Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Azərbaycana gələn Çin vətəndaşları villanı qarət etdilər: 357 min manatlıq oğurluq

Tarix 27.11.25, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana gələn Çin vətəndaşları Abşeron rayonunda villanı qarət edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" yaşayış kompleksinin ərazisindəki villalardan birində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Vey Jijian və dostu, 1991-ci il təvəllüdlü Vey Honqfu Bakıda yaşayan Vey Hi adlı tanışının dəvəti ilə Çindən Azərbaycana iş üçün gəliblər. Vey Hi onları Bakıda qarşılayıb və özü yaşadığı evə aparıb. O, hər iki şəxsin onunla qalmasına razılıq verib və onların pasportlarını alıb. Bir neçə gündən sonra Vey Hi onlara bildirib ki, Abşeron rayonu ərazisində imkanlı şəxsin villası var və həmin villanı qarət etmək lazımdır. Bakıya iş dalınca gələn bu şəxslər əvvəlcə Vey Hinin təklifi ilə razılaşmasalar da, sonradan təklifi qəbul ediblər. Vey Hi onlara bildirib ki, əgər villanı qarət etməsələr, pasportlarını qaytarmayacaq.

Dostlar Vey Hinin təklifini qəbul ediblər və onunla birlikdə "Villa Badam" yaşayış kompleksinə gəliblər. Vey Hi villanı göstərərək onlara qapını qırmaq üçün çəkic də verib. Vey Jijian və Vey Honqfu villanın həyətinə daxil olublar, Vey Hi isə küçədə dayanıb ətrafı müşahidə edib. Villanın qapısını qıran Vey Jijian və Vey Honqfu evə daxil olaraq axtarışlara başlayıblar. Onlar evdə olan dəmir seyfi qıraraq içərisindən 228 650 manat dəyərində 134 500 ABŞ dolları və 10 000 manat, o cümlədən evdə olan külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb hadisə yerindən qaçıblar. Onlar evdən ümumilikdə 357 194 manatlıq oğurluq ediblər.

Onlar oğurladıqları pul və qızıl əşyalarını Vey Hiyə verib, birlikdə yaşadıqları evə gəliblər. Vey Hi həmin puldan 80 min dollar Vey Jijiana, 30 min dollar isə Vey Honqfuya verib, özü ilə ölkədən qaçıb. Dostlar Hava Limanına gələrək həmin pulları Çinə, ailələrinə göndərmək istəyiblər. Hava Limanında məlum olub ki, onlar adambaşına cəmi 70 min dolları göndərə bilərlər. Vey Jijian 70 min, Vey Honqfu isə 30 min dolları Çinə ailələrinə göndəriblər. Daha sonra onlar qalan məbləği də manata dəyişib yenidən Çinə göndərmək istəyiblər. Həmin vaxt onlar polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər bu pulu oğurluq yolu ilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanır və təqsirləndirilən şəxslər həbs olunublar. İş istintaq edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Vey Jijian 7 il 6 ay, Vey Honqfu isə 2 il azadlıqdan məhrum ediliblər.



Xəbərin oxunma sayı : 145




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap