“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Dövlət qulluqçularına döymə qadağandır? - Hüquqi izah

Tarix 03.08.25, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dövlət qulluqçularının döymə (tatoo) etdirməsinin qanunla qadağan olunub-olunmadığı barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar hesab edir ki, döymənin olması bu şəxslərin dövlət orqanlarında işə qəbuluna və ya vəzifədə irəliləməsinə mane ola bilər. 

Bəs bu məsələdə real hüquqi çərçivə nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırkı qanunvericilik döymə ilə bağlı heç bir məhdudiyyət və ya qadağa nəzərdə tutmur:

"Əmək Məcəlləsində, Dövlət Qulluğu haqqında Qanunda, habelə polis, hərbi və ədliyyə orqanlarında xidmətlə bağlı normativ sənədlərdə tatoo məsələsinə dair qadağalar yer almır.

Yəni istər dövlət qulluqçusu, istərsə də xüsusi xidmət tələb edən sahələrdə çalışan şəxslər üçün döymə qadağan deyil. Bu, daha çox şəxsi zövq və estetik baxışla bağlıdır. Hüquqi baxımdan buna görə kiminsə işə qəbuldan imtina edilməsi və ya vəzifəsindən uzaqlaşdırılması qanunsuz hesab olunur”.

Vəkil qeyd edir ki, döymənin şəxsin peşəkarlığına və vəzifə səlahiyyətlərini yerinə yetirməsinə təsir etmədiyi təqdirdə, bu cür müdaxilələr diskriminasiya kimi qiymətləndirilə bilər: 

"Qanun qarşısında hamı bərabərdir. Bir şəxsin bədənində döymənin olması onun iş keyfiyyətinə təsir etmədiyi müddətcə, buna əsaslanaraq məhdudiyyət qoyulması hüquqi normalara ziddir. Əksinə, belə hallar aşkarlanarsa, həmin şəxs öz hüquqlarının müdafiəsi üçün müvafiq məhkəmə instansiyalarına müraciət edə bilər. Bu, Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqların pozulması kimi qiymətləndirilə bilər”, - deyə o bildirib.

Sonda hüquqşünas vurğulayıb ki, dövlət qulluqçuları və xüsusi xidmət sahələrində çalışan şəxslərin xarici görünüşünə dair müəyyən daxili nizam-intizam qaydaları ola bilər, lakin bu, döyməyə görə kiminləsə qeyri-rəsmi ayrı-seçkilik edilməsini qanuniləşdirmir.



Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap