| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Dövlət sənədsiz yaşayış evlərinə nə vaxt sənəd verəcək? - ARAŞDIRMA
Tarix 27.01.22, 13:03 |
|
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı barədə məlumat yayılıb. Xəbərə görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsinə müvafiq qanunvericilik aktı qəbul edildikdə başlanacaq.
Bəs görəsən, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qanun nə vaxt qəbul ediləcək? Hazırda bu prosesə mane olan səbəb nədir?
Qanundan bir xəbər yoxdur
Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hazırda bununla bağlı qanunvericilik aktının hazırlanıb-hazırlanmadığı barədə onlarda məlumat yoxdur: "Qanunlar Milli Məclis tərəfindən qəbul olunur. Əmlak Məsələləri Dövlət Xidməti isə icraedici orqandır. Əgər bu barədə qanun olarsa, o qanunu icra edəcəyik".
Millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında hələ ki, Milli Məclis tərəfindən belə qanunun hazırlandığı barədə məlumat olmadığını bildirdi. Deputat söylədi ki, qanunvericilik təşəbbüsü ilə bağlı layihə təqdim olunmayıb: "Bakı şəhərində yüz minlərlə evin sənədi yoxdur. Bir vaxtlar sənədsiz evlərə sənədlərin verilməsi üçün görülən işlər sürətlənsə belə, problem hələ qalmaqdadır. Cənab prezident bununla bağlı tapşırıq vermişdi ki, bu məsələ təftiş edilsin, ona məlumat verilsin. Amma hələ məsələ öz həllini tapmayıb. Bizə qanunvericilik layihəsi təqdim olunmayıb. Əgər olunarsa, biz proseslərin sadələşdirilməsinə səs verəcəyik".
Bu evlərə sənəd verilməsi qeyri-mümkündür
A.Badamov bildirib ki, sənədsiz evlərin çoxu öz təyinatına uyğun olmayan torpaqlarda inşa olunub. Yaxud da müvafiq qoruma zolaqlarında, yüksəkgərginlikli xətlərin altında inşa olunub. O bildirib ki, bu evlərə sənədlərin verilməsi qeyri-mümkündür. Deputatın sözlərinə görə, sabah hər hansı bədbəxt hadisə baş vermə ehtimalı olduğundan belə evlərə sənəd verilməsi təhlükəlidir: "Amma kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onların təyinatını dəyişmək mümkündür. Ölkə başçısı da bu istiqamətdə öz tapşırıqlarını vermişdir".
Ev vətəndaşın, altındakı torpaq başqa bir qurumun
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşların üzərində ev tikdiyi torpaqlar müvafiq qurumların onlara verdikləri torpaq sahələridir. Bu bələdiyyələr tərəfindən sərəncamla verilmiş pay torpaqları, yaxud icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlardır.
Bu gün o torpaqların üzərində inşa olunmuş torpaqlara sənədin verilə bilməməsinin bir əsas səbəbi ondan ibarətdir ki, evlərin altındakı torpaqların təyinatı yaşayış təyinatlı deyil. O torpaqlar əkin təyinatlı və yaxud maldarlıq məqsədilə istifadə edilə bilər. Ona görə də o torpaqların üzərindəki evlərin sənədləşməsi üçün ilk növbədə o torpaqlar həmin qurumların balansından çıxardılaraq təyinatı dəyişdirilməlidir.
Bundan sonra onun üzərindəki evə sənəd verilə bilər. Hazırkı vəziyyətdə isə mülkiyyət bir şəxsin, torpaq başqa təşkilatındır. Bununla bağlı tapşırıqlar verilsə də, proseslər ürəkaçan deyil. Bundan başqa bu gün də yeni sənədsiz evlər inşa olunmaqdadır. Ona görə də əmlak amnistiyası verilməlidir ki, keçmiş bağışlansın".
Qadağan olunmuş yerlərdə tikinti davam edir
Bununla belə, ekspert mühafizə zolaqlarında, yüksəkgərginlikli xətlərin altında, dəmir yollarının mühafizə zolaqlarında, neft quyularının yanında, vulkanik ərazilərdə inşa olunan evlərə sənəd verilməsinin mümkün olmadığını deyir. Onun sözlərinə görə, qadağan olunmuş ərazilərdə tikinti işlərinin aparılması tamamilə qadağan olunmalıdır. Bu işdə cinayət məsuliyyəti olmalıdır ki, hər kəs məsuliyyətli olsun.
On minlərlə vətəndaşın evinin sənədləşdirilməsi təmin edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sənədsiz evlərin şəhər infrastrukturuna maneə yaratmayan və ciddi pozuntular olmayan qisminin sənədləşdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var:
"Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən vətəndaşların həyətyanı torpaq sahələrinə və evlərinə qanunvericiliklə tənzimlənməmiş müxtəlif səpkili sənədlər verilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu.
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilmiş və nəticədə on minlərlə vətəndaşın evlərinin sənədləşdirilməsi təmin edilib. Bu Fərmanın tətbiqi ilə bir çox tam sənədsiz yaşayış massivi dövlət qeydiyyatına alınıb.
Eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna 24 fevral 2015-ci il tarixində edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsinə 8.0.9.1.2-ci hissə əlavə edilib. Bu əlavə ilə 1 yanvar 2013-cü il tarixinə qədər tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, fərdi evin qeydiyyatı üçün heç bir sənəd tələb edilmədən sənədsiz evlərin qeydiyyatı təmin edilir".
Həmçinin cavabda qeyd edilir ki, ölkə başçısı tərəfindən çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi ilə bağlı 19 fevral 2019-cu il tarixində 529 nömrəli Fərman imzalanıb. Fərmanın qəbulu çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsinə çox böyük təkan vermiş oldu:
"Məsələ burasındadır ki, ölkə ərazisində, əsasən də Bakı şəhərində bəzi çoxmənzilli yaşayış binalarının tikintisi qanunvericiliyin tələblərinə riayət olunmadan aparıldığı üçün onların istismara qəbul edilməsi mümkün olmurdu. Bu da öz növbəsində orada yaşayan sakinlərə mülkiyyət sənədlərinin verilməsində problemlər yaradırdı, çünki mənzilə çıxarışın verilməsi üçün həmin mənzilin yerləşdiyi binanın istismara qəbul olunması zəruridir".
Dövlət Xidməti onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanı bu problemi aradan qaldırmaqla, müvafiq mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün zəmin yaratmış oldu. Fərman çərçivəsində istismarına icazə sənədi verilmiş yaşayış binalarında yerləşən mənzillərə dair 46 mindən çox ərizə icra olunub və həmin mənzillər üzərində hüquqlar dövlət qeydiyyatına alınıb".
Daşınmaz əmlaka sahib olmaq istəyən vətəndaşlar bilməlidirlər
Bəs əmlak sahibi olanlar nəyi bilməlidirlər ki, sonra sənədsiz ev problemi yaşamasınlar?
Bu sualımıza cavabda qeyd olunub ki, ümumiyyətlə, fərdi yaşayış evi almaq istəyən və ya ev tikmək istəyən vətəndaşlarımıza tövsiyə olunur ki, bəzi məsələlərə xüsusi diqqət yetirsinlər:
"Məsələn, almaq istədikləri ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçibmi, satıcının adına mülkiyyət sənədi mövcuddurmu? Əgər yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdirsə, alqı-satqı predmeti ola bilməz, yəni satıla bilməz. Bəzən satıcılar bu qəbildən olan evləri etibarnamə ilə alıcıya verirlər. Alıcı da etibarnamə əsasında artıq evin mülkiyyətçisi olduğunu düşünürâ€.
Onun sözlərinə görə, bu, yanlış düşüncədir. Çünki etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu zaman etibarnaməni verən şəxsin əmlakı digər şəxsin mülkiyyətinə keçmir. Hətta etibarnaməni vermiş şəxs bir müddətdən sonra onu ləğv edə də bilər. Vətəndaşlar yaşayış evi inşa edərkən də diqqətli olmalıdırlar. Evin inşa olunacağı torpaq yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddirmi, buna baxılmalıdır.
"Bəzən vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikirlər. Ya da tikəcəkləri ev kommunikasiya xətlərinin (elektrik, qaz və s.) mühafizə zonasında yerləşir. Qeyd edək ki, evi almaqla və ya inşa etməklə məsələ həll olunmur. Əgər müəyyən olunsa ki, ev qanuni əsaslarla alınmayıb, ya da qanuni əsaslarla tikilməyib, həmin evi sənədləşdirmək vətəndaş üçün problemə çevriləcək. Buna görə də vətəndaşların diqqətli olmağı vacibdir", - dövlət xidməti əlavə edib.
Xəbərin oxunma sayı : 811
Sosial
Xəbərlər
-
İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTOLAR
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
TOP 10
ARXİV






