Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda iki sahədə xidmət haqları 50 faiz artırıldı - QƏRAR

Tarix 20.05.22, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikliyə əsasən, bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb. Ölkədə aparılan sosialyönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əməkhaqlarının artırılmasıdır. Bu baxımdan  Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,  onların əmək haqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.

Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap