“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Daga bir general sərəncama göndərildi - Nəcməddin Sadıkovun kadrı hesab olunurdu

Tarix 20.06.22, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


General-mayor Qədir Nəsibov Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsinin 1-ci müavini vəzifəsindən sərəncama çıxarılıb.

"Hurriyyet.az" etibarlı mənbələrə istinadən xəbər verir ki, Q.Nəsibovun yeni yaradılan İnspektorlar Qrupuna rəis təyin olunacağı gözlənilir.

Saytın məlumatına görə, Qədir Nəsibov keçmiş Baş Qərargahın rəisi Nəcməddin Sadıkovun sürücüsü və köməkçisi Əli ilə qudadır. Onun Sadıkovun özü ilə də qohumluğunun olduğu iddia edilir.

Gəncliyində musiqiçi olan, daha sonralar orduda gizir kimi xidmətə başlayan Qədir Nəsibov məhz Sadıkovun himayəsi ilə zabit olduğu, ön xətt görmədiyi halda qısa  zamanda vəzifəsinin və rütbəsinin artırıldığı bildirilir 

Onun 2013-cü ildə sülhməramlı qüvvələrə komandir təyin olunduğu, bundan sonra həmin hərbi hissədə rüşvətin geniş yayıldığı iddia edilir: "Ölkədən kənarda xidmət etmək istəyən hərbi qulluqçular 6 ayda alacaqları ezamiyyət pulunun yarısının Qədirlə bölməli idilər".

Qədir Nəsibovun Müdafiə Nazirliyi Maddi Texniki Baş idarəsinə müavini kimi də  "yaxşı qazandığı" bildirilir. Ancaq Nəcməddin Sadıkovun himayəsində olduğu üçün buna göz yumulduğu vurğulanır. 

İddialarla bağlı Qədirovun da mövqeyini dərc etməyə hazırıq.




Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap