“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Starlink-dən Ukraynaya yeni məhdudiyyət: İşğal olunmuş ərazilərdəki əməliyyatlar dayandı

Tarix 13.11.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən Starshield peyk rabitə sisteminə yeni məhdudiyyətlər onların planlaşdırılan bütün əməliyyatlarını pozur.

Musavat.com xəbər verir ki, məlumatı adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən Axios yayıb. Mənbə nəşrə bildirib ki, "əməliyyatların hamısı bu məhdudiyyətlər səbəbindən pozulur". O qeyd edib ki, məhdudiyyətlər üç gün əvvəldən başlayıb. Axios söhbətin hansı əməliyyatlardan getdiyini dəqiqləşdirməyib. Daha əvvəl SpaceX nümayəndələri portala Starshield əməliyyatlarına heç bir məhdudiyyət qoyulmadığını bildiriblər.

Ondan əvvəl isə Ukrayna prezidenti Vladimir Zelenski Amerika Starshield peyk rabitə sistemində yeni əhəmiyyətli pozuntular barədə məlumat vermişdi. Onun sözlərinə görə, peyk rabitəsi yalnız saatda 161 km-ə qədər sürətlə işləyir. Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində o, Ukraynanın işğal olunmuş əraziləri üzərində Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərin ABŞ-ın Kiyevə münasibətdə mövqeyindəki dəyişikliyi göstərdiyini deyib.

Qeyd edək ki, məhdudiyyət tətbiq olunmazdan əvvəl Ukrayna işğal altındakı ərazilərdə Rusiya hərbi obyektlərinə bir neçə uğurlu hücum əməliyyatı həyata keçirmişdi.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap