|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Eldar Namazov:“Bu, onun sonuncu seçkisidir” – MÜSAHİBƏ
Tarix 17.01.18, 20:55 |
|
ABŞ-ın iqtisadi durumu heç də yaxşı olmayan Rusiyaya qarşı növbəti sanksiyaları gözlənilir. Belə bir durumda hesab olunur ki, birinci şəxsin başqası ilə əvəzlənməsi dünyanın Rusiyaya münasibətini dəyişə və həm də şimal qonşumuzu ciddi kataklizmlərdən sığortalaya bilər.
Seçkilər ərəfəsində olan Rusiya ilə bağlı Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov şimal qonşumuzdakı mövcud durum və perspektivlərlə bağlı “Yeni Müsavat”a müsahibə verib.
AzFakt.com müsahibəni oxucularına təqdim edir:
– Eldar bəy, Rusiyadakı seçkidə yeni prezidentin seçilməsi nə dərəcədə gözləniləndir?
– Həqiqətən builki seçki Rusiya üçün də, dünya üçün də çox böyük önəm daşıyır. Onun nəticələrini hamı çox maraqla gözləyir. Bunun da bir neçə səbəbləri var. Birincisi, sanksiyalarla üzləşən Rusiyada əhalinin sosial durumu ildən-ilə pisləşir. Ekspertlər güman edirlər ki, nə vaxtsa bu, öz siyasi nəticələrini göstərməlidir, bu sosial narazılıq da özünü açıq müstəvidə büruzə verməlidir.
Rusiya hakimiyyəti də bundan çox narahatdır. Ona görə də məhz bu istiqamətdə ən effektli bir hazırlıq işləri aparan və kifayət qədər Rusiyada sosial baza yığa bilən, son dövrlərdə Rusiyanın 100 şəhərində mitinqlər təşkil edən Aleksey Navalnını, ümumiyyətlə, bu seçkiyə buraxmadılar. Rusiya prezidenti Vladimir Putin bir müddət öncə jurnalistlər üçün böyük bir mətbuat konfransı keçirdi. Orada Navalnının seçkiyə nə səbəbə buraxılmadığı barədə sualın cavabında Putin çox açıq şəkildə dedi ki, Rusiyada meydan hərəkatı təşkil etmək istəyən insanlara siyasətində yer yoxdur. Yəni bu, hüquqi, qanun çərçivəsində yanaşma deyil, sırf siyasi rəqibdən çəkinmək, qorxmaq əlaməti idi. Putin açıq şəkildə əsas səbəb kimi Navalnının bütün Rusiya boyu əhalinin böyük etiraz mitinqlərini təşkil etməyə qadir olduğunu göstərdi. Bundan başqa, digər bir vacib amil də odur ki, əhalinin böyük bir qismi artıq bu seçkiyə inanmır. Seçki yolu ilə Rusiyada nəyinsə dəyişə biləcəyinə inam azalıb. Bu da ona gətirib çıxarıb ki, ola bilsin builki seçkidə seçicilərin heç 50 faizi seçki məntəqələrinə gəlməsin. Məhz bu da Putinin gələcək qələbəsinin legitimliyini sual altına qoya bilər. Rus sosioloqların proqnozlarına görə, təqribən 52 faiz seçici seçkiyə gəlmək haqqında düşünür. Ancaq bu rəqəm ondan da az ola bilər. Nəzərə almaq lazımdır ki, Navalnı seçkiyə buraxılmayandan sonra “Seçkiləri boykot” şüarı ilə böyük kampaniya başlayır. Yaxın zamanlarda da bu kampaniyaya start veriləcək.
– Bu, nəticəyə həlledici təsir edəcəkmi?
– Əgər seçkiyə 50 faizdən aşağı seçici gəlsə, onların hətta 70-80 faizini Putin qazansa, yenə də deyiləcək ki, o, Rusiya seçicilərinin əksəriyyətinin iradəsini ifadə etməyib. Ona görə ki, ona verilən səslər heç Rusiya əhalisinin yarısını təşkil etmir. Bu perspektiv Kremli çox qorxudur. İndi onlar çıxış yolu axtarırlar ki, müxtəlif regionlarda, xüsusilə seçkiyə az maraq göstərən Moskvada, Sank-Peterburqda, Sibirdəki böyük şəhərlərdə inzibati üsullarla seçicilərin sayını artırsınlar. İndi dəb halını alıb, yerli hakimiyyət yerli məsələlərlə bağlı seçki günündə referendumlar təşkil edir. Məsələn, Moskva vilayətində qərar veriblər ki, həmin gün məktəblərdə 5 günlük, yoxsa 6 günlük iş rejiminin olması ilə bağlı referendum keçirsinlər. Bu yolla da onlar həmin məsələdə maraqlı olan valideynləri seçki dairələrinə seçki günü gətirmək istəyirlər ki, prezident seçkisinə də paralel səs versinlər və bu yolla seçkiyə gələnlərin sayı artsın. Moskvanın özündə də iki rayonun birləşdirilməsi barədə həmin gün referendum keçirmək qərarına gəliblər. Bu yolla da seçiciləri referendum xatirinə səsvermə məntəqələrinə gətirmək istəyirlər. Bütün bunlar göstərir ki, Kreml administrasiyasını bu amil çox ciddi narahat edir. Onlar istəyirlər ki, Putinə səs verənlərin sayı əhalinin sayından çox olsun, az olmasın.
Bu seçki ilə bağlı digər vacib amil odur ki, solçuların arasında çox maraqlı proseslər başlayıb. Adətən Rusiyadakı bütün seçkilərdə hakim partiyadan sonrakı yeri Kommunist Partiyası tuturdu. Bu dəfə Kommunist Partiyası seçkidə prezidentliyə namizəd kimi partiyanın üzvü olmayan, ancaq sol qüvvələr birliyinin üzvü olan tanınmış bir iş adamı Pavel Qrudininin namizədliyini irəli sürüb. Təsəvvür edin ki, kommunistlərin namizədi faktiki olaraq kapitalistlərdən biridir. Ona görə ki, onun Lenin adına sovxoz olmağına baxmayaraq, orada yalnız sovxoz onun adındadır. Əslinə qalsa, bu, səhmdar cəmiyyət, sırf kapitalist müəssisəsidir, bazar iqtisadiyyatı qanunları ilə işləyir. Həmçinin özləri üçün örnək model kimi Skandinaviya ölkələrində sosial-demokratların və sol partiyaların qurduğu sistemdir. Bu, o deməkdir ki, Rusiyanın Kommunist Partiyası da sosial-demokrat ideyası istiqamətində hərəkət etməyə başlayıb və Avropada solçular modelini əsas götürərək bu istiqamətdə transformasiya olmaq istəyir. Bu da qarşıdakı seçkinin maraqlı cəhətlərindən biridir. Rus kommunistləri kommunist sözündən imtina edib sosial-demokrat modelinə keçsələr, ola bilsin sol cinahda böyük bir qüvvə yaransın və gələcəkdə Putin hakimiyyətinə əsas siyasi opponent kimi məhz solçular birliyi çıxış etsin.
– Rusiyadakı hansısa fors-major situasiyada Putinin hakimiyyətdən uzaqlaşdırılması gözləniləndirmi? Doğrudanmı Putinsiz Rusiya dünya üçün daha cəlbedici və daha təhlükəsizdir?
– Rusiyada hər an fors-major hadisələr gözləmək olar. Xüsusən də bu ayın sonunda ABŞ Konqresinin hələ payızda qəbul etdiyi qərar əsasında Putin hakimiyyətinə yaxın olan oliqarxların, iş adamlarının siyahıları və onlara məxsus olan bank hesablarının, aktivlərinin, müəssisələrinin siyahısı Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən təqdim olunmalı, onun əsasında da həmin insanlara qarşı müəyyən sanksiyalar tətbiq olunacaq.
Bu, Rusiyanın biznes elitasını həddindən artıq narahat edən bir məqamdır. Rus oliqarxları artıq neçə həftədir öz lobbiçilərini ABŞ-da işə salıblar ki, özlərinin də adının həmin siyahıda olub-olmayacağını öyrənsinlər. Rusiyanın yüzlərlə, minlərlə imkanlı iş adamları xarici ölkələrdə vətəndaşlıq almağa başlayıb. Yalnız bir ölkədə, Maltada təqribən son bir ilin ərzində Rusiyanın 800-ə yaxın imkanlı iş adamı, milyonerləri 1 milyon avro miqdarında yatırım qoyub özləri və ailə üzvləri üçün vətəndaşlıq alıb.
Bir neçə həftə bundan əvvəl Malta hökuməti bununla bağlı hesabat yaydı və onların adı da açıqlandı. Ancaq Maltadan başqa belə siyasət yürüdən ölkələr kifayət qədər çoxdur. Söhbət Yunan Kiprindən, Avropa və Latın Amerikasındakı ölkələrdən də gedir. Onlarla belə ölkələr var ki, minlərlə rus milyonerləri oraya yatırım qoymalarının əvəzinə ailə üzvlərinə vətəndaşlıq haqqında sənədlər və pasportlar alıblar, beləliklə də özlərini sanksiyalardan sığortalamağa çalışırlar.
– Prezident Putin xalqını və ölkəsini daha fəlakətli vəziyyətlə üz-üzə qoymamaq üçün hakimiyyəti təhvil verə bilərmi?
– Yox, bu tipli liderlər heç vaxt könüllü surətdə hakimiyyətdən imtina etmirlər. Bu, gözlənilən bir hal deyil. Ancaq hamı başa düşür ki, seçki günü Putin qalib elan olunandan sonra artıq bütün Rusiya ondan sonrakı Rusiya haqqında düşünməyə və hərəkət etməyə başlayacaq. Ona görə ki, bu, artıq Putinin son seçki müddəti olacaq. Vaxtilə Putinə görə qanunvericilikdə dəyişikliklər etdilər və faktiki olaraq o, 18 ildir hakimiyyətdədir. Ancaq bütün bu dəyişikliklərə rəğmən artıq bu, onun rəsmən sonuncu seçkiləridir. Putin də başa düşür ki, bu, Rusiyanı düşdüyü bu ağır həm geopolitik, həm iqtisadi durumdan çıxartmaq üçün onun son şansıdır.
– "Rusiya baharı", yaxud yeni oktyabr inqilabı gözləniləndirmi? Yoxsa xarici basqılar, sanksiyalar, “xarici düşmən” amili əslində xalqı öz ətrafında birləşdirmək üçün Putinin faydasına işləyəcək?
– Biz Rusiyanın tarixini yaxşı bilirik. Bu tarixdə həmişə iki vacib amil bir-biri ilə uzlaşırdı. Rusiyada həmişə güclü, mərkəzləşmiş hakimiyyət olub. Demokratiya dövrünü Rusiya heç zaman, heç bir hakimiyyət dövründə yaşamayıb. Həmişə möhkəm əl – bu, ya imperator olub, ya çar, ya Mərkəzi Komitənin baş katibi olub, ya da indi onun adını prezident qoyurlar. Ancaq Rusiya həmişə möhkəm əlin ətrafında birləşib, hər zaman avtoritar üsul-idarə olub. İkincisi, daim Rusiyada üsyanlar olub, Puqaçovdan, Stepan Razindən tutmuş, bu günə kimi. Elə son dövrə baxsaq, 20-ci əsrdə Rusiyada 1905-ci ildə inqilab hərəkatı olub və çar hakimiyyəti güclə onun qarşısını ala bilib. 1917-ci ildə burjua-demokratik inqilabı olub, Çar hakimiyyətdən gedib. Onun dalınca bolşeviklər inqilab ediblər və təqribən 70 illik hakimiyyət qurublar. Ondan sonra növbəti dəfə imperiya dağılıb və yenə də hakimiyyət dəyişib. Yəni möhkəm əl, sərt hakimiyyət quruluşu Rusiyaya xas bir ənənədir. Ancaq eyni zamanda ona qarşı üsyanlar və belə quruluşların süqutu da Rusiya üçün bir ənənəyə çevrilib. Məhz ona görə də Aleksey Navalnı yeni hərəkata başlayanda, açıq şəkildə bu hakimiyyəti dəyişmək zərurətini elan edəndən və eyni vaxtda Rusiyanın 100 şəhərində mitinqlər təşkil edəndən sonra Kreml qəti qərara gəldi ki, onu seçkilərə buraxmasın. Putin də açıq-aşkar mətbuat işçiləri ilə görüşdə bu addımı məhz Navalnının Rusiyada yeni bir meydan yaratması və inqilab etməsi təhlükəsi ilə izah etdi.
– Rusiyadakı seçkilərin Azərbaycana təsirləri barədə nə deyə bilərsiniz?
– Əgər Rusiyadakı seçkilər dünyanın diqqət mərkəzindədir və o seçkilərin nəticəsi həm ABŞ-da, həm Avropada izləyirlərsə, nəticəsini gözləyirlərsə, təbii ki, Rusiya ilə qonşu ölkə olaraq onun təsiri bizə də çox güclüdür. Bu, məlum bir faktdır ki, Qafqaza gələndən sonra Rusiya imperiyasının hansı siyasət yürütdüyünü və Azərbaycan üçün bunun hansı nəticələr gətirdiyini biz Qarabağ münaqişəsində də, torpaqlarımızda erməni dövlətinin yaranmasında da, bu günə kimi də bu konfliktin həll olunmasında heç bir ciddi bir addım atılmamasında da görürük. Ona görə də bunlar hamısı Azərbaycan ictimaiyyəti üçün çox bəlli və məlum həqiqətlərdir.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 283
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV