Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO

Tarix 19.04.24, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Qazaxın da kəndlərini işğal edib. Həmin kəndlərin yeddi mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olublar. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb və hələ də məcburi köçkün həyatı yaşayırlar.

Xezerxeber.az-ın məlumatına görə, Bağanis Ayrım kəndinin sakini bildirib ki, kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu.

Xeyrimli kənd sakini isə qeyd edib ki, 1990-cı ilin martından 1992-ci ilin martına qədər kiçikmiqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldular.
Qızıl Hacılı və Aşağı Əskipara  kəndlərinin hazırda məcburi köçkün həyatı yaşayan sakinləri də bu gün ən çox sevinən insanlardandır. Onlar səbirsizliklə öz dədə-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap