“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...

Tarix 13.08.25, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. Yutub platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq “Bağışla Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır.

Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeriyyata soxa bilərsən. İfaçı kimi zay....” sözlərindən ibarətdir.

Deputatlığa namizəd olmuş Seyidcahan “təlxək”, “dəli”, “zay” sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: “Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm”.

Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspetiza keçirilib.

Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək etmək hüququ olduğu da izah edilib.



Xəbərin oxunma sayı : 1213




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap