“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Günün transfer xəbərləri: Acun Şota Arveladzeni klubuna gətirir

Tarix 24.01.22, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

Mikel Arteta, "Arsenal"ın baş məşqçisi: "İndiki transfer bazarı mürəkkəbdir. Biz komandanı yaxşı səviyyəyə qaldırmaq üçün doğru oyunçular seçməliyik. Biz çox şey üzərində işləyirik, lakin bir səra nüanslar var."

Qari Nevill, veteran futbolçu, "Sky Sports"un eksperti: "Antonio Rudiger olduqca səviyyəli oyunçudur. "Çelsi" onu saxlamaq üçün hər şeyi etməyə çalışacaq".

İdman jurnalisti Yağız Sabuncuoğlu: "Şota Arveladze İngiltərədə işləmək icazəsi alıb. O, sabah "Hall Siti" ilə müqavilə imzalamaq üçün İngiltərəyə uçacaq. Bundan əlavə, "Hall Siti" və "Fənərbağça" Allahyar Səyyadmaneşi 4,5 milyon avroya transfer etmək üçün razılığa gəliblər.

Cey Harris, "The Athletic"in müxbiri: "Brentford" klubu Kristian Eriksenlə şəxsi razılığa gəlib. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. Eriksen daha 1 il müddətinə uzadılma imkanı ilə 6 aylıq müqaviləyə razılıq verib". 

"Tribuna Deportiva": "Valensiya" və "Bazel" 23 yaşlı mərkəz müdafiəçisi Eray Comərtin transferi ilə bağlı razılığa gəlib.

Futbol insayderi Fabritsio Romano: 

* "Nikolas Talyafiko gələn həftə "Barselona"ya keçəcək".

*  "Fənərbağça"nin sabiq baş məşqçisi Vitor Pereyra ötən həftə Rafael Beniteslə vidalaşan "Everton"u çalışdıra bilər. O, bu gün İngiltərədə Mersisayd klubunun rəhbərliyi ilə görüşəcək.

*  "Qalatasaray" və "Benfika" Jedson Fernandeş üçün 2023-cü ilin yayına qədər icarə müqaviləsi imzalayıb. Fernandeşin bu gün İstanbula gedəcəyi gözlənilir.

Baş tutmuş transfer xəbərələri: 

Amin Yunes (28 yaşlı oyunçu)

"Napoli"dən (İtaliya)  "Əl-İttifaq"a (Səudiyyə Ərəbistanı) transfer olunub.
Azad agent qismində keçən futboçunun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Ezekiel Henti (28 yaşlı hücumçu)

"Slovan"dan (Slovakiya) "Əl-Həzm" (Səudiyyə Ərəbistanı) klubuna icarəyə verilib.
Futbolçu mövsümün sonuna kimi Ərəbistanda qalacaq.

Brayan Reynolds (20 yaşlı mühafizəçi)

"Roma"dan (İtaliya) "Kortriyk"ə (Belçika) keçib.
Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.






Xəbərin oxunma sayı : 421




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap