|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
“Mən istəməzdim ki, Əkrəm təklənsin” - Elçin
Tarix 23.01.23, 15:53 |
|
“Sovetlər dövründə Türkiyə bütün kapitalist ölkələri kimi düşmən ölkə idi. Azərbaycanda isə Türkiyəyə qarşı bu düşmənçilik xüsusi nəzarət altında idi, çünki Azərbaycan xalqının qəlbində Türkiyəyə indi olduğu kimi bir sevgi var idi”.
Bu sözləri Kulis.az-a müsahibəsində Xalq yazıçısı Elçin deyib.
Müsahibəni təqdim edirik:
– Elçin müəllim, necəsiniz?
– Rəhmətlik Abbas Zamanov demişkən, şikayətim yoxdur.
– Türkiyədən nə vaxt qayıtmısınız?
– Noyabrın 30-u getdim, dekabrın 7-si qayıtdım.
– Mükafat aldınız. Necə hiss idi?
– O mükafat Nəcip Fazilin adınadır. Açığı, gözlənilməz oldu. 20-ci əsrin ikinci yarısında türk poeziyası iki qolla inkişaf edib. Bir tərəfdə Nazim Hikmət, o biri tərəfdə Nəcip Fazil. Onlar müxtəlif yaradıcılıq üslubuna, müxtəlif dünyagörüşünə malik şairlər idi. İkisi də böyük istedad sahibi idi. Bu cür ikili xətlə inkişaf türk poeziyasını bir küll halında daha da zənginləşdirib. Tədbirə çox yaxşı hazırlaşmışdılar. Mükafatı da Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan təqdim etdi. Təqdimat mərasimi İstanbuldakı Atatürk Kültür Mərkəzində keçirildi və mərasimdən əvvəl cənab R.T.Ərdoğanla çox səmimi söhbətimiz də oldu.
– Türkiyədə bizim ədəbiyyata münasibət necədir?
– Bizim türk ədəbiyyatını bildiyimiz qədər onlar Azərbaycan ədəbiyyatı ilə tanış deyillər. Bilavasitə ədəbiyyatla məşğul olan adamlar, əlbəttə, bilir, tanıyırlar. Amma ümumilikdə hələ ki istənilən dərəcədə xəbərdar deyillər.
– Orxan Pamuk ölkəmizə gələndə ondan müsahibə almışdılar. Bildirmişdi ki, bizim yazıçılardan heç kimi tanımır. Sizcə, niyə onlar bizim yazıçıları tanımırlar?
– Sovetlər dövründə Türkiyə bütün kapitalist ölkələri kimi düşmən ölkə idi. Azərbaycanda isə Türkiyəyə qarşı bu düşmənçilik xüsusi nəzarət altında idi, çünki Azərbaycan xalqının qəlbində Türkiyəyə indi olduğu kimi bir sevgi var idi. SSRİ qapalı məmləkət idi. Mən Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin dəvəti və SSRİ Yazıçılar İttifaqının xətti ilə getmişəm. Buradan Moskvaya, orada viza, yoxlamalar, sonra da İstanbul. Qayıdandan sonra “Yaxın uzaq Türkiyə” kitabını yazdım. O zaman düşünürdüm ki, görəsən, bizi bir-birimizdən ayıran bu beton sədlər 100 ildən sonra dağılacaq? Mənim 100 illik gümanım cəmi 10 il çəkdi. SSRİ dağıldı. Dünya dəyişdi. Bir-birimizi tanımadığımız üçün sevimli Türkiyədə özünü təsdiq edə bilməyən bəzi şairlər, yazıçılar, hətta bəzən alimlər Azərbaycana gəlib, böyük ədəbiyyatçı, elm adamları kimi tanındılar, eynilə də buradan gedən bəzi təsadüfi adamlar orada özlərini böyük simalar kimi təqdim etdilər. Sonradan yavaş-yavaş kimin kim olduğu aydınlanmağa başladı.
Türkiyə həmişə bizim içimizdə olub. XIX əsrin sonları-XX əsrin əvvəllərində Azərbaycan ziyalıları həmişə Türkiyəyə meyil ediblər. Bizim teatrlarda Şekspirlə, Molyerlə, Şillerlə birlikdə türk yazıçılarının, Əbdülhaq Hamidin, yaxud Şəmsəddin Saminin əsərləri də tamaşaya qoyulub. Hələ 1980-90-cı illərdə Azərbaycanda ən populyar roman Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı idi. Bizdə onların əsərləri çap olunsa da, bilavasitə Azərbaycan və Türkiyənin əlaqəsi olmadığı üçün bizimkilərin orada təbliği çətin məsələyə çevrilib. Son illərdə isə vəziyyət tamam dəyişməyə başladı, M.F.Axundovdan tutmuş İlyas Əfəndiyevin pyeslərinəcən, M.Ə.Sabirin “Hophopnamə”sindən tutmuş müasir şairlərimizə, yazıçılarımızacan bir çox əsərlər türkcə çap olundu. Vacibi də budur ki, bu iş həvəslə davam etdirilir. İndi vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Türk alimləri arasında ciddi şəkildə sırf Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olanlar var. Yeri düşmüşkən, deyim ki, hörmətli cənab R.T.Ərdoğanla söhbət əsnasında bir daha bunun şahidi oldum ki, onun Azərbaycana çox böyük bir simpatiyası, sevgisi var.
– Son hekayəniz çox tənqid olundu.
– “N.S.-nin ayaqları”nı deyirsiniz?
– Bəli…
– Bəzi hallarda o hekayənin başa düşülmədiyinə çox da təəccüblənmədim. Əslində, o hekayə pamflet idi və orada söhbət təkcə Azərbaycanda deyil, bəşəri zövqün hansı istiqamətdə inkişafından gedir. Əgər biz Mona Lizaya arxamızı çevirib, insan eybəcərliyinə baxırıqsa, bizim axırımız hara gedib çıxacaq? Bu hekayənin məğzi bundan ibarətdir. Çox təəccüb etmədim, ona görə ki, bəzi telekanallarımızda baş alıb gedən bayağılıq, ədəbiyyat adına nəşr edilən makulatura bizim bədii tələbatımızı, estetik zövqümüzü çox korşaldıb. Bu gedişatla biz hara gedirik?
– Biz sizə və yazıçı Anara rahatlıqla adınızla müraciət edə bilirik. Bu rahatlığı sizin adınız verir?
– Mənim nəvələrim də mənə Elçin deyirlər.
– Xoşunuza gəlir?
– Gəlsə də, gəlməsə də, belədir.
– İlyas Əfəndiyevin sizin hekayə yazmağınıza reaksiyası necə olmuşdu? Ümumiyyətlə, onunla münasibətiniz necə idi?
– Reaksiyası çox təbii idi. Mən yazı-pozuyla ciddi məşğul olandan sonra isə həmkar olduq. Bir-birimizin yazısının ilk oxucularıydıq. Fikrimizi deyirdik. O heç vaxt bəyənmədiyi bir şeyə bəyənirəm deməzdi.
– Siz daha çox tənqid edən tərəf olmusunuz?
– Yox. Hansısa qeydim onun ağlına batıbsa, onları qəbul edibsə, razılaşıb. Çox zaman da razılaşmayıb. Sərbəst, yaradıcı və məhrəmanə müzakirələr idi və o müzakirələr mənə çox şey verdi.
– İlk pyesinizi nə vaxt yazmısınız?
– İlk pyesim “Poçt şöbəsində xəyal”ı 25 yaşımda yazmışam. Rəhmətlik Tofiq Kazımov o vaxt Akademik Teatrın baş rejissoru idi. Pyesi teatra təqdim etdim. Mehdi Məmmədov onunla maraqlandı. Sovet senzurası “Qlavlit” onun səhnəyə qoyulmasına icazə vermədi. Bir müddət sonra Ağakişi Kazımov da səhnəyə qoymaq istədikdə yenə problem yarandı. Gənclik hikkəsi ilə ondan sonra pyes yazmadım. Həmin pyesdəki remarkaları da götürüb, dramatik povest adıyla çapa verdim. Bir çox dillərə tərcümə olundu. Bir də 1992-ci ildə pyes yazdım. 2000-ci illərdə isə “Poçt şöbəsində xəyal”ı Mehriban Ələkbərzadə tamaşaya qoydu. Tamaşa xoşuma gəldi. Ona dedim ki, sənin özün üçün xüsusi pyes yazacağam. Beləcə, onun üçün də “Qatil” pyesini yazdım.
– Niyə məhz onun üçün?
– Çünki Mehriban xanımın bu mövzuda yeni bir tamaşa hazırlamasını istədim.
– “60-cılar”dan ən çox oxuduğum yazıçı siz olmusunuz. “Ölüm hökmü” romanınızı iki dəfə oxumuşam. O dövr üçün kifayət qədər cəsarətli əsər idi...
– 1983-cü ilin axırında “Ölüm hökmü”nü yazmağa başlayanda belə bir qəti fikirdəydim ki, daxilimdəki siyasi senzuranı qırağa atıb, necə fikirləşirəmsə, necə görürəmsə, elə də yazmalıyam. Buna görə əmin idim ki, çap olunmayacaq.
– Amma çap olundu.
– 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində çap olundu. Qorbaçovun dövrünə, yenidənqurma vaxtına düşdü, aləm qarışdı bir-birinə. Senzura da əvvəlki gücünü itirmişdi.
– Sizi həm də Bakı mühitini çox yaxşı bilən, yaxşı təqdim edən yazıçı kimi tanıyırlar. Niyə gənc yazıçılar o cür təqdim edə bilmirlər? Paytaxt adamlarından yazmaq çətindir?
– Hər bir yazıçının öz mövzusu var. Bir də ki, hər şey gəlib istedada dirənir. Ədəbiyyat canlı prosesdir. Okeanda qabarma və çəkilmə olduğu kimi, ədəbiyyatda da belədir. Tək ədəbiyyat deyil, bütün sənət növlərində belədir. 1960-70-ci illərin musiqilərinin səviyyəsi ilə indikilər eynidir? Ancaq çəkilmədən sonra, əlbəttə, qabarma gələcək.
– Siz zəngin ailələrin daxilindəki problemləri o dövrdə cəsarətlə göstərmisiniz. İndi də o problemlər var. Amma nə kinoya, nə də ədəbiyyata gətirilir.
– Hər şeyin bir vaxtı var. Gələcək.
– Hekayənizi tənqid edənlər bildirirdilər ki, Elçin müəllim 1960-cı illərdə qalıb. O dövrdən bu dövrə keçə bilməyib. Bu fikirlərlə nə dərəcədə razısınız?
– O fikirlər düzgündürsə, bəs “Daş” romanını, “Bayraqdar”ı, “Qarabağ şikəstəsi”ni, hekayələri, Brodveydən, Londondan, İstanbuldan, Romadan tutmuş Seulacan tamaşaya qoyulmuş bu qədər pyesi, məqalə və monoqrafiyaları kim yazıb? Mənim özünütəriflə qəti aram yoxdur. Ancaq bunları suala cavab üçün deyirəm. “Daş” 2016-cı ildə nəşr olundu və qısa müddətdə hələ ki 11 dilə tərcümə edilib, Berlində, Romada, İstanbulda, Moskvada, Qahirədə, Kiyevdə və s. nəşr olunub. Yazdıqlarıma bu qədər maraq haradandır?
– Son illər Nobel mükafatı alan yazıçılardan kimləri oxumusunuz?
– Bəzilərini oxumuşam. Misal üçün, Orhan Pamukun romanlarını oxumuşam. Şübhəsiz ki, istedadlı yazıçıdır. Ancaq Türkiyədə Nobel mükafatı almayan, bəlkə də, daha böyük yazarlar var. Məsələn, Yaşar Kamal. O, dünya ədəbiyyatının yaxşı romançılarından biridir. 1970-ci illərdə Nobel mükafatına namizəd də olub. Əziz Nesin də həmçinin. Digər tərəfdən də həmişə demişəm, Nobel mükafatı heç də həmişə böyük ədəbiyyatın göstəricisi deyil. Bu mükafatın verilməsi bir ajiotaja çevrilməməlidir. Nobeli almayan bir çox ədəbiyyat adamı alanlardan geri qalmır. Rus ədəbiyyatında Boris Pasternaka şair kimi yox, “Doktor Jivaqo” romanına görə Nobel mükafatı verdilər. Halbuki, bu roman rus ədəbiyyatında, məsələn, Vasili Qrossmanın eyni mövzulara toxunduğu “Həyat və Tale” romanının yanında xeyli sönük görünür. Mənim üçün Aleksandr Soljenitsın rus ədəbiyyatında üçüncü, dördüncü dərəcəli yazıçıdır. Baxmayaraq ki, “İvan Denisoviçin bir günü” kimi yaxşı bir povest yazıb. Sonrakı romanları isə siyasi sensasiyalara hesablanıb. Bədiilik baxımından böyük rus ədəbiyyatında böyük qələm sahibi olmasa da, Nobel mükafatı aldı və bu, ədəbiyyat hadisəsi yox, siyasət hadisəsiydi.
– Ədəbiyyatda Tolstoydan o tərəfə yoxdur deyə bilərik?
– Hər kəsin öz Sabiri, Svetayeva demişkən, öz Puşkini, Tolstoyu olur. Rəhmətlik dostum Araz Dadaşzadə həmişə deyirdi ki, istedadlı yazıçı olduğu kimi, istedadlı da oxucu olmalıdır. İstedadlı oxucuların öz Tolstoyu var.
– Yəqin ki, Tolstoyun əsərlərini bir neçə dəfə, təkrar-təkrar oxumusunuz...
– Elə əsərləri var ki, daha çox oxumuşam, elələri də var ki, daha az. O, dünya ədəbiyyatının nəhənglərindən biridir. Servantes, yaxud Şekspir kimi epoxal bir yazıçıdır.
– Dünya ədəbiyyatına və kinosuna ən çox təsir edən yazıçılardandır.
– Bəli. Ümumiyyətlə, XIX əsr rus ədəbiyyatı dünya ədəbiyyatının ön sırasında yer alır. Hətta fransız ədəbiyyatını da geridə qoyur. Amma bu o demək deyil ki, rus ədəbiyyatının bütün yazıçıları mənim üçün doğmadır. Məsələn, Dostoyevski mənim yazıçım deyil. Tolstoyu oxuyanda hiss etdiklərimi onda hiss edə bilməmişəm. Dostoyevski bir qədər soyuq yazıçıdır.
– Dosteyevski Tolstoy qədər insanları sevmir.
– Sevməyi bilmir, deyərdim. Ancaq söhbət sevib-sevməməkdən getmir. O, qurudur.
– Elçin müəllim, sovet ədəbiyyatı olmasa idi, Azərbaycan ədəbiyyatında nə baş verərdi?
– Azərbaycan ədəbiyyatı çox sınıxardı. Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin romanlarına bu günün müstəqillik ab-havası ilə qiymət vermək düz deyil. Onların qiyməti ondadır ki, ədəbiyyatımızın tanımadığı roman janrını formalaşdırdılar, bəlkə, yaratdılar desəm, daha düz olar. Azərbaycan bədii, ədəbi dilinin inkişafında böyük rol oynadılar. Səməd Vurğun “26-lar”dan da, Stalindən də yazıb, xoşagəlməz siyasi ifadələr də işlədib. Ancaq paradoks da burasındadır ki, elə bu əsərlərin özünün də Azərbaycan poeziyasında poetikanın inkişafında, rəngarəngliyində, estetik baxımdan zənginləşməsində mühüm rolu olub. Sovet dövründə şairlərimiz Azərbaycan poeziyasında hecanı aparıcı bir janra çevirdilər, sərbəst şeirin milli əsasını yaratdılar. Bunları inkar etmək olmaz və lazım da deyil. Səməd Vurğun “26-lar”ı yazmaqla yanaşı, “Vaqif”i də yazıb. 1937-ci ildə tamaşaya qoyulmuş bu əsər milli şüurun oyanmasında az rol oynamadı. Elə həmin vaxtlarda yazılmış “Azərbaycan” şeirini xatırlayaq...
– Sosial şəbəkələrdən istifadə edirsiniz?
– Yox, istifadə etmirəm.
– Niyə?
– Vaxtım və həvəsim yoxdur. Bəzi xəbər saytları var ki, onlara baxıram.
– Özünüzdən əvvəlki nəsillərlə barışıqdasınız. Amma sizdən sonra gələn ədəbi mühitdə gənclər sizi qəbul etmədilər. Sizi tənqid etdilər.
– Onların heç birinə cavab verməmişəm. Buna mənəvi ehtiyacım yoxdur.
– Ən çox da Seymur Baycan tənqid edib.
– Bu şəxsi tanımıram, yazdıqlarından da heç nə oxumamışam. Bir dəfə demişəm, əgər mənim yazı-pozum belə dırnaqarası tənqidlərə dözməyəcəksə, yaxşı edirlər.
– Sizi də, Anarı da sevmədilər, bir az Əkrəmə yaxın oldular.
– Məcburi sevgi olmaz ki! Ümid edək ki, haçansa fikirlərini dəyişəcəklər, Əkrəmi də bir az yox, daha çox sevəcəklər...
– Başqa kimləri oxumusunuz?
– Üç-dörd ay bundan öncə Rəbiqə Nazimqızının kitabını oxudum. İstedadlı şairdir, cəsarətlidir, hissiyyatlıdır. Bu barədə yazmışam da. Hədiyyə Şəfaqətin şeirlərində də, hekayələrində də təzəlik, dərinlik var. Mir Mehdinin hekayələri, Xanəmirin, Fərid Hüseynin şeirləri səviyyəli bədii düşüncənin ifadəsidir. İndi sənətşünaslıq çox aşağı səviyyəyə düşüb. Sizdə iki nəfərin, Sevda və Aliyənin teatrla bağlı yazılarını oxuyuram. Onlar teatrı hiss edirlər, söhbət də professional qələmdən, yaxşı zövqdən gedir. Onlar ona görə seçilirlər ki, ümumilikdə ədəbiyyatımızın da, tənqidimizin də böyük bir bəlası odur ki, bələd olmadığımız, yaxşı dərk etmədiyimiz mövzularda yazırıq, böyük-böyük mənasız, mətləbsiz, savadsız fikirlər söyləyirik.
– İlyas Əfəndiyevin yaşı ötdükcə yaradıcılığında bioqrafik nüanslar çoxalıb. Sizdə də belə olacaq?
– İctimai baxımdan mənim həyatımla İlyas Əfəndiyevin həyatı fərqlidir. O heç bir vəzifədə çalışmayıb, heç kommunist partiyasının üzvü də olmayıb. Mən gənc yaşlarımdan ictimai həyatda, vəzifələrdə olmuşam, o vəzifələrin məsuliyyətini də yaxşı bilmişəm, o cür də işləmişəm. Ancaq hansı vəzifədə çalışmışamsa, aydın məsələdir ki, ilk növbədə yazıçı olmuşam, həmişə də bunu demişəm. Yazıçılıq mənim üçün heç vaxt ikinci plana keçməyib.
– Yazıçının başqa bir işlə məşğul olması vacibdir?
– Vacib deyil. Mənimki belə gətirib, sadəcə. Yaradan sənə istedad veribsə, onu dəyərləndirməlisən. Bir də ki, dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı psixologiyası var. Birinə çətin gələn o birinə asan görünür.
– Dinə münasibətiniz necədir?
– Əgər göyə baxanda saysız ulduzları, Ayı, Günəşi görürsənsə, bu uzaqlığın, bu daimi hərəkətin, bu dəqiqliyin, kainatın bu dibsizliyinin, elə həyatın məntiqinin də, məntiqsizliyinin də bir idarə edəni, yaradıcısı var. Buna şübhəm yoxdur. İki-üç il bundan qabaq bir Amerika cərrahının, adı yadımdan çıxıb, kitabını oxumuşdum. Orada deyirdi ki, qəzaya düşmüş elə bir pasiyent gəlir ki, düşünürsən, bunun yaşamaq üçün heç bir şansı yoxdur. 10-15 dəqiqəyə öləcək. Bir də görürsən ki, o sağalıb ayağa qalxdı. Amma bəzən çox yüngül xəstəliyi olanlar da gəlir, gözlənilmədən də vəfat edirlər. Buradan nəticə çıxarır ki, hər bir insanın bu dünyada öz missiyası var. Biz o missiyanı bilmirik. Yaradansa bilir.
– “Toyuğun diri qalması” povestinizdə o dövrdə senzuraya məruz qalması üçün ciddi məqamlar var. Hətta Şahmar Ələkbərzadə onun əsasında film çəkəndə o, senzuraya məruz qalıb. Bir az da bu əsərdən danışaq.
– O povesti müdafiə edən nüfuzlu adamlar çox oldu. Moskvada “Drujba narodov” jurnalında çap olundu, sonra da 350 min tirajla nəşr edildi. 1979-80-ci illər idi. Povest o vaxtın nüfuzlu “SSRİ komsomol mükafatı”nı aldı. Ssenarisini yazdığım ilk film isə “Baladadaşın ilk məhəbbəti” olub. Ondan sonra “Arxadan vurulan zərbə”nin ssenarisini yazdım. Arif Babayev çəkdi. Şahmar da orada oynadı. Sonralar məsələ qaldırdı ki, “Toyuğun diri qalması”nın əsasında film çəkmək istəyir. Mən də o filmin ssenarisini yazdım. Filmi çəkildi. Amma qarışıq vaxta düşdü. O vaxt “Vətən” cəmiyyətində işləyirdim. Bir sıra qadınlar guya milli məsumluq keşikçiləridirlər, ayağa qalxdılar, “Vətən”in qarşında mitinqlər keçirdilər. Deyirdilər ki, sən o əsərlə Azərbaycan qadınının məsumluğuna böhtan atmısan. Başa düşməyən sadəlövhlərdən daha çox, provokatorlar idi. Şahmar da bundan son dərəcə pərişan olmuşdu. Bunun üstündən üç-dörd ay keçmişdi. Əkrəm Qaflanoğlu da mənimlə işləyirdi. Bilirdi ki, televizora baxmağı xoşlamıram. Bir axşam mənə zəng elədi ki, AzTV-ni aç. O vaxt AzTV-də “İnsan və qanun” verilişi gedirdi. Açıb gördüm, o qadını əxlaqsızlığa görə həbs ediblər. Azərbaycan qadınlarını da pis yola çəkirmiş.
– Sizi həm də qadın dünyasına yaxşı bələd olan yazıçı kimi tanıyırlar. Bununla bağlı nə deyə bilərsiniz?
– Yazıçıda gərək fəhm olsun. Kişini də, qadını da hiss etməyi bacarsın. Qadın psixologiyası, istəkləri, arzuları ilə kişininki arasında heç bir uçurum yoxdur. Forma müxtəlifliyi var, sadəcə, təkrar edirəm, qadını hiss etmək lazımdır.
– Azərbaycan Yazıçılar Birliyinin qurultayı oldu. Amma Azərbaycan ədəbiyyatını dünyada təbliğ edən, AYB-nin üzvü olan Çingiz Hüseynov qurultaya dəvət olunmadı. Sizcə, niyə görə?
– Bildiyim qədərilə Çingiz hazırda İsraildə yaşayır. Yaşı, maşallah, 90-nı keçsə də, müsahibələrini oxuyanda görürəm ki, yaradıcılıq həvəsi hələ də davam edir. Ona uzun ömür arzu edirəm. Amma dəvət olunmaması ilə bağlı heç nə deyə bilmərəm. Çox güman ki, yaşına, uzaqlığa görədir.
– Qurultayı da tamaşa adlandırmışdı...
– Özü iştirak etmədiyi bir qurultayı necə tamaşa adlandıra bilər?!
– Sizcə də, tamaşaya oxşamırdı?
– Heç bir qurultay ədəbiyyat yaratmır, ədəbiyyatın keyfiyyətinə də heç bir təsiri yoxdur. Bizdə isə qurultay ajiotajı yaradırlar və ədəbiyyatın problemləri qalır bir kənarda.
– Hansı problemləri var?
– Bədiilik problemləri. Hər il yüzlərlə roman çap olunur. Onların arasında ölkəmizi təmsil edə biləcək neçəsini tapmaq olar?
– Anar, Əkrəm Əylisli və siz çox vaxt bir yerdə olmusunuz. Heç Anarla Əkrəm Əylislinin arasındakı münasibəti düzəltmək istəmisiniz?
– Bilirsiniz, hərdən Anarla bu barədə söhbətlərimiz olur. Ancaq dostluqda da bir “qırmızı xətt” var. O xətti keçmək olmaz. Keçdinsə, həmin dostluğu bərpa etmək müşkül məsələdir. Şahbazın kitab sərgisində Əkrəmlə görüş keçirildi. İnternetdə həmin sərgidə çəkilən videonu gördüm. Haradasa 15-20 ildir ki, Əkrəmi görmürdüm. Onu o cür tənha və qocalmış görmək mənə çox pis təsir etdi. İllər öz işini görür. Bəlkə də, Əkrəm özünü tənha hiss etmir. Təki belə olsun. Əkrəm Azərbaycan ədəbiyyatında xidməti olan adamdır. “Kür qırağının meşələri” povesti, “Ürək yaman şeydir” hekayəsi hələ də yadımdadır. Bu cür əsərlər yazan adamın Azərbaycan ədəbiyyatında öz yeri var. Ancaq Əkrəmin elə cəhətləri var ki, onlar olmasaydı, daha yaxşı olardı. Mən istəməzdim ki, Əkrəm təklənsin. Problem onun xasiyyətində oldu. Daha bu barədə danışmaq istəmirəm. Ancaq dediyim o cəhətlərə baxmayaraq, bu gün mənim daxilimdə Əkrəmə qarşı heç bir kin-küdurət yoxdur. Çox yaşasın, sevincləri çox olsun. Güman edirəm ki, elə Anar da bu arzunu bölüşür.
– Atanızdan danışanda heç bir sentimentallığınız olmur. Çox rahat danışırsınız.
– İlyas Əfəndiyevin şəxsiyyətinə də, yaradıcılığına da çox böyük hörmətim və məhəbbətim var idi və o hörmət də, o məhəbbət də həmişə mənimlədir. Onun vəfat etdiyi gün həyatımın ən ağır günü olub.
– Elçin müəllim, məhsuldar yazıçı olmusunuz. Bunun üçün yaxşı imkanınız, şəraitiniz olduğunu desələr də, bütün hallarda ortada bir fakt var ki, ədəbiyyatın bütün janrlarında yaxşı əsərlər yazmısınız. Bu yaşda içinizdə, daxilinizdə yazıçı narahatlığı səngiyib, bitib, ya hələ də davam edir?
– Yazıçı yazıçıdırsa, narahatlıq da həmişə onunladır. Yorulmaq isə olub, özü də çox olub. Bir əsərin son nöqtəsini qoymusan, sinə dolusu da rahat bir nəfəs alıb, söz vermisən ki, qurtardı, bundan sonra yazmaq yoxdur! Beş-altı gün guya mənəvi dinclik içindəsən, sonra başlayırsan ora-bura vurnuxmağa, axırda yenə keçirsən yazı mizinin arxasına. O ki qaldı şərait söz-söhbətinə, yazıçı üçün bu, nisbi məfhumdur. Əlbəttə, şərait varsa, bu çox yaxşıdır. Ancaq şəraitsiz mühitdə yazılmış gözəl əsərləri də bəyəm, biz az oxumuşuq?
Xəbərin oxunma sayı : 460
Müsahibə
Xəbərlər
-
“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“
-
Azərbaycanda yeni telekanal açılır - VİDEO
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib - DETALLAR
-
Prezident və oğlu Ağdamda - Bərpa işləri ilə tanış olublar
-
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
-
Özəl tibb müəssisələrinə - Xəbərdarlıq
-
“Yeni və təhlükəli dövr başlayır” - ABŞ mediası
-
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
-
“Bolt” şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
-
“Sülh planımız tam hazırdı“ - Zelenski
-
Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
-
Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var
-
İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi
-
Türkiyədə unikal sağlamlıq imkanları ilə özünüzü mükafatlandırın - FOTOLAR
-
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO
-
Paytaxtın 19 yolunda tıxac var – Siyahı
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək? - VİDEO
-
Qarabağdakı antiterror əməliyyatından bir il ötür
-
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
-
Şoyqu İrana getdi – Pezeşkianla görüşdü
TOP 10
ARXİV