|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Folklorşünas: “Novruz adət-ənənələri saxtalaşdırılıb”
Tarix 21.03.18, 16:57 |
|
pia.az mərhum folklorşünas Sədnik Paşa Pirsultanlının 2013-cü ildə Novruz bayramı ilə bağlı verdiyi müsahibəni təqdim edir
Novruz bayramı və onun tarixi ilə bağlı suallarımızı Gəncə Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, folklorşünas Sədnik Paşa Pirsultanlı cavablandırır.
- İstərdik Novruzun tarixi ilə bağlı bizə ətraflı məlumat verəsiniz. Bəzi tarixçilər Novruzun tarixini Şumerlərlə, bəziləri Zərdüştilərlə, bəziləri İslamla əlaqələndirir. Bu versiyalardan hansı daha doğrudur?
- Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim İran mənbələrində “saka”, yunan mənbələrində “iskit”, “Avesta”da “tur” və ya “turanlı”, müasir rus elmi ədəbiyyatında isə “skif” adlandırılan etnoslar arasında yayılıb. Mənbələrdə onlar üç böyük qrupa bölünür: Şərqi Avropa sakları, Orta Asiya sakları, Şərqi Qazaxıstan və Cənubi Sibir ərazisində məskunlaşmış saklar. Sibir ərazisində məskunlaşan saklar “Avesta”da “turlar” adlandırılır. Türk mənşəli tayfaların axınları sayəsində kəngərlər, peçeneqlər, və digər hind-Avropa mənşəli Turan sakları tədricən türkləşməyə başladı. Eyni fikri Azərbaycan ərazisində məskunlaşmış turan mənşəli madalar haqqında da demək olar. Bu etnosların çoxu oğuz türklərinə qarışdılar. Türkləşmiş saklar bəşəriyyətə Qərbi Çindən Şərqi Türkiyəyə, Qazaxıstandan Şimali Hindistana və Pakistana qədər uzanan ərazidə məskunlaşmış xalqlar tərəfindən qeyd edilən Novruz kimi gözəl təbiət bayramını töhfə veriblər. Bu ərazidə Novruz zərdüştilik dini vasitəsilə yenidən canlanıb və yayılıb.
Şumerlərin dini inancları kimi onların bayramları da türk mifologiyasındakı bayramlar arasında bənzərliklər var. Həm Şumerlərin və həm də türklərin mifologiyasındakı bayramların ən önəmlisi Bahar bayramıdır. Əslində Bahar bayramının fəlsəfəsinin özü yenidən doğuşdur. Şumerlər Bahar bayramına akitil demişlər ki, sözdəki til sözü yaşamaq, yenidən doğulmaq anlamına gəlir. Akkadlar buna akitu adı veriblər.
Novruz sözü çox sonralar yaranmış fars kəlməsi olsa da, onun varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənənəyə çevrilməsi farsların tarix səhnəsinə çıxmasından çox-çox əvvələ aiddir. Novruz bir türk bayramıdır.
- Deməli Novruz bayramının farslarla aidiyyəti yoxdur?
- Novruz Bayramını böyük bir coğrafiyada, onlarla millət qeyd edir. Deməli, bu bayram tarixən bizə məxsus olsa da, digər millətlər də bu bayramı qeyd edir.
Farslarda isə əfsanəvi hökmdar Cəmşidi-Cəmi Novruz bayramı ilə əlaqələndirirlər. “Nov” və ya “növ” “təzə” deməkdir. “Ruz”-gündür. Novruz, “təzə gün” gün deməkdir. İlin başlanğıcı. İlin təzə günü. Həyatın təzələnməsi, torpağın oyanması, suların çağlaması Novruzla bağlıdır. Cəmşidi-Cəmin elə bir cəmi, qızıldan kasası varmış ki, hər təzə il gələndə o camın-kasanın içərisində su çağlayarmış. Yaşıl bitki nişanəsi görünərmiş. Bax, bizim qablarda becərdiyimiz səməni onun nişanəsidir. Yaz olanda, yağışlar yağanda, həyat yenidən başlayanda, bitkilər göyərəndə insanlar səməni göyərdər və mahnı oxuyardılar.
Səməni, ay səməni,
Saxla məni.
İldə göyərdərəm səni.
Səməni həm də yazın atributudur. Ona insanların böyük inamı var. İnsanlar ona bildirirlər ki, məni sağ saxlasan, ölməyə qoymasan, səni hər il yenidən göyərdərəm. İnsanlar yeni gün-yaz yaxınlaşdıqca cərgə ilə səmənini əllərinə alıb qapı-qapı gəzər, yaşıllıq nişanəsi göstərərdilər.
- Siz klassik ədəbiyyatımızı, xüsusilə Nizami Gəncəvinin əsərlərindəki folklor izlərini ciddi şəkildə araşdırmısınız. Novruzla bağlı klassik ədəbiyyatımızda hansı detallara rastlaşmısınız?
- Nizami öz əsərlərində bayram mərasimlərinə xüsusi əhəmiyyət verir. Nizami öz əsərində Makedoniyalı İsgəndəri Azərbaycana gətirib. Nizaminin təbirincə desək, “Yazı da, qışı da gül-çiçək” olan Bərdəyə İsgəndər Novruz bayramında gəlir. Küçələrdə yandırılan Novruz tonqalları İsgəndəri heyrətə gətirir. Amazon qadınlarının əllərində zopa, ucu şiş nizə əvəzi ağaclar İsgəndərə möcüzə kimi görünür. Nizamlı dəstəylə keçən Amazon qadınları hökmdarı vahimələndirir.
Nüşabənin bayram süfrəsi şirniyyatla, qoğallarla və başqa nemətlərlə doludur. Bir yanda fəsəli, bir yanda qatlama...Süfrə rəngarəng nemətlərlə zəngindir. Nüşabə bu nemətləri kənara çəkib İsgəndərin qabağına bir kasa qızıl qoyur və deyir:
- Hörmətli hökmdar, siz də yeməyə başlayın.
İsgəndər deyir:
- Qızıl yeyilməz.
Nüşabə cavabında deyir:
- Bir haldakı qızıl yeyilməz, bu qızıldan ötrü döyüşüb şəhərləri xarabazara çevirmək, cavan oğlanları nakam məhv etmək, qızları əlləri xınalı, gözü yaşlı qoymağa dəyərmi?
Döyüşçüləri İsgəndəri başa salırlar ki, buradan tez getmək lazımdır. İsgəndər Nüşabənin mənəvi gücü qarşısında təslim olur. Nəinki Azərbaycanı beləcə tərk edir, hətta “Dirilik çeşməsi”ndən su içməyə də həsrət qalır. Nizami İsgəndərin yönünü Şirvana yox, Sibirə tərəf döndərir.
Bu geniş yayılmış əhvalat, Nizaminin öz dövründə də, Makedoniyalı İsgəndərin dövründə də Novruzun qeyd olunmasının isbatıdır. Nizami Gəncəvi çox böyük tarixi biliklər sahib idi. Onun əsərindəki bu məqam təsadüfi ola bilməz.
- Çərşənbələr Novruz bayramına aiddir, yoxsa sonradan əlavə olunan Zərdüşti adətlərindəndir?
- Novruzda dörd çərşənbə-ona dörd cəmlələr də deyilir-var. Əvvəl su çərşənbəsi gəlir. Bu zaman ağ leylək Bağdaddan gəlir, öz sinəsini çaylara, bulaqlara sürtür. Bu o deməkdir ki, artıq qış getmiş, suyun hərarəti artmış, torpaq oyanmaqdadır. “Abu-atəş”- dörd ünsürdən ikisidir. Sudan sonra insanlar günəş arzulayır. Günəşi çağırırlar. Bunun üçün yerdə günəşin atributunu düzəldirlər. Günəşin yerdəki atributu Qodu-qodudur. Gözəl bir gəlincik düzəldirlər. Bu gəlincik qapı-qapı gəzdirilir. O, gülümsəyir, öz gülüşü ilə günəşi də güldürür. Bu gülüş torpağı qızdırır. Bundan sonra torpağın üstündə bərqərar olan bitkilərin çiçəklərini mayalandırmaq, onların inkişafını təmin etmək üçün yel çərşənbəsi köməyə gəlir. Külək torpağı da yerindən oynadır. Bitkilər yel vasitəsilə tozlanır, mayalanır. Deməli, dörd ünsür Novruz günlərində bir-birinə kömək olur, baharın arzularını təmin edir. Ona görə deyərlər:
Abu-atəş-badi-xak. (ab-su, atəş-od, bad-yel, xaki-torpaq).
Çox qəribədir ki, dinlər, formasiyalar dəyişdikcə, mövsüm və mərasim nəğmələri də dəyişir. Zərdüştlük dövründəki mövsüm və mərasimləri müsəlman dövrünün adət-ənənələri, mövsüm və mərasim nəğmələri, xalq etiqadları ilə eyniləşdirmək olmaz. Zərdüştə görə göy üzündəki ulduzların hər biri tarladakı bir buğdadır. Onun bərəkəti yer şumlayan öküzlər və onu becərən insanlardadır.
- İslam dini ilə Novruz bayramı arasında hansı bağlılıqlar var?
- İslam dini gəldikdən sonra, Novruz bayramına baxış təbii ki, xeyli dəyişib. Necə ki, Zərdüştilik bu bayrama öz adətlərini daxil edə bilmişdi. İslam dövründə yeni gün bayramının məzmununda da böyük fərqlər meydana gəldi. Bu günü yeni gün bayramı adlandırmadılar. Onu Novruz və ya Əli bayramı adlandırdılar.
Tarixdən məlumdur ki, Qəzvin hökmdarı Mahmudun Ayaz adlı sevimli gənc dostu, Koroğlunun Eyvaz adlı sevimli gənc dəlisi, oğulluğu olduğu kimi, Həzrəti Əlinin də Novruz adlı bir gənc dostunun olduğunu nəql edirlər. Əli bayramı günü Novruz başdan-ayağa qıpqırmızı paltar geymişdi. Həzrəti Əli yeni gündə, yəni bayram günündə öz gənc dostu Novruzu öz taxtında əyləşdirib və hamıya deyib:
- Siz bu günü Əli bayramı adlandırsanız da, bu gün Novruzun bayramıdır. Bax, görürsünüzmü, hərə bir cür paltar geyinib, Novruz isə qıpqırmızı, bayram libası. Geniş mənada, yeni gün, ilin başlanğıcı, Əli bayramı adlansa da, o, Həzrət Əlinin sözü ilə müsəlman folklorunda Novruz bayramı kimi xatırlanır.
- Adət-ənənəmizdə, folklorumuzda Novruz bayramının əlamətləri nədən ibarətdir?
- Novruz günü bütün evin əşyaları bayıra, havaya çıxarılmalıdır. Yuyulmalıdır, paka çıxarılmalıdır. Bütün küsülülər barışmalıdır. Bayram aşı bişəndə bütün qonşular bir-birinə qonaq gedir, o nemətdən bir yerdə dadmalıdırlar.
Novruz günü bütün cavan qızlar qapılara dinşəməyə (pusmağa), yaxşı söz eşitməyə gedir. Bəzən 40 qız, bəzən 7 qız bir yerə yığılıb həsbi-hal gecələri keçirirlər. Səhər gün çirtməmiş, insan yeriş açmamış, 3 qız axar çayın üstə gedir, badyaları su ilə doldurur.
İynələrin, sancaqların başlarına pambıq lopası qoyub əhd eyləyib suya buraxırlar. Əgər iynələr, sancaqlar bir-birinə qovuşursa, həmin qızın da sevgilisi ona qovuşur.
Uzaq səfərlərdə olan insanlar yad edilir. Məzarıstana gül-çiçək, şirniyyat aparılır. Küçələrdə bayram tonqalları yandırılır. Tonqalların üstündən hoppanırlar. Öz ağırlığını, uğurluğunu qoyub o taya keçirlər. Bir sözlə, Novruzda həyat yenidən başlanır. İnsanlar həyata yeni sevinclə başlayırlar. Hökmən nişanlı qızlara sovqatlar aparılmalıdır. Yeni hədiyyələr bağışlanmalıdır.
- Hələ də bayram adətlərimizdə mifoloji elementlərin mövcudluğu müşahidə edilir. Mümkünsə mifologiyada və folklorumuzda Novruz bayramı ilə bağlı qaynaqlardan danışaq...
- Avestanın göydə ulduzları buğda adlandırması mifologiya ilə bağlıdır. Məsələn: bir qadın əhd edir ki, Allah, mənim ərimi qızıla çevir. Qadın yuxudan ayılıb görür ki, doğrudan da əri qızıl olub. Onu farmaşda gizlədib yükə qoyur. Ailə ilin yarısında ac qalır. Qadın gizlicə ərinin barmağının birini kəsir, zərgərə verir, pula dəyişir. Yeni, Novruz bayramı gəlir. Arvad suyun üstünə gəlib Novruz bayramına yalvarır:
- Ey Novruz, mənim ərimi əvvəlki şəklinə sal.
Oğlan dirilir, lakin, baxır ki, barmağının biri yoxdur. Əri soruşur ki, bu nə əhvalatdı. Qadın olub-keçənləri izah edir.
Novruz günlərində atı, inəyi ağaca bağlamaq olmaz. Kişi atını söyüd ağacına bağlayır, sabah gəlib görür ki, atı söyüdün başında kəndirdən asılıb.
Novruz günlərində un, buğda kisələrinin üstünü açıq qoyurlar, bir neçə şam yandırırlar. Səhər ayılanda görürlər ki, bu gecə Xıdır İlyas gəlib un, dən çuvallarına əlini vurub. Xıdırın atının nalının izi yerə və çuvalın üstünə düşüb.
Etiqada görə, bu Novruz ailəyə xeyir-bərəkət gətirir.
Hər Novruz Şəmkirin Şiştəpə kəndində Xıdır İlyasın atı təpədə kişnəyir. Həmin səsi bütün camaat eşidir və sevinir ki, yayda Xıdır İlyas yaşıl donunu geyib boz atını minib Şiştəpəyə atının yalı, özünün bığı ilə, qarlı-qırovlu gələcək və külək vasitəsilə Şəmkir ellərini sərinlədəcəkdir.
- Novruzu bütün Şərq xalqlarının ortaq bayramı kimi qəbul etməliyik?
- Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da sonrakı mərhələdə bütün Şərq xalqlarına yayılıb. Maraqlıdır ki, digər müsəlman xalqları da bu bayrama Əli bayramı deyir. Hansı torpaqda müsəlman inancı olan insanlar yaşayırsa ta qədimdən bu bayramı icra edirlər, bu bayram onların adət-ənənələrinə qarışıb.
- Novruz adətləri, Novruz ayinləri tarixən dəyişikliyə uğrayıbmı?
- Novruz adət-ənənələri müstəmləkə altına keçmiş bütün müsəlman dövlətlərində bu və ya digər şəkildə dəyişib. Rusiyanın müstəmləkəsi olan Azərbaycanda bu bayram çox qadağalar görüb. Novruz adət-ənənələri təhriflərə uğrayıb. Hətta, dövlət rəsmi sənədlərdə bu bayramın bir çox adət-ənənələrini saxtalaşdırıb. Şükür olsun ilahiyə ki, öz müstəqilliyini qazanan Azərbaycan öz Novruz bayramını da yenidən öz varlığına həkk etdirib, onu yenidən öz qanında pak, duru bir şəkildə yaşatmaqdadır. Hətta, dövlət bu bayramı rəsmi dövlət bayramı kimi qeyd edir.
Şifahi xalq ədəbiyyatından gələn bayram mahnıları ilə yanaşı şair və aşıqlarımız, bəstəkarlarımız yeni-yeni Novruz mahnıları bəstələyib ortaya çıxarıb.(kulis)
Xəbərin oxunma sayı : 295
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV