|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
“Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” - Elmir Əkbər
Tarix 12.01.23, 10:41 |
|
Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü “psixoloq” adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərirlər. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunurlar. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardır. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Haradan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?
Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq-bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?
Kulis.az psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.
-Doktor, sizi xoş gördük!
- Salam, sizin və xalqımızın keçmiş də olsa yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!
- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?
- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdur, psixiatrdır və ya psixoterapevtdir.
Bilirsiniz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.
Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.
Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.
İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.
-Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?
- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti “supervisor” (xüsusi nəzarətçi - S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervayzeri ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana-Avstriya psixoterapiya məktəbidir, biri də Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervayzerim var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.
Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu şəxslərin öz həyatı daim nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin “yarımfabrikat” psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.
Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.
- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?
- Baxın, nəinki klinik psixoloq, ümumiyyətlə həkim olmayan heç bir kəs müalicə, resept yaza bilməz. Bu, qızıl qaydadır. Yazırsa, o da bir fırıldaqçıdır, canidir, resept yazmaqla cinayət törədir. İnsanın əhvali-ruhiyyəsinə, psixi aparatına, ruhuna təsir göstərən dərmanları ancaq həkim psixoterapevt və ya həkim psixiatr təyin edə bilər.
Ümumiyyətlə, psixoloji problemlər iki qrupa bölünür. Biri sırf sosial psixoloji problemlərdir ki, bura ailə-məişət zəminində baş verən problemlər, konfliktlər, davalar, valideyn-övlad, ər-arvad problemləri və sair daxildir. Bunlarla psixoloqlar məşğul ola bilərlər. Amma əgər məhz tibbə bağlı diaqnozlarla işlənilirsə - söhbət depressiya, panik atak, təşviş-həyəcan pozuqluğu, obsessiv kompulsiv pozuntu, müxtəlif davranış pozuntuları, asılılıqlar, narkomaniya, qumarbazlıq və sairdən gedir. Bunlar artıq sırf tibbi problemlərdir. Və bunun diaqnozunu ilk növbədə həkim psixoterapevt qoymalıdır. Lazım gəlsə, müəyyən yüngülvari müalicə yazmalıdır, ondan sonra onun seanslarını ya özü aparmalı, ya da klinik tibbi psixoloqa həvalə etməlidir. Yenə də diaqnozu klinik psixoloq qoya bilməz, həkim psixoterapevt qoya bilər. Uzaqbaşı psixoterapevt tapmayanda diaqnozu həkim psixiatr qoya bilər. Həkim psixiatr isə yalnız dərman müalicəsi apara bilər, seans apara bilməz, bunun üçün xəstə klinik psixoloqa yönləndirilməlidir. Çünki onun buna səlahiyyəti çatmır, uyğun təhsili yoxdur.
- Deməli, həm seans terapiyasını, həm də dərman müalicəsini paralel şəkildə yalnız psixoterapevtlər apara bilər?
- Bəli, həkim psixoterapevtin həm psixiatrın işini, həm də klinik psixoloqun işini görməyə haqqı çatır. Çünki onun təhsili daha genişdir. Məsələn, biz müalicə işi fakültəsini oxuyuruq. Azərbaycanda yeganə tibbi təhsil Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi altı illik təhsildir. Bundan sonra isə biz keçirik psixiatriya üzrə internatura və ya rezidentura və yaxud ordinatura (hər ölkədə adı bir cür səslənir) mərhələsinə. Ondan sonra isə ayrıca ikinci bir internaturanı və ya rezidenturanı keçirik, ondan sonra isə üçüncü bir mərhələ keçərək psixoterapiyanın konkret bir istiqaməti üzrə ixtisaslaşırıq. Yəni, həkim terapevt ən azı, üç təhsil almalıdır. Məsələn, mən əlavə olaraq klinik tibbi psixologiya üzrə də təhsil almışam. Bu elə də vacib deyil, olmaya da bilər, psixoterapevt adlanmaq üçün. Oxucularımız bilməlidirlər ki, Azərbaycanda psixoterapevt peşəsinə yiyələn həqiqi mütəxəssislər sayca çox azdır, barmaqla sayılacaq qədər az.
Bu gün dırnaq lakı ilə də psixoterapiya edən adamlar peyda olub. Yəni, bilirsiniz, özünə hörmət edən, şəxsiyyəti, ləyaqəti, şərəfi olan bir insan nəyə görə başqa adı oğurlamalıdır? Savadı, özünü təsdiq etmiş bir stomatoloq niyə özünü ginekoloq adlandırsın axı? Əgər bunu edirsə, deməli, dələduzdur, tərbiyəsizdir. Mənim guya xəstəliklər haqqında anlayışım yoxdur? Hansısa bir ürək xəstəliyi, böyrək xəstəliyi olan adama ümumi bir resept yaza bilmərəm? Təbii ki, yaza bilərəm. Amma mən bunu eləmərəm, çünki özümə də, qanunlara da hörmətlə yanaşıram. Hər bir həkim ona müraciət edən insanın yerində öz doğmasını təsəvvür etməlidir.
- Bəzən belə hallar da olur, dərman müalicəsi lazım olan xəstələrə uzun-uzadı seanslar keçilir, və ya əksinə, seansla keçəcək problemi olan xəstəyə çoxlu ağır dərmanlar yazırlar. Belə çıxır ki, heç kəs “əlinə düşən” pasiyenti buraxmaq istəmir?
- Bəli, həkim karuselinə salırlar adamı. Tutaq ki, adamın panik atakı var, həyəcan və təşvişi var, amma onu müxtəlif analizlərə, MRT-yə, KT-yə göndərirlər. Əzizlərim, psixoloji problemi olan adama bunların heç biri lazım deyil. Bu problemi olan insanlara heç nevroloqlar, nevropatoloqlar da diaqnoz qoya bilməz. Çünki, nevroloqlar C kateqoriyasından olan kodlaşdırılmış xəstəliklərlə işləyə bilərlər. Sadaladığımız xəstəliklər isə F kateqoriyasına aiddir. Yəni, sırf psixoloji problemdir, nevroloji problem deyil.
- Doktor, uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?
- Ümumiyyətlə, bu gün baş tutan çox böyük dələduzluqlardan biri də odur ki, “YouTube”də türk dilində müxtəlif videolar yerləşdirirlər, şüuraltının təmizlənməsi barədə. İnsanlar da oraya gedib ətək-ətək pul tökürlər. Nəticədə isə heç nə əldə etmirlər. Çünki insan şüuraltısıyla işləmək ancaq psixoanalitik məktəblərə aiddir. Orda da şüuraltını silmək nəzərdə tutulmur, bu, çox uzun, böyük bir prosesdir. Burda insan uşaqlıqdan bəri yaşadığı travmaları yenidən yaşayır, onlarla üzləşir, onları dərk edir, anlayır və necə deyərlər “həzm edir”.
- Elmir bəy, siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?
- Ümumiyyətlə, mən bir həkim psixoterapevt olaraq daha çox dərmansız müalicəyə üstünlük verirəm. Mən yalnız zəruri hallarda dərmandan istifadə edirəm. Həmişə xəstələrə izah edirəm ki, dərman yaranmış fəsadı aradan qaldırır, səbəbləri isə psixoterapiya seansları aradan qaldırır. Və hər zaman çalışıram ki, mümkün qədər az, yüngül, problemsiz dərman yazım.
- Doktor, bu qədər iş - gücün arasında vaxt edib suallarımızı cavablandırdığınız üçün həm öz adımdan, həm oxucularımız adından sizə təşəkkürümü bildirirəm.
-Mən təşəkkür edirəm.
Xəbərin oxunma sayı : 532
Müsahibə
Xəbərlər
-
“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“
-
Azərbaycanda yeni telekanal açılır - VİDEO
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib - DETALLAR
-
Prezident və oğlu Ağdamda - Bərpa işləri ilə tanış olublar
-
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
-
Özəl tibb müəssisələrinə - Xəbərdarlıq
-
“Yeni və təhlükəli dövr başlayır” - ABŞ mediası
-
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
-
“Bolt” şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
-
“Sülh planımız tam hazırdı“ - Zelenski
-
Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
-
Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var
-
İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi
-
Türkiyədə unikal sağlamlıq imkanları ilə özünüzü mükafatlandırın - FOTOLAR
-
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO
-
Paytaxtın 19 yolunda tıxac var – Siyahı
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək? - VİDEO
-
Qarabağdakı antiterror əməliyyatından bir il ötür
-
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
-
Şoyqu İrana getdi – Pezeşkianla görüşdü
TOP 10
ARXİV