Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Tarix 07.11.25, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 7-də Baş Prokurorluqda “Vətən Müharibəsi”ndəki qələbənin beşinci ildönümü, “8 Noyabr Zəfər Günü” münasibətilə Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.

AzFakt.com xəbər verir ki, görüş zamanı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev əldə edilmiş zəfərə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edib. Torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrundan canlarından keçmiş şəhidlərimizin ruhlarına öz dərin ehtiramını bildirib, qazilərimizə Allahdan şəfa diləyərək, bu zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, müharibə dövründə prokurorluq orqanlarının əməkdaşlarının xidməti fəaliyyətlərinə toxunub.

Eyni zamanda Baş prokuror tərəfindən vurğulanmışdır ki, 2020-ci ildən sonrakı dövrdə prokurorluq orqanlarına keçirilmiş qəbul imtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş 21 nəfər “Vətən Müharibəsi” iştirakçısı daimi qulluğa qəbul olunub.

Bundan sonra “Vətən Müharibəsi” dövründə xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmiş prokurorluq əməkdaşlarından Şirvan şəhər prokuroru Kamal Talıbovun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika şöbəsinin böyük prokuroru Tural Nuriyevin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Ozal Həsənovun, o cümlədən ön cəbhədəki döyüşlərdə iştirak etmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi İlkin Şıxməmmədovun, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyevin çıxışları dinlənilib.

Tədbirin sonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, xatirə şəkili çəkilib.




Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap