“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dariqa Nazarbayeva hakimiyyətdən niyə uzaqlaşdırıldı? - Şahin Cəfərlinin təhlili

Tarix 02.05.20, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Şahin Cəfərli,

politoloq

Qazaxıstan prezidenti Tokayev Dariqa Nazarbayevanın Senat üzvü səlahiyyətlərinə xitam verib.

D.Nazarbayeva Senatın sədri idi. Qərarın səbəbi açıqlanmayıb. Qazaxıstan mediasında da hələlik bununla bağlı hər hansı məlumat yoxdur.

Ola bilər ki, Dariqa Nazarbayeva ilə bağlı korrupsiya iddiaları bu qərarda rol oynayıb. Məlum olub ki, Londonda D.Nazarbayeva və böyük oğlu Nurəlinin adına 3 daşınmaz əmlak var: 2 malikanə və 1 mənzil. Bunların ümumi dəyəri 80 milyon funt-sterlinqə yaxındır. (100 milyon dollardan çox.)

Hazırda bu əmlaka həbs qoyulub. Əgər Dariqa və oğlu bu əmlakın qanuni vəsaitlə əldə olunduğunu sübut edə bilməsələr, Britaniya dövləti onları müsadirə edəcək.

İndi mümkündür ki, Elbaşı bu qalmaqalla əlaqədar qızının və ailəsinin göz önündən uzaqlaşdırılmasını istəyir, bu səbəblə onun Senat sədrliyindən çıxarılmasını həyata keçirib.

İkinci səbəb isə Tokayevin müstəqilləşmə cəhdi ilə əlaqəli ola bilər. Prezident kreslosunda yerini möhkəmləndirməyə başlayan təcrübəli dövlət adamı Tokayevin kukla rolunu qəbul etməməsi tamamilə təbii və gözləniləndir.

“Türk dünyasının ağsaqqalı” hazırda ömrünün son baharındadır və qazax elitasında postnazarbayev dövrünə hazırlıq və bununla əlaqədar rəqabət başlayıb. Tokayevin öz mövqelərini gücləndirməsi üçün yuxarılarda, o cümlədən qanunverici sistemdə etibarlı adamlara ehtiyacı var.



Xəbərin oxunma sayı : 967




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap