“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Beyləqanda Beynəlxalq Gənclər Günü qeyd olundu - Fotolar

Tarix 12.08.25, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin və Mil-Muğan Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 12 avqust- Beynəlxalq Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

Bayram tədbiri gənc marafonçuların və velosipedçilərin yürüşü ilə başlayıb. Şəhərin qərb girişindən start götürən yürüş iştirakçıları Heydər Əliyev parkında finiş ediblər. Parkda karateçilərin, güləşçilərin, tennis və şahmat ustalarının nümunəvi çıxışları nümayiş etdirilib. Gənclərin əl işləri, rəsm əsərləri və kitablarından ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub. Eyni zamanda gənc rəssamların yaradıcılıq prosesi yerində izlənilib. Ardınca könüllü gənclər tərəfindən park və ətraf ərazilərdə təmizlik aksiyası həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında gəncləri təbrik edərək onların ölkəmizin gələcəyinin əsas dayağı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman dövlətimizin inkişafında fəal rol oynayıb və bu gün də ölkəmizin beynəlxalq uğurlarında mühüm paya sahibdir. RİH başçısı Əziz Əzizov bu günlərdə Qazaxıstan Respublikasının Şimkənd şəhərində keçirilən 1-ci Asiya çempionatında uğur qazanan gənc alpaqutçuları təbrik edərək onlara Fəxri Fərman təqdim edib.

Tədbir mədəniyyət müəssisələrinin musiqi kollektivinin təqdim etdiyi geniş konsert proqramı ilə davam edib.






Xəbərin oxunma sayı : 832




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap