Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

BQXK da Qarabağ ermənilərinə yardım göndərdi – Fotolar

Tarix 18.09.23, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əldə olunan razılığa əsasən Ağdam-Xankəndi yolunda komitəyə məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobilinin keçidi təmin olunub.

AzFakt.com xəbər verir ki, keçid bu gün səhər saatlarında baş tutub. Daha sonra avtomobillər Laçın dövlət sərhədindəki buraxılış məntəqəsində prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yollarına davam edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən verilən məlumata görə, humanitar yük həm Laçın, həm də Ağdam yolundan keçməklə təyinat yerinə çatdırılıb. Məlumata görə, humanitar yükü un və tibbi ləvazimatlar təşkil edib. BQXK humanitar yardımla bağlı əməliyyatlarının davam etdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycan tərəfindən təklif edilirdi və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.
Ötən gün BQXK Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.













Xəbərin oxunma sayı : 553




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap