|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
“Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır” - Hikmət Hacıyev
Tarix 13.03.23, 9:31 |
|
“Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz?
- Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.
Bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim edib. 2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan edib. Almatı bəyannaməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır.
Biz 2022-ci ilin sonuna qədər sülh sazişinin imzalanmasına ümid edirdik, yeri gəlmişkən, sentyabrda Vaşinqton görüşündə bu məsələ də müzakirə olunmuşdu. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmədik.
Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.
Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.
Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur.
İstər Brüssel danışıqlarında, istərsə də keçən ilin sentyabr ayında Vaşinqtonda keçirilmiş görüşdə Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməsi məsələsi müzakirə edilib.
Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz heç zaman buna razılıq verməmişik. Ermənistanın bununla bağlı iddiaları tamamilə məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır.
Azərbaycanın suverenliklə bağlı haqlı mövqeyi beynəlxalq müstəvidə qəbul olunur.
- Siz qeyd etdiniz ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə 2022-ci ildə sülh sazişinin imzalanmasına nail ola bilmədik. Bununla bağlı daha ətraflı fikirlərinizi almaq istərdik.
- İlk növbədə qeyd edim ki, 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.
Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib.
2022-ci ildə Praqa və Soçidə keçirilmiş görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən vəziyyəti qəsdən gərginləşdirən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqlamaların verilməsi, addımların atılması davam edir və bu xətt son vaxtlar daha da güclənir.
Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır.
Ermənistan rəsmilərinin “Qarabağın ətrafında demilitarizasiya olunmuş zonanın yaradılması”, “BMT-nin fakt-araşdırıcı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi” kimi açıqlamaları qəbuledilməzdir.
Ermənistan hansı əsasla başqa bir ölkənin ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır? Heç bir təşkilat Azərbaycanın razılığı olmadan belə addımlar ata bilməz və atmayacaq da. BMT qətnamələrində də aydın qeyd edilir ki, aidiyyəti ölkənin razılığı olmadan onun ərazisinə hər hansı bir missiya göndərilə bilməz.
Ermənistanın Qarabağa, Laçın yoluna missiya göndərilməsi, xarici qüvvələrin gətirilməsi kimi açıqlamaları utopiyadan, geosiyasi avantüradan, süni gərginlik yaratmaqdan başqa bir şey deyil.
Ermənistan rəsmilərinin belə qıcıqlandırıcı acıqlamaları onların ikinci Qarabağ müharibəsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər naminə yeni müharibə”, “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq”, “7 şərt” kimi bəyanatlarını xatırladır.
Ermənistan Azərbaycanla şərt dilində danışmağa çalışır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Buna görə, Ermənistan ərazi iddialarından, müxtəlif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir.
Dünya liderlərinə zənglərlə, özünü yalandan “demokratiya qalası” kimi qələmə verməklə, müxtəlif qətnamələrlə Ermənistan öz gələcəyini təmin edə bilməz.
30 il ərzində Ermənistan suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəmirdi.
Biz Ermənistanın siyasətində ardıcıllıq görmürük. Baş nazir bir şey deyir, digər rəsmilər tamam ayrı şeydən danışır. Gah deyirlər ki, Laçın yoluna BMT missiyası getməlidir, gah da deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olmayacaq. Gah deyirlər ki, 1991-ci il Almatı bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsasını təşkil etməlidir, gah da iddia edirlər ki, anklav kəndlərin hüquqi əsası yoxdur. Gah da Ermənistan lideri BMT tribunasından deyir ki, Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır.
- Qarabağda yaşayan erməni sakinlərlə təmaslar barədə nə deyərdiniz?
- Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub. 30 illik işğal faktı bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. Son vaxtlar xaricdən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın yaradılmasına, vəziyyətin 1988-ci ilə gətirilməsinə, yeni status-kvonun yaradılmasına cəhdlər edilirdi.
Bildiyiniz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xocalıda ilkin təmaslar aparılıb. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Lakin biz bu təmasları davam etdirməkdə qərarlıyıq.
Bizim fikrimizcə, martın 5-də Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribat həm də erməni sakinlərlə təmaslara mane olmağa hesablanıb. Biz Azərbaycanın suveren ərazilərinə silah daşınmasını Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən təcavüz və terror siyasəti hesab edirik. Ermənistan nədən başqa ölkənin suveren ərazisinə silah-sursat göndərməkdə davam edir? Gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi, beynəlxalq mexanizmin yaradılması ilə şərtləndirməsi tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Bu, faktiki olaraq İkinci Qarabağ müharibəsindən əvvəl “öz müqəddəratını təyin etmə”, “müstəqillik” nağıllarının indi başqa ad altında davam etdirilməsi anlamına gəlir. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı zamanı vurğuladı ki, Ermənistanla sülh sazişinə Qarabağ məsələsi daxil edilməyəcək.
- Laçın yolunda yaranmış vəziyyət barədə nə deyərdiniz?
- Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən bəri Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər. Cənab Prezidentin dediyi kimi, bu şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümüzün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər?
Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər.
Amma Ermənistan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolunda “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?
Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var:
“Qarabağ bütün dünyadan təcrid olunub”. Bu adamlar başa düşmürlər ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.
Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi.
- Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız keçən il Qərbi Azərbaycan İcması yaratdılar. Bununla bağlı nə deyərdiniz?
- Qərbi azərbaycanlılar 20-ci əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar. 1991-ci ildə qərbi azərbaycanlıların Ermənistandan qovulması prosesi tam başa çatdırılıb. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, mənimsənilib. Yalnız İrəvanda Göy Məscidi saxlayıblar, onu da fars məscidi kimi qələmə verirlər.
2020-ci ildə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. 2022-ci ildə onlar təşkilatlanaraq Qərbi Azərbaycan İcması yaratdılar. Dekabrın 24-də Prezident İlham Əliyev icma ilə görüşdə faktiki olaraq Qərbi Azərbaycan mövzusunu millətimizin yeni strateji hədəfi kimi müəyyən etdi.
İcma bu yaxınlarda qayıdış konsepsiyasını hazırlayıb. Onlar sülh yolu öz dədə-baba torpaqlarına geri dönmək, dinc yanaşı yaşamaq istəyirlər. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır. İcma həm də hesab edir ki, Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanın öhdəliyi kimi Azərbaycan-Ermənistan sülh müqaviləsində təsbit olunmalıdır.
Ermənistanın qərbi azərbaycanlıların dinc qayıdışını özünün ərazi bütövlüyünə təhlükə kimi görməsi bir daha onun qeyri-konstruktivliyini və etnik nifrət siyasəti yürütdüyünü göstərir.
Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər. Bir şey aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və ya kağız üstündə tanıyaraq öz dağıdıcı əməllərini davam etdirərsə, o zaman Azərbaycan da rəsmi şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün hansısa “status” tələb etməyə davam edərsə, o zaman Azərbaycan da Ermənistandan didərgin düşmüş qərbi azərbaycanlılara Ermənistanın status verməsi məsələsini qaldıracaq.
- Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasına dair fikirlərinizi də almaq istərdik.
- 2022-ci ilin oktyabr ayında Praqa danışıqları zamanı razılaşdırılmış məqamlardan əlavə Aİ missiyasının mandatına yeni məqamların daxil edilməsi bizim üçün gözlənilməz oldu və bu bizdə, açığı inamsızlıq yaratdı. Bundan əlavə, 2 aylıq müddət bitdikdən sonra tələm-tələsik yeni missiya, özü də bu dəfə 2 illik müddətə təsis edildi.
Əlbəttə, Ermənistan öz ərazisinə nəinki Aİ-nin missiyasını, digər ölkələri də çağıra bilər. Amma Aİ missiyası Azərbaycanla sərhəddə yerləşdiyi üçün Azərbaycanın mövqeyi, narahatlığı nəzərə alınmalıdır. Özü də bu missiya iddia edildiyi kimi, mülki missiya deyil, onun tərkibində keçmiş hərbçilər, polis əməkdaşları yer alıb.
Bizim təxminlərimiz özünü doğrultdu. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki, tanış olmusunuz, orada deyilir ki, Ermənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ missiyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir. Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olunub və indi diqqətini Qarabağda pozuculuq əməllərini davam etdirməyə yönəldə bilər.
Biz hesab edirik ki, Cənubi Qafqaz regionu geopolitik rəqabət məkanı olmamalıdır.
Amma Ermənistan fərqli mövqedədir.
- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri günü-gündən soyuqlaşır.
- Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində bütün KTMT üzv ölkələrinin təhqir olunması idi.
Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq Baş katibin müavini kvotasından imtina ediblər.
Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər.
- Biz Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsində də maraqlı olmadığını görürük.
- Bəli, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.
Bizim bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müəyyən suallarımız var. BQXK itkin düşmüş azərbaycanlılarla bağlı, demək olar ki, heç bir iş görmür.
Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq.
Xəbərin oxunma sayı : 523
Müsahibə
Xəbərlər
-
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən “peycer əməliyyatı“
-
“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“
-
Azərbaycanda yeni telekanal açılır - VİDEO
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib - DETALLAR
-
Prezident və oğlu Ağdamda - Bərpa işləri ilə tanış olublar
-
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
-
Özəl tibb müəssisələrinə - Xəbərdarlıq
-
“Yeni və təhlükəli dövr başlayır” - ABŞ mediası
-
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
-
“Bolt” şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
-
“Sülh planımız tam hazırdı“ - Zelenski
-
Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
-
Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var
-
İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi
-
Türkiyədə unikal sağlamlıq imkanları ilə özünüzü mükafatlandırın - FOTOLAR
-
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO
-
Paytaxtın 19 yolunda tıxac var – Siyahı
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək? - VİDEO
-
Qarabağdakı antiterror əməliyyatından bir il ötür
-
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
TOP 10
ARXİV