Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

DSX-dən sərhəddə əməliyyat: biri qadın, iki kişi narkotiklə tutuldu

Tarix 23.01.20, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam etdirilir.

AzFakt.com DSX-nə istinadla bildirir ki, yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu ağ rəngli “AzSamand” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Anar Kərəm oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kq 980 qram narkotik vasitə (2 kq 115 qr “marixuana” və  və 865 qram “tiryək”) aşkar olunaraq götürülüb.

A.Əhmədovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobildə olan digər iki nəfər şəxs hadisə yerindən qaçmağa cəhd göstərib, lakin təqib edilərək saxlanılıblar. “AzSamand” markalı 90 PS 159 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılan şəxslər özlərini Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Niftəliyev İlkin Gəray oğlu və Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədova Məftunə Xudayat qızı kimi təqdim etmiş və əraziyə narkotik vasitələri aparmaq məqsədilə gəldiklərini bildiriblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 577




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap