Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Dünyanın diqqət mərkəzi Azərbaycana çevriləcək

Tarix 25.05.24, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan çox mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu tədbir özü-özlüyündə olduqca aktualdır, qlobal problemlərin həllinə həsr olunub. COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı əslində bəşəriyyətin gələcəyini təmin edəcək qədər vacib və aktual tədbirdir.
      
Artıq Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün təşkilatı işləri həyata keçirməyə başlayıb: "Çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Azərbaycan Prezidenti "Euronews"a müsahibəsində də məhz bu məsələlərə toxunaraq, Azərbaycanın bu vaxta qədər beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin olduğunu dilə gətirdi. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycanın qazandığı mühüm uğurlar da vurğulandı.
Əslində belə tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsinin olduğunu bildirən dövlət başçısı, başqa məsələlərə də toxundu.
      
Azərbaycan qazıntı yanacağına sahib olan ölkələrdən biridir, amma ölkəmizin təcrübəsində, həm də COP-un vəzifə və məqsədləri ilə uzlaşdırılan prosesə çevrilib. Ölkə rəhbəri qazıntı enerjisinə malik olan ölkələrin buna görə ittiham edilməməsinin, əksinə bu sahədən gələn gəlirlərin qlobal iqlim dəyişiklikləri kontekstində səfərbər edilərək problemlərin həll edilməsinə yönləndirilməsini qeyd etdi. Bu gün Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək.

Ağalar Ağammədov



Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap