“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakının göbəyində sahibkarların dükanlarını qanunsuz sökürlər - VİDEO

Tarix 23.05.24, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Yusif Səfərov küçəsində rayon icra hakimiyyəti tərəfindən sahibkarlıq obyektlərinin və yaşayış evlərinin qeyri-qanuni söküntüsünə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə sahibkar Adil Musayev saytımıza bildirib. Sahibkar qeyd edib ki, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin əməkdaşları ətrafdakı düksnları dökməyə başlayıblar. Adil Musayevin sözlərinə görə, daha əvvəl söküntü ilə bağlı rəsmi xəbərdarlıq edilərək kompensasiya ödənişi barədə müqavilə imzalanacağını desələr də, sonradan sahibkarlara və sakinlərə heç bir sənəd təəqdim etməyiblər. Bu gün isə xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar.

Digər sahibkar Cəmil Hacıyev əməkdaşımızla söhbərində bildirib ki, Prezident fərman verib sahibkarların hüquqlarını qoruduğu halda, məmurlar dövlət siyasətini bu cür qanunsuz addımları ilə gözdən salmaqla məşğuldurlar.

Sahibkarlar, onu da əlavə edib ki, obyeklər işləyən ticarət müəssisələridir, hər birinin içərisində dəyəri 100 minlərlə ölçülən mallar var.

"Yaxın ərazilərdə təmirsiz obyektlərin kvadrartının qiymətini 7 min azn-dən başlanır. Əgər həmin məbləğdə kompensasiya ödənilərsə, malımızı götürüb köçə bilərik. Əks halda, məhkəməyə müraciət ediləcək", deyə sahibkarlar bildiriblər.

Qeyd edilir ki, ərazidə yaşayan sakinlər də səksəkədədirlər. Onlara da kompensasiya ilə bağlı heç bir sənəd təqdim edilməyib, sadəcə, şifahi şəkildə deyilib ki, köçsünlər, əks halda, içəridə yaşayış olub olmadığına məhəl qoyulmadan mənzilləri söküləcək.




Xəbərin oxunma sayı : 901




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap