Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Krım erməniləri Dağlıq Qarabağda döyüşə göndərilir – Bu prosesə “Krımın rəhbəri“ Sergey Aksyonovun dəstək verir

Tarix 22.10.20, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün hazırda Krım ərazisində  könüllülərin toplanması üçün tədbirlər davam etdirilir.

“Krımın Yenidən İnteqrasiyası Assosiasiyası”nın (ARK) mütəxəssisləri bildirir ki, bu prosesə şəxsən “Krımın rəhbəri” Sergey Aksyonovun dəstək verir.

Ermənistan ordusunun səfərbərlik ehtiyatlarını artırmağa yönəlmiş bu fəaliyyətin təşəbbüskarı isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “Baş naziri” Anuşavan Danielyandır.

Ukrayna, Ermənistan və Rusiya vətəndaşlığı olan Danielyan, 1983-1998-ci illərdə Krımda yaşayıb, 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər Krım Muxtar Respublikasının Ali Radasının sədr müavini vəzifəsində çalışıb və “Krım Erməni Cəmiyyəti” nin rəhbəri olub.

Ona qarşı korrupsiya qalmaqallarından və ittihamlardan sonra Danielyan Ermənistan Respublikasına qaçıb.

Hazırda Danielyan Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nəzarəti altında Krım ermənilərinin lobbiçilik fəaliyyətinə rəhbərlik edir, o 2014-cü ilin “Krım baharı” hadisələrində diasporun, eləcə də Ukraynanın şərqindəki münaqişədə döyüşmək üçün erməni Qarabağ muzdlularının cəlb olunmasında aktiv iştirak edib.

2020-ci il oktyabr ayının əvvəllərindən etibarən Krımın erməni icması erməni din və mədəniyyət xadimləri ilə birlikdə Krımın hakimiyyət nümayəndələrinin dəstəyi, ilk növbədə “Salem” qrupundan və Aksyonovun şəxsən köməyi ilə Krımda “azərbaycanlıların qurbanı olan erməniləri ehtiyacları üçün” yardım kampaniyası təşkil edib və ilk həftə ərzində təxminən 10 milyon rubl yığılıb.

Ayrıca, cəmiyyət Aksyonovun dəstəyi ilə erməni dini və mədəni qurumlarının yerləşdiyi Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində könüllüləri – “Artsaxın müdafiəçiləri”ni toplamaq üçün kampaniya təşkil edib.

5 oktyabr 2020-ci il tarixindən etibarən Simferopol hava limanından Krımdan olan 150-dən çox “könüllü” Rostov-Don, Moskva, Krasnodar və Soçi üzərindən transferlə İrəvan hava limanına aparılıb. Bu “könüllülərin” bəziləri isə artıq döyüş əməliyyatlarında iştirak edir. Hazırda Krım ermənilərinin döyüş əməliyyatları zamanı itkiləri dəqiqləşdirilir/APA.



Xəbərin oxunma sayı : 802




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap