![]() |
|














Kirayə ev bazarında qıtlıq və bahalaşma: Qiymətlər necədir?
Tarix 09.08.25, 11:16 |
|

Avqust ayı gələn kimi Bakıda kirayə mənzil axtarışı sözün əsl mənasında "yarışa” çevrilir. Yeni dərs ili ərəfəsində paytaxta axışan tələbələr, şəhərin müxtəlif ərazilərində ev axtaran vətəndaşlar və söküntülər səbəbilə köçürülən sakinlər kirayə bazarında böyük sıxlıq yaradır. Bu isə həm qiymət artımına, həm də mənzil qıtlığına səbəb olur.
Bu il də əvvəlki illərdən fərqli bir mənzərə müşahidə olunmur. Əksinə, vəziyyət daha da gərginləşib. Kirayə mənzil tapmaq müşkülə çevrilib, qiymətlər isə kəskin artıb. Ekspertlər bu artımı təkcə mövsümlə izah etmirlər - söküntülər, mənzil satış bazarındakı bahalaşma və yeni binaların yüksək icarə qiymətləri bu vəziyyətin başlıca səbəbləri kimi göstərilir.
Əmlak sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, son illər ərzində Bakıda çoxsaylı köhnə yaşayış evlərinin sökülməsi nəticəsində yüzlərlə ailə kirayə mənzil axtarmağa məcbur qalıb. Sakinlər ya müvəqqəti qohum evinə sığınır, ya da məcburən bazara çıxaraq qiymətlərə uyğun gələn ev axtarır. Bu isə təklifi azaldır, tələbatı isə daha da artırır.
Söküntülərin yerində tikilən yeni binalarda isə qiymətlər fərqli səviyyədədir. Köhnə tikililərlə müqayisədə həmin evlərin kirayə qiymətləri ən azı iki dəfə baha təklif olunur. Bu isə daha çox insanı nisbətən ucuz - amma eyni zamanda köhnə və bəzən qəzalı - binalarda ev axtarmağa məcbur edir. Beləliklə, həmin seqmentdə süni sıxlıq yaranır və bu da qiymətləri "od tutub yandırır”.
Satış qiymətlərindəki artım da kirayə bazarına təsirsiz ötüşmür. Mənzil sahibləri evlərini baha qiymətə sata bilmədikdə, həmin məbləğə uyğun olaraq kirayə qiymətlərini də artırmağa çalışırlar. Nəticədə həm alqı-satqı, həm də kirayə bazarı bir-birini qidalandıraraq süni qiymət şişkinliyi yaradır.
Musavat.com əməkdaşı paytaxtın bir neçə fərqli ərazisində qiymətləri yerində öyrənib. Neftçilər metrosu ətrafında 1 otaqlı mənzillər 250-300 manat, 2 otaqlı mənzillər 450-600 manat, 3 otaqlı mənzillər isə 700-1800 manat arasında dəyişir. Sakinlər ötən illə müqayisədə kəskin fərqin olduğunu təsdiqləyirlər.
"Keçən il 300 manata tutduğum evi bu il 500-ə verirlər. Metrodan uzaq binalarda vəziyyət bir az fərqlidir, amma metro yaxınlığında qiymətlər artıq bizim cibimizə uyğun deyil”, deyə Natiq Əmirov adlı sakin bildirir.
Tələbələr üçün isə vəziyyət daha da ağırdır. Universitetə bu il qəbul olunmuş gənclər yaşayış problemi ilə üzləşiblər. "Uzaq kənddən gəlmişik, qiymətlər od tutub yanır. Valideynlərimiz bu məbləği necə ödəsin? Qalmışıq küçələrdə”, - deyə adının çəkilməsini istəməyən tələbə deyir.
Qara Qarayev metrosu ətrafında bir otaqlı mənzillərin qiyməti 300-400 manat arasında dəyişir. İki otaqlılar isə 500 manatdan başlayır. Nizami rayonunda orta təmirli 2 otaqlı ev 450 manata təklif olunur. Xətai rayonunda isə təmirsiz 1 otaqlı mənzil üçün qiymət 280 manatdan başlayır. Elmlər Akademiyası metrosuna yaxın ərazidə təmirli 2 otaqlı evin qiyməti 600 manatdır. Yeni Günəşlidə 1 otaqlı mənzili 370 manata tapmaq mümkündür. Yasamalda isə təmirli mənzillərin kirayəsi artıq 800 manata qədər yüksəlib.
Bütün bu faktlar fonunda mövcud mənzərə aydındır: Bakıda kirayə mənzil bazarı mövsümi "şok” yaşayır. Tələbələr, köçkünlər və şəhərə yeni gələnlər münasib ev tapmaqda çətinlik çəkir, bazarda isə vəziyyəti sabitləşdirəcək hər hansı real mexanizm müşahidə olunmur.
Mövzunu şərh edən əmlak eksperti Elnur Fərzəliyev də qiymət artımının səbəblərini sadalayarkən ilk növbədə tələbə axınını və söküntüləri önə çəkir. Onun sözlərinə görə, hər ilin avqust ayından başlayaraq sentyabrın ortasına qədər bazarda həm mənzil qıtlığı, həm də qiymət artımı müşahidə olunur: "Bakıda aparılan söküntülər səbəbindən çox sayda sakin kirayəyə üz tutur və uzunmüddətli kirayədə qalmağa məcbur olurlar. Bu da bazarda mövcud evlərə olan tələbatı artırır”.
Ekspert onu da qeyd edir ki, mənzillərin satış qiymətindəki artım da birbaşa kirayə bazarına təsir edir. Satış bahalaşdıqca, kirayə də paralel şəkildə yüksəlir.
Elnur Fərzəliyev yaxın perspektivdə qiymətlərin sabitləşəcəyini gözləmədiyini bildirir. Əksinə, növbəti aylarda da kirayə bazarında gərginliyin davam edəcəyi proqnozlaşdırılır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qəzetə açıqlamasında deyib ki, avqust və sentyabr aylarında daşınmaz əmlak bazarında qiymət artımları ənənəvi hal alıb: "Hazırda da bu bazarda bahalaşma müşahidə olunur. Bu dəfə artımın əsas səbəblərindən biri daşınma (nəqliyyat) xərclərinin yüksəlməsidir. Eyni zamanda, daşınmaz əmlakın qiymətindəki artım bu sahəyə marağın artdığını, yeni biznes maraqlarının daha qabarıq şəkildə ortaya çıxdığını göstərir.
Banklar hazırda əmanətlərə maksimum 12 faiz civarında gəlir təklif edir. Bunun da 10 faizi vergi ilə tənzimlənir və Dövlət Vergi Xidməti tərəfindən vergiyə cəlb olunur. Lakin daşınmaz əmlak sahəsində belə bir vergi yükü və tənzimləmə yoxdur. Bu isə əmlaka investisiya yatırmaq istəyənlər üçün daha cəlbedici imkanlar yaradır və bazara əlavə təzyiq formalaşdırır.
Əgər bu proses nəzarətsiz davam edərsə və paralel olaraq dövlətin bölgələrə yönəlik təşviq proqramları tətbiq olunmazsa, xüsusilə paytaxtda kirayə mənzillərin qiymətləri ildən-ilə daha da yüksələcək. Bu, tələbələrin, aşağı gəlirli vətəndaşların Bakı şəhərində yaşamaq və təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Bunun qarşısını almaq üçün böyük tədris və istehsalat müəssisələrinin regionlara köçürülməsi, əhalinin paytaxtdan kənarda yaşamasına dəstək verilməsi, əmlak bazarında vergi ədalətinin bərqərar edilməsi lazımdır".
Xəbərin oxunma sayı : 493
Sosial
Xəbərlər
-
Qəbələ və Ağdərədə yanğın törədən şəxslər saxlanıldı - Foto
-
İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya
-
Ağ Evdən tarixi görüşlə bağlı paylaşım - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma: Qiymətlər necədir?
-
Sərxoş vəziyyətdə avtobus sürdü - Həbs edildi
-
“Ermənistanın “ev tapşırıqları” var” - Prezident+Video
-
“Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır” - Rusiyanın şərti məlum oldu
-
Bakıda rəqabət, bölgələrdə boşluq: Səbəblər və çıxış yolları...
-
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq“ - Şahbaz Şərif
-
Sülh sazişi paraflandı - Mətni bu tarixdə açıqlanacaq
-
Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi - FOTOLAR
-
"Yekun sülh sazişi istiqamətində mühüm addım atıldı" - Mehriban Əliyeva
-
Azərbaycan - Ermənistan sülh sazişinin imzalanması çox çəkməməlidir - Prezident
-
Türkiyədən sülh razılaşmasına - İlk reaksiya
-
Prezident İlham Əliyev Vaşinqtonda müsahibə verir - VİDEO
-
Vaşinqton görüşünə dair Birgə Bəyannamə imzalandı - Tam mətni
-
Minsq Qrupu tam ləğv olunur - Azərbaycan və Ermənistan ATƏT-ə müraciət edib
-
“Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur“ - Paşinyan
-
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
-
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - İlham Əliyev
-
“Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır“ - Azərbaycan Prezidenti
-
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
-
“Tramp Qafqaza sülh gətirdi“ - İlham Əliyev
-
Üfunət, həşəratlar və çirkab sularla dolan zirzəmi... - VİDEO
-
“Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar“ - Tramp
-
İlham Əliyevin “X”dəki hesabında Trampla görüşündən fotolar paylaşılıb - FOTOLAR
-
ABŞ ilə Azərbaycan arasında anlaşma memorandum imzalanıb - VİDEO
-
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib - VİDEO
-
Donald Tramp İlham Əliyevi qarşıladı - FOTOLAR
-
Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu - RƏSMİ
-
Tramp növbəti dəfə Prezident İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VİDEO
-
Bu ərazidə 2 ildir içməli su problemi hökm sürür - VİDEO
-
Novxanı çimərliyində infeksion xəstəliklər var? - VİDEO
-
“ABŞ Fələstin dövlətini tanımayacaq” - Vens
-
Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib - Yaralılar var
-
Ucarda ağaclar kütləvi şəkildə məhv edilib - ŞİKAYƏT/VİDEO
-
“Daha prezidentliyə namizəd olmayacağam” - “Oğlum siyasi varisim deyil...”
-
Türkiyə hökuməti Çanaqqala boğazını bağladı - Tüstüyə görə
-
Arayikgil növbəti dəfə məhkəmə qarşısında - Fotolar
-
“Range Rover“inə çoxtonlu səs siqnalı quraşdırdı - Cərimə edildi
-
Məşhur şirkətin Bakıdakı ofisi müsadirə olunaraq hərraca çıxarılıb - Foto
-
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO
-
İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi
-
“Prezident müharibədə qalib gəldi - indi sülhü qazanır!” - Hikmət Hacıyev
-
Hökumə Əliyevaya görə bir dəqiqəlik sükut - VİDEO
-
“Qaradağ Şüşə Zavodu”nun borcu il keçdikcə artır - Milyonu ötdü
-
“Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq“ - Ağ Ev
-
Salyanda şadlıq sarayında oğurluq - Qonaq qonağın telefonunu apardı
-
Həftəsonu yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
-
Arvadının üzərinə “kislota” tökən şəxs psixiatriya xəstəxanasından necə qaçıb? - TƏFƏRRÜAT
-
Qəzza sakinlərinə son xəbərdarlıq - Oktyabrın 7-dək...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Baş prokuror Qəbələdə qəbul keçirdi - Fotolar
-
AAAF Parkda total təftiş: Təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Daşkəsəndə 30 yaşlı qadın baltalandı - Şübhəli qardaşıdır
-
“Tramp və Putin görüşü gələn həftə Avropada keçirilə bilər“ - ABŞ nəşri
-
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq
-
“Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur“ - Adəm İsmayıl Bakuvi
-
“Tibbi təhsili yoxdur, lakin həkimdir“ - Onkoginekoloq Turanə Nəsibovadan şikayət
-
“Sərxoş olub bizə işgəncə verirdilər” - Əsirlikdə olan azərbaycanlı
-
Məmmədovun “Prado”sundan çıxanlar: İki tüfəng, turaclar, qaşqaldaq…
-
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - Foto
-
Baş prokuror yeni rəis təyin etdi - FOTO
-
“92 bal toplamışam, vakant yer tapa bilmirəm” - VİDEO
-
Xalq artisti dənizə paltarla girdi - VİDEO
-
Temperatur aşağı düşəcək - Bu tarixdən...
-
“28 May“dan “Dərnəgül“ə qatarların hərəkəti dayandırılacaq - Rəsmi açıqlama
-
“Moskva və Tehran ciddi müqavimət göstərə bilməyəcək” - “Təbliğatı gücləndirəcəklər...”
-
Neftçalada 900 minlik layihə: Tenderi yenə eyni şirkət udacaq?
-
Sökülən “Sovetski”də tarixi əhəmiyyətli binaların taleyi necə olacaq? - VİDEO
-
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov
-
Ağ Evdə görüşlərin proqramı açıqlandı - Üçtərəfli imzalanma mərasimi keçiriləcək
-
12 illik təhsilə keçidlə bağlı iddialara - Rəsmi reaksiya
-
Nadirlə Xatirənin öpüşməsi diqqət çəkdi - VİDEO
-
ABŞ-nin Rusiyaya qarşı addımları Putindən asılı olacaq - Tramp
-
Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsızlıq edilib? - DİN-dən açıqlama
-
Lökbatan qəsəbəsində su problemi - “Gün ərzində 1-2 saat verilir”
-
“Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq“ - Rubio
-
Suriya xalqının yanında olmağa davam edəcəyik - Hakan Fidan
-
Bakı Metropolitenində qeyri-adi hadisə - qadın “20 Yanvar“ stansiyasında ana oldu
-
Azərbaycanda yenidən problemli kreditlərin həcmi artdı - VİDEO
-
İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub - FOTOLAR
-
Kanalizasiya xətti partladı, vətəndaşın evi çökdü...- VİDEO
-
Su xəttini çəkən zaman səkini qazıb yarasız hala saldılar...- VİDEO
-
MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır - VİDEO
-
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
-
Konfrans Liqası: “Araz-Naxçıvan“ uduzdu
-
Sökülən “Sovetski”də tarixi əhəmiyyətli binaların taleyi necə olacaq? - VİDEO
-
“Bu, müharibənin yarı dondurulmasıdır” - Podolyak
-
“ARKA” MMC 10 min 500 manat cərimələndi - Fotolar
-
Hipermarketdən 9 qutu ətir oğurladı - Həbs edildi
-
“Qəzzanı ilhaq etməyi planlaşdırmırıq“ - Netanyahu
-
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı - Polisə tabe olmadığı üçün
-
“İzmir” restoranında nöqsanlar aşkarlandı - Fotolar
-
“Moyka”dan müştərinin maşınını qaçıran şəxslər saxlanıldı - Video
-
“Home Baku“ yoxlama: Şirkət 3 milyondan artıq cərimələndi
-
“BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir“ - Putin
-
185 balla tələbə olmaq mümkündür - İxtisaslar açıqlandı
-
AÇG yatağında neft hasilatı yenə azalıb - Son 14 ilin göstəriciləri
-
“Bütün Yaxın Şərqin “İbrahim razılaşmaları“na qoşulması vacibdir“ - Tramp
-
“Uğur Ocağı“nın xanım kassiri jurnalistin mikrafonunu yerə çırpdı - Cərimə edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Rusiyada benzin və dizel bahalaşmaqda davam edir - Son qiymətlər
-
Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir - Araz Paşayev kimin maraqlarını müdafiə edir?
-
“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım” - Akif Həsənov məhkəmədə ifadə verib
-
Yasamal rayonunda Məhəmməd Xiyabani küçəsində qanunsuz ət dükanları kimə haqq verir? - VİDEO
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
“Azəriqaz“ın xanım əməkdaşına hücum etdi - Həbs olundu
-
İlham Əliyev ABŞ-a işgüzar səfərə gedib - FOTOLAR
-
Bakıda 38, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əsir götürüldükdən sonra güllələndim - Zərərçəkmiş
-
“ABŞ yeni zərbə endirə bilər“ - Tramp yenidən İranı hədələdi
-
Mərkəzi Nəbatat Bağında piknik sahəsi bağlandı - SƏBƏB
-
Nabran çimərliyi çirkab bataqlığında: Kanalizasiya sistemi niyə qurulmur?
-
“Bu cür iddialar boş, axmaq söhbətlərdir...“ - Artur Rasi-zadə
-
Məktəb avtobusları yeni tədris ilində olacaq? - RƏSMİ
-
Qumralın videosu sosial şəbəkəni qarışdırdı - Yarımçıq qalan səmimi rəqs...
-
“Putin və Tramp arasında görüş razılaşdırılıb“ - Rəsmi Moskva
-
Bakının tıxac problemi... - “Sentyabrda yollarda xaos olacaq“ + VİDEO
TOP 10
ARXİV