“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Günə 65 min yoluxma – ABŞ koronasvirus rekordunu yenilədi

Tarix 10.07.20, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar koronavirusla mübarizədə daha bir çətin və problemli dövr yaşayır, gündəlik yoluxmalarda yeni rekord qeydə alınıb, bir gündə ölənlərin sayı isə mini keçib.

AzFakt.com “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Anthoni Fauci deyib ki, yoluxma və ölüm hallarında artım bir çox ştatların yoluxmaların azalmasını gözləmədən biznesləri açması, evdə qalmaq göstərişlərini yüngülləşdirməsindən sonraya təsadüf edir.

“Çox çətin və problemli dövr yaşayırıq”, – Fauci “The Hill” media orqanının təşkil etdiyi telekonfransda deyib və bir çox ştatların orta göstəriciləri aşdığını vurğulayıb.

Hazırda 50 ştatın 41-də yoluxmalar sürətlə artmaqdadır. Əhali sayı yüksək Kaliforniya, Texas və Florida ən çox ziyan görənlər sırasındadır. Artıq xəstəxanalar dolub və bir çox ştatlar təkrar açılım qərarlarını geri götürürlər.Fauci deyib ki, yoluxmaların güclü olduğu ştatlar açılım prosesini davam etdirməməlidirlər. Ancaq o, tam karantinə də çağırmayıb.

İyulun 9-da Birləşmiş Ştatlarda bir günə rekord göstərici – 65 min yoluxma qeydə alınıb. İndiyədək ölkədə 3,1 milyon yoluxma təsdiqlənib, 133 mindən çox xəstə dünyasını dəyişib.

Prezident Donald Tramp bir daha qeyd edib ki, yoluxmaların artması testlərin genişləndirilməsi ilə bağlıdır. Prezident tvitində yazıb ki, digər ölkələrlə müqayisədə indi ABŞ-da daha böyük və daha yaxşı testlər gerçəkləşdirilir.



Xəbərin oxunma sayı : 2302




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap