“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakı metropolitenində stansiyaların çıxışları nömrələnir - SƏBƏB

Tarix 09.12.24, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


İlk dəfə Bakı metropolitenində bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb.

AzFakt.com "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir.

Bildirilib ki, çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq:

"Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq. Nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin əsasən aradan qaldırılmasına təsir edəcək".

Məlumata görə, qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq:

"Bu yenilik "Əlçatan metro" layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək. Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq.

Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub".







Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap