“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu şəxslərin məcburi dövlət genom qeydiyyatı aparılacaq – Nazirlər Kabineti

Tarix 11.08.19, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edib.

Qüvvədə olan Qaydalara əsasən, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslər müəssisənin böyük inspektoru (rəisin növbətçi köməkçisi), qarovul rəisi, qeydiyyat hissəsinin əməkdaşı, böyük inspektor (psixoloq) və tibbi-sanitariya hissəsinin tibb işçisi tərəfindən qəbul edilirlər. Böyük inspektor (rəisin növbətçi köməkçisi) istintaq təcridxanasına gətirilmiş şəxsin qəbul edilməsinə əsas verən sənədləri yoxlayır və həmin şəxsi sorğu edərək cavabları şəxsi işdə olan məlumatlarla müqayisə edir.

Qeydiyyat hissəsinin əməkdaşı tərəfindən kompüter məlumat bazasına müəssisəyə yeni daxil olmuş həbs edilmiş şəxslər barədə tam məlumat daxil edilir, onların fotoşəkilləri çəkilir.  İndiyə qədər qeydiyyat hissəsinin əməkdaşı tərəfindən həbs edilmiş şəxslərin daktiloskopik qeydiyyatı aparılıb. Dəyişikliyə əsasən, həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılacaq.

“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda da tutulmuş və ya həbs edilmiş şəxslərə münasibətdə də anoloji prosedur tətbiq olunacaq.

Qeyd edək ki, daktiloskopik məlumat  insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır. Dövlət genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir. Genetik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumatdır. /APA




Xəbərin oxunma sayı : 346




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap