər.



Xəbərin oxunma sayı : 1018




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap