Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanlıların aksiyasına qoşulan Türkiyə səfiri: “Ermənilər düşündüklərinin tam əksilə qarşılaşdı“

Tarix 26.07.20, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Praqada soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə, düşmənin Tovuz istiqamətində törətdiyi hərbi təxribatlara qarşı keçirdikləri aksiyaya Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış da qatılıb və bununla da Azərbaycana dəstək nümayiş etdirib.

Egemen Bağış iki gündür Avropadakı soydaşlarımız arasında ən çox müzakirə olunan adama çevrilib. Türkiyənin Çexiyadakı səfiri Modern.az-a müsahibə verib.

- Egemen bey, Prqada "Bir dövlət, iki millət!” şüarının əbəs yerə səsləndirilmədiyini bir daha təsdiqlədiniz. O gün necə oldu ki, aksiyada iştirak etmək qərarını verdiniz?

- "Bir millət, iki dövlət!” anlayışını hər zaman yaşatmağa çalışırıq. Buradakı Azərbaycan səfiri, hörmətli Adış Məmmədov mənim sadəcə həmkarım deyil, həm də böyük qardaşım kimidir. Gəldiyi gündən bəri çox yaxın dialoqlarımız, müzakirələrimiz olub. Bu aksiyanın planlaşdırıldığını mənə Adış bəy bildirdi. Mənə ermənilərin Ermənistan səfriliyi qarşısında etiraz aksiyası keçirəcəklərini və azərbaycanlı qardaşlarımızın da buna qarşı bir tədbir təşkil etmək istədiklərini dedi. Mən dərhal Çexiyada Türk toplumuna çağırış etdim, Azərbaycan türklərilə bərabər olmağımızın vacibliyini bildirdim. O gün çox böyük kütlənin toplaşdığını eşidəndə, bizim çağırışlarımızla aksiyaya qatılan dostlarımız oradan xeyli foto və videolar göndərdilər. O videoları görəndə çox duyğulandım və orada olmalıyam düşüncəsilə ofisdən çıxaraq, aksiyaçıların yanına getdim. Adiş abimlə əl-ələ olmağımız zatən erməniləri qudurtdu. O arada bizdən qat-qat çox olacaqlarını gözləyən ermənilər düşündüklərinin tam əksilə qarşılaşdılar. Sayca 10 qat çox olan türk-azərbaycanlı nümayişçiləri ermənilərə həyatlarının dərsini vermiş oldular. Mən də bu dostluğun bir parçası olmaqdan böyük sevinc hissi yaşadım.


- O addımınızla bir anda Azərbaycanın sosial şəbəkələrində ən çox müzakirə edilən adam oldunuz. Hər kəs bu addımınıza görə sizə minnətdarlığını bildirir...

- Bəli, ən çox müzakirə edilən biri olduğumun fərqindəyəm. "İnstagram”da, "Twitter”də yüzlərcə, minlərcə yeni izləyicilərim peyda oldu. Çox sayda mesajlar alıram. Amma mənim Azərbaycana olan sevgim yeni deyil. Mən siyasətlə məşğul olduğum, deputat, nazir işlədiyim dönəmlərdə də heç bir zaman Türkiyənin haqları ilə Azərbaycanın haqlarını ayrı tutmadım. Çünki mən şəxsən rəhmətlik Heydər Əliyevdən "Bir millət, iki dövlət” ifadəsini eşitmişdim. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olanda Bakıya səfərimiz zamanı Heydər Əliyevin qonağı olmuşduq. Orada birlikdə eyni süfrə arxasında çörək kəsərkən öyrəndiklərim hələ də qulağımda sırğadır. O zaman mərhum Heydər Əliyev prezidentimizə "Mən yaşlandım, İlham da, Azərbaycan da sənə əmanət” demişdi. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu əmanəti hər zaman başının üzərində tutdu. Eyni dəstəyi də Azərbaycandan gördük. Ən çətin günümüzdə - 15 iyulda ən böyük dəstəyi İlham Əliyev verdi. Türkiyə ilə Azərbaycan bir millət olmağı hər zaman bacardı. Ona görə də mənim etdiyim normaldır, edilməsi lazım olan idi və Türkiyə-Azərbaycan haqlarını hər zaman bu şəkilə qoruyacağımdan kimsənin şübhəsi olmasın.

- Zatən Türkiyə hər zaman Azərbaycanın yanında oluğunu hiss etdirib. Və sizin də bu addımınız təqdirəlayiqdir. Cənab səfir, bilmək istərdik hazırda Praqadakı "azərbaycanlı-erməni cəbhəsi”ndə vəziyyət necədir?

- Təşəkkür edirəm. Hazırda burada vəziyyət yaxşıdır. Praqa bir çox baxımdan əmniyyətli şəhərdir. Ermənilər həmin gün oraya hansı məqsədlə gəlmişdilərsə, qarşılarında o qələbəliyi görəndə fikirlərindən vaz keçdilər. Türkiyə hər yerdə olduğu kimi, burada da Azərbaycanın yanında olduğunu hiss etdirməyə davam edəcək. Çünki dediyim kimi, biz bir millətik, acılarımız eynidir, eyni duyğuları paylaşırıq. Birimizin canı yananda, digərinin də canı acıyır. Birimizin sevinci, digərinin də sevincinə səbəb olur. Praqada da bunu əyani olaraq yaşayırıq.


- Bu günlərdə ayrı-ayrı ölkələrdə ermənilərlə azərbaycanlılar qarşı-qarşıya gəlir. Həmvətənlərimizin dinc aksiyaları erməni qəzəbi, erməni vəhşiliyilə pozulur, sadə vətəndaşlarımız erməni şiddətinə, zorakılığına məruz qalır. Prosesləri izləyirsinizmi və gəldiyiniz qənaət nədir?

- Təəssüf ki, ermənilər hər zaman şiddəti, hücum etməyi seçirlər. Halbuki,  Ermənistanın mənafeləri istər Azərbaycanla, istər Türkiyə ilə yaxşı münasibətlərdən, dialoqlardan asılıdır. Bunun yolu da Qarabağdakı inadçı işğalçılıqdan vaz keçmək və torpaqları sahibinə geri verməkdir. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsi, onların iqtisadi, sosial, siyasi problemlərdən qurtulmaqlarına gətirib çıxaracaq. Ermənistan bilməlidir ki, Azərbaycanla barışmadıqca, Azərbaycanla uzlaşmadıqca, nə Türkiyədən, nə də bölgədəki digər ölkələrdən yardım görəcək. Amma acı olan budur ki, Qarabağ danışıqlarında mühüm rol oynaya biləcək ATƏT-in Minsk qrupu heç bir şey etməməkdə davam edir. Nə Rusiya, nə Amerika, nə Fransa bu münaqişənin həllinə yönəlik addım atır. Bəlkə də bu münaqişənin davamı kiminsə işinə yarayır. Bu baxımdan diqqətli olmağımız, yeni strategiya müəyyənləşdirməyimiz gərəkdir.

- Maraqlıdır, Praqadakı aksiyadan sonra Türkiyədən hansı reaksiyalar aldınız?

- Çox müsbət reaksiyalar aldım. Xarici İşlər nazirimiz məni buna görə təbrik etdi. Bu davranışımla bağlı bütün dostlardan müsbət rəylər aldım, xoş münasibət gördüm. Azərbaycan Türkiyədəki hər kəs üçün vətənimiz qədər önəmli ölkədir. Azərbaycana dəyən ən kiçik ziyan Türkiyə gələn bir zərər olaraq dəyərləndirilir. Bu baxımdan aksiyadakı iştirakıma yalnız müsbət yöndən yanaşıldı.

- Son olaraq, Tovuzdakı erməni təxribatlarını necə qiymətləndirirsiz, hansı ki  Azərbaycan ordusunun generalı da daxil olmaqla 12 Şəhid verdik...

- Tovuzdakı erməni hərbi təxribatı Ermənistanın daxili siyasətilə əlaqəlidir. Ermənistan koronavirus pandemiyasından sonra yaşadığı iqtisadi böhrana, beynəlxalq təzyiqə, xalqın böyük ümidlərlə vəzifəyə gətirdiyi hökumətin boşa çıxmasına görə gündəmi dəyişdirməkdən ötrü nəsə etməyə çalışır. Normalda Qarabağ üzərindən hücum gözlənərkən, bu dəfə Tovuzu hədəf seçdilər. Ermənistan birbaşa sərhəddən hücum edərək öz xalqına fərqli mesaj verməyə və gündəmi dəyişdirməyə çalışdı, test etdi. Azərbaycanın haqlı reaksiyası, Türkiyənin haqlı dəstəyi Ermənistanı daha da çətin vəziyyətə saldı. Ermənistanın bu nöqtədən sora atacağı ən məntiqli addım işğal olunmuş Azərbaycan torpaqlarını geri vermək, sülh şəraitində yaşaya bilmək üçün iqtisadiyyatını gücləndirməkdir. Ermənistanın tək çıxış yolu Azərbaycanla barışmaqdan  keçir. Bunun da ən sadə yolu haqsız olaraq işğal etdiyi Qarabağ torpaqlanı geri verməkdir. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm.



Xəbərin oxunma sayı : 943




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap