Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Azərbaycanda bu ölkələrdən gətrilmiş 14 növ kartof əkilir – SİYAHI

Tarix 05.04.21, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yeni xarici ölkə sortları olan kartof sortları yetişdirilir. 

AzFakt.com Trend.az-a istinadən xəbər verir ki, bu barədə fermer Samir Verdiyev məlumat verib. 

Ölkənin 6 rayonunda kartof əkini ilə məşğul olan sahibkar yalnız xarici ölkələrdən Azərbaycana məhsuldar kartof növləri gətirməklə ölkədə bu sortları inkişaf etdirir: 

"Hazırda 6 rayonda 340 hektar kartof sahəsi əkirəm. Əkində yerli sortlardan istifadə etmirəm. Yalnız xarici ölkələrdən yeni sortlar gətirərək yetişdirib yerli fermerlərə toxumluq kartof sortları satıram. Məqsədim xarici sortları Azərbaycanda inkişaf etdirməkdir. Əsasən Cəlilabad, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Qəbələ rayonlarında kartof əkirik. Bu vaxta qədər xaricdən Azərbaycana 50 növə yaxın kartof toxumu gətirmişik. Onlardan 14 sort kartofu hazırda da əkirik. Digər sortlar Azərbaycan iqliminə o qədər də yararlı olmadığı üçün təkrar əkmirik. Cəlilabad rayonu ərazisində əkdiyimiz kartof sortu tezyetişən sortdur. Bu rayonda may ayında artıq kartof yığımına başlayırıq. İyun ayında Şəmkirdə, iyulda isə Tovuz və Ağstafa rayonlarında yığım başlayır. Məhsuldarlıq əsasən gecyetişən sortlarda yüksək olur".

Fermer deyir ki, ötən il orta hesabla hektara 42-45 ton kartof götürüb: 

"Ölkə üzrə ümumi göstərici ötən il 25-30 ton olub. Bizdə isə 42-45 ton olub. Xaricdən gətirib ilk dəfə əkdiyimiz toxumda isə hətta hektara 55 ton məhsuldarlıq da əldə etmişik. Kartof sortlarını əsasən Almaniya, Hollandiya və Türkiyədən gətiririk".



Xəbərin oxunma sayı : 802




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap