Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Marketlərdə satılan yeməklər təhlükəlidir? - AÇIQLAMA

Tarix 07.11.25, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar bir çox marketlərdə hazır yeməklərin satışa çıxarılması alıcılar üçün rahatlıq yaradır. Lakin bu rahatlığın arxasında ciddi məsuliyyət dayanır.

İsti və ya soyuq formada təqdim olunan yeməklərin düzgün saxlanılmaması və ya gigiyenik qaydalara əməl edilməməsi qida zəhərlənməsinə səbəb ola bilər.

Bəs vətəndaşların diqqət etməli olduğu məqamlar nələrdir?

AzFakt.com xəbər verir ki, qida eksperti Ağa Salamov Milli.Az-a açıqlamasında bildirib ki, mağazalarda təqdim olunan isti yeməklərin saxlanma və təqdimat qaydaları xüsusi diqqət tələb edir.

Onun sözlərinə görə, əgər yeməklər qapalı şüşə vitrinlərdə saxlanılırsa, onların buxar və istilik şəraitində təqdim olunması vacibdir. Qeyd edib ki, isti yeməklər daim isti vəziyyətdə saxlanmalı və müştəriyə elə formada təqdim edilməlidir ki, temperaturu uyğun olsun.

"Bu cür yeməklər maksimum 3 saat ərzində satışda qala bilər. 3 saatdan sonra həmin məhsullar yeniləri ilə əvəz olunmalı və artıq istifadə üçün yararsız hesab edilməlidir. Çünki bu müddətdən sonra qida zəhərlənməsi riski yüksəlir".

Ekspert nəzərə çatdırıb ki, bufet və iaşə məntəqələrində çalışan işçilər də sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Əlavə edib ki, aşpazlar təmiz, vahid iş geyimində olmalı, baş örtüyü taxmalı və yeməklərlə işləyərkən gigiyena qaydalarını qorumalıdırlar:

"İsti yeməklər tez-tez qarışdırılmalıdır ki, səthində quruma və ya bakterial çirklənmə yaranmasın".

A.Salamov ət, balıq, toyuq kimi məhsullardan hazırlanan yeməklərin də eyni qaydalarla yəni, maksimum 2-3 saat ərzində satılmalı və yenilənməli olduğunu vurğulayıb.

Mayonezli salatlar, paytaxt salatı, yumurta və toyuqdan hazırlanan məzələr və s. kimi soyuq qəlyanaltılardan danışan ekspert söyləyib ki, onlar yalnız soyuducu şəraitdə təqdim olunmalıdır. Bildirib ki, bu məhsullar da maksimum 2-3 saat ərzində satışda qala bilər. Əgər soyuducuda, uyğun temperaturda saxlanılırsa (məsələn, +4°C ətrafında), o zaman 48 saata qədər satışa icazə verilə bilər:

"Yekun olaraq, həm isti, həm də soyuq yeməklərin saxlanması və təqdimatı sanitar norma və standartlara uyğun şəkildə aparılmalıdır ki, zəhərlənmə halları baş verməsin".



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap